Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Yarpız otu 40 qr

Məhsul Kodu : 121-02194
1,20 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Yarpız Otu

Tərkibi və İstifadə Qaydası

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 20 dəq. dəmlənir, soyudulur, süzülür. Alınmış dəmləmə ilıq şəkildə gün ərzində içilir. Dəmləməni sərin yerdə 2 sutkaya qədər saxlamaq olar.

Məhsulun Təsviri

Yarpız xalq təbabətində və kulinariyada çox istifadə olunan, xoş ətirli dərman və ədviyyat bitkisidir. Əsasən Aralıq dənizi regionu, Cənubi Avropa, Qafqaz, Yaxın Şərq və Orta Asiyada geniş yayılıb. Azərbaycanda isə Şəki-Zaqatala, Lənkəran-Astara, Quba-Xaçmaz bölgələri, dağətəyi və rütubətli yerlər, çay kənarları yarpızın ən çox yayıldığı ərazilərdir.

Bitkinin tərkibi bir çox faydalı bioloji aktiv komponentlərlə zəngindir. Bura puleqon əsaslı efir yağları, mentol, menton, limonen, sineol, karvakrol, həmçinin flavonoidlər, taninlər, A, C, B qrup vitaminləri, kalium, kalsium, maqnezium, dəmir kimi minerallar, üzvi turşular, saponinlər və acı maddələr aiddir.

Yarpız həm xalq təbabətində, həm də müasir tibdə çox geniş istifadə olunur. Tərkibindəki bioloji aktiv maddələr hesabına mədə-bağırsaq spazmını azaldır , həzmin pozulması, köp və ishalda kömək edir. Həzm traktında qaz əmələ gəlməsini azaldır, bağırsaqlarda toplanmış qazın xaric olmasını asanlaşdırır .

Acı və aromatik maddələr sayəsində mədə şirəsini artırır . Yarpız dəmləməsi ishal zamanı bağırsaq peristaltikasını tənzimləyir.

Hamiləlik dönəmində, həmçinin səyahət zamanı ürəkbulanma və qusmanı azaldır. Antioksidant tərkibi sayəsində orqanizmin müdafiə sistemini gücləndirir, immunitet yüksəldici təsir göstərir. Bundan əlavə sərbəst radikalları neytrallaşdıraraq onların orqanizmə dağıdıcı təsirinin qarşısını alır.

Bununla da şiş hüceyrələrinin inkişafını önləyir , ümumilikdə bədənin və daxili orqanların vaxtından əvvəl yaşlanmasını ləngidir.

Tərkibindəki puleqon və digər uçucu maddələr bakteriya və göbələk əleyhinə təsir edir. Qarqara və buxar vannası şəklində boğaz ağrısı, qrip, sinusit, burun tutulması və soyuqdəymədə istifadə olunur. Tənəffüs yollarına iltihab əleyhinə təsir göstərir.

Traxeya və bronxların selikli qişasında kirpikli epiteli ehtizaza gətirərək bəlğəmin xaric olmasını sürətləndirir . Kəskin respirator xəstəliklər, bronxial astma və bronxit zamanı bitkinin dəmləməsi yardımçı vasitə kimi müntəzəm qaydada qəbul edildikdə xəstənin vəziyyətini qısa zamanda yaxşılaşdırır.

Ayaq göbələkləri və dəri infeksiyalarında xaricə istifadəsi faydalıdır. Yarpız qaraciyərin fəaliyyətini yaxşılaşdırır , mülayim detoks təsiri ilə orqanizmi təmizləyir. Sidikqovucu effekt də verərək böyrəyin işini yaxşılaşdırır.

Ödem və şişkinliyi azaldır , orqanizmi ağır metal duzlardan, şlak və toksinlərdən azad edir. Su-duz balansını tənzimləyir. Sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirici və yuxugətirici təsiri var.

Baş ağrısını, miqreni və stressi azalda bilir. Yarpızın efir yağı ilə masaj bədənə rahatlıq gətirir. Axşam yarpız çayı içmək yuxunu tənzimləyə bilər.

Ağrıkəsici və spazm əleyhinə effekt verdiyi üçün menstruasiya ağrılarını azaldır, aybaşı siklini düzənli vəziyyətə salır.

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.