Bitib
Stokda olanda mənə xəbər verin.İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, soyudulur, süzülür. Gündə 3 dəfə hər dəfə 1/3 stəkan yeməkdən 30 dəq. əvvəl qəbul edilir.
Yemişan çiçəyi xalq təbabətində və farmakologiyada uzun illərdən bəri tətbiq olunur. Çiçəklər əsasən ürək-damar sistemi xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Çiçəklərin tərkibi flavonoidlər, proantosianidlər, üzvi turşularla zəngindir.
Flavonoidlərdən hiperazid, rutin, kversetin, vitexin yemişan çiçəklərinin əsas tərkib hissələridir, həmçinin vitamin C, sink, maqnezium, kalium kimi minerallarla da zəngindir. Məhz bu komponentlər orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.
Yemişan çiçəyi qan dövranını yaxşılaşdırır, damarları genişləndirir, ürək əzələsini gücləndirir, yığılmasını artırır, arterial təzyiqi stabilləşdirir. Ürək ritminin tənzimlənməsinə kömək edir, aritmiya və taxikardiyanın qarşısını alır. Yemişan çiçəyi “pis” xolesterinin səviyyəsini azaldır və damarların tıxanmasının qarşısını alır.
Yemişan çiçəyi ürək çatışmazlığı, arterial hipertenziya, tac damar xəstəlikləri, sinir sisteminin zəifləməsi və stress zamanı da çox faydalıdır. Tərkibi asetilxolinlə zəngin olduğu üçün sinir hüceyrələri arasında impulsların ötürülməsini sürətləndirir.
Sinir sistemini sakitləşdirir, narahatlıq və stresi azaldır.
Yemişan çiçəyi antioksidantlarla da zəngindir və bədənin sərbəst radikallarla mübarizə aparmasına kömək edir. Bu effekti sayəsində qocalmanın və şiş hüceyrələrinin inkişafının qarşısını alır. Yemişan kiçik çanaq orqanlarında qan dövranını yaxşılaşdıraraq cinsi orqanlara kifayət qədər qan axınını təmin edir, məhz bu yolla cinsiyyət sistemi daha çox oksigen və qida maddələri ilə təmin olunur.
Bu da kişilərdə cinsi qabiliyyəti artırır, kişi sağlamlığına müsbət təsir göstərir. Yemişan xalq təbabətində nəsilartırma bitkisi kimi də tanınır. Çiçəklərin tərkibi E vitamini ilə zəngin olduğu üçün spermanın keyfiyyətini yaxşılaşdırır, kişi cinsi hüceyrələrinin yaşama və mayalandırma qabiliyyətini də yüksəldir.
Kişi orqanizminə tonuslandırıcı, iltihab və mikrob əleyhinə təsir göstərir. Spermanın keyfiyyətini və potensiyanı artırır.