Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Yemişan meyvəsi 40 qr

Məhsul Kodu : 121-02180
1,60 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Yemişan Meyvəsi

Tərkibi və İstifadə Qaydası

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, soyudulur, süzülür, gündə 3 dəfə, hər dəfə 1/3 stəkan yeməkdən 30 dəq. əvvəl qəbul edilir. Dəmləməni sərin yerdə 2 sutka saxlamaq olar.

Məhsulun Təsviri

Yemişan meyvəsi xalq təbabətində faydalı və müalicəvi xüsusiyyətləri ilə uzun illərdir tətbiq olunur. Qırmızı, bəzən narıncı və ya sarımtıl rəngdə olub turşməzə yaxud azacıq şirin dadır. Çox vaxt topa halında çıxır, meyvənin içində 1- 5 toxum olur.

Meyvələrin tərkibi flavonoidlər, proantosianidlər, üzvi turşular, hiperazid, rutin, kversetin, vitexin kimi bioloji aktiv komponentlərlə zəngindir. Meyvələrin tərkibində vitamin C, sink, maqnezium, kalium kimi minerallar orqanizmin ətraf mühitin xəstəliklərə qarşı müqavimətini artırır.

Bundan başqa yemişan meyvəsi qan dövranını yaxşılaşdırır , damarları genişləndirir, ürək əzələsini gücləndirir. Ürək əzələsinin yığılmasını artırır, miokardın oksigen tələbatını azaldır, arterial təzyiqi stabilləşdirir. Ürək ritminin tənzimlənməsinə kömək edir, aritmiya , taxikardiyanın qarşısını alır.

Damar və əzələ spazmlarını aradan qaldırır. Yemişan meyvəsi “pis” xolesterin səviyyəsini azaldır və damarların tıxanmasının qarşısını alır. Ürək çatışmazlığı, arterial hipertenziya , tac damar xəstəlikləri, sinir sisteminin zəifləməsi və stress zamanı çox faydalıdır.

Tərkibi flavonoidlərllə zəngin olduğu üçün sinir hüceyrələri arasında impulsların ötürülməsini sürətləndirir. Baş beyinin qan dövranını və oksigenlə təminatını yaxşılaşdırır, diqqəti, yaddaşı, yaddasaxlama, yadasalma funksiyalarını gücləndirir. Sinir sistemini sakitləşdirir , narahatlıq və stressi azaldır.

Yemişan meyvələri antioksidantlarla zəngin olduğu üçün bədənin sərbəst radikallarla mübarizə aparmasına kömək edir. Bu effekti sayəsində qocalmanın və şiş hüceyrələrinin inkişafının qarşısını alır .

Yemişan meyvələri kiçik çanaq orqanlarında qan dövranını yaxşılaşdıraraq cinsi orqanlara kifayət qədər qan axınını təmin edir , məhz bu yolla cinsiyyət sistemi daha çox oksigen və qida maddələri ilə təmin olunur. Bu da kişilərin cinsi qabiliyyətini artırır , kişi sağlamlığına müsbət təsir göstərir. Yemişan xalq təbabətində nəsilartırma bitkisi kimi də tanınır.

Meyvələrin tərkibi E vitamini ilə zəngin olduğu üçün spermanın keyfiyyətini yaxşılaşdırır, kişi cinsi hüceyrələrinin yaşama qabiliyyətini və mayalandırma qabiliyyətini də yüksəldir.

Belə ki prostat vəzin qanla təminatını və sinir təchizatını yaxşılaşdırır, kapsulunun keçiriciliyini artırır və qan dövranını sürətləndirir. Kişi orqanizminə tonuslandırıcı, iltihab və mikrob əleyhinə təsir göstərir. Spermanın keyfiyyətini və potensiyanı artırır .

Sedat 10 kapsulları təbii sakitləşdirici və yuxugətirici olsa da məhz yemişan meyvələri sayəsində xəstələrdə yaddaşın getdikcə zəifləməsinin qarşısını alır, beyinin və ürəyin qan dövranını yaxşılaşdırır, toxumaların oksigen təchizatını artırır. Bu təbii məhsullar yemişan meyvələrinin nə qədər faydalı olduğunu praktik olaraq sübut edir!

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.