Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Zəncirotu kökü 40 qr

Məhsul Kodu : 121-05801
2,50 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Zəncirotu Kökü 40 Qr

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Zəncirotu köklərinin tərkibində triterpen birləşmələri (taraksa-sterol, tarakserol, psevdotaraksa-sterol, β-amirin), sterollar (β-sitosterol, stiqmasterol, taraksol), karbohidratlar (40%-ə qədər inulin), həmçinin palmitin, linol, olein, serotin turşularının qliseridlərini saxlayan piyli yağlar, kauçuk, zülallar, selik, qətranlar və s. maddələr var.

İstifadə qaydası: Bir xörək qaşığı kökün üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, 45 dəq. otaq temperaturunda soyudulur, süzülür. Dəmləmə ilıq şəkildə gündə 3-4 dəfə hər dəfə 1/3 stəkan yeməkdən 15 dəq. əvvəl qəbul edilir.

Məhsulun Təsviri

Zəncirotu çox faydalı və geniş yayılmış çoxillik dərman bitkisidir. Əsasən mülayim iqlim qurşaqlarında yayılıb.

Avropa, Asiya, Şimali Amerika və Qafqaz bölgəsi üçün endemikdir. Bitkinin kökü qədim zamanlardan müalicə məqsədilə istifadə olunur və orqanizmə çoxsaylı faydalar bəxş edir.

Zəncirotu kökü bir çox faydalı aktiv komponentlərlə zəngindir. Kimyəvi tərkibi karbohidratlar, liflər, vitaminlər, minerallar, flavonoidlər və antioksidantlar, acı maddələr, əsas yağlar və taninlərlə zəngindir.

Zəncirotu kökünün tərkibindəki inulin aktiv komponenti bağırsaq mikroflorasını dəstəkləyərək prebiotik effekti verir. Sellüloza və pektinlər sayəsində zəncirotu kökü həzm sisteminin işini yaxşılaşdırır, bağırsaqlarda lakto- və bifido bakteriyaların artıb-çoxalmasını sürətləndirir.

B qrupu vitaminləri ilə zəngin olduğu üçün maddələr mübadiləsini sürətləndirir. Bundan başqa sinir sisteminin fəaliyyətini yaxşılaşdırır.

Askorbin turşusu hesabına zəncirotu kökü immuniteti aktivləşdirərək orqanizmi qüvvətləndirir. A vitamininin sələfi olan beta-karotin isə göz sağlamlığını qoruyur.

Minerallardan kalsium və maqnezium sümükləri və dişləri möhkəmləndirir. Kalium ürək-damar sisteminə müsbət təsir göstərir, ürəyin ritmini tənzimləyir.

Tərkibində olan dəmir qanyaranmada iştirak edir, qanazlığının müalicəsində istifadəsi çox faydalıdır. Flavonoid və antioksidantlardan luteolin, apigenin, kempferol iltihabi prosesləri ləngidir, iltihabın zərərli məhsullarını neytrallaşdıraraq orqanizmdən tez bir zamanda atılmasını təmin edir.

Sərbəst radikalların bədən hüceyrələrinə dağıdıcı təsirlərini tormozlayır, şiş hüceyrələrinin inkişafının qarşısını alır, xərçəng yaranma ehtimalını azaldır.

Faydaları: Taraksasterol və fitosterollar zəncirotu kökünün əsas komponentləri hesab olunur. Onlar qanda xolesterol səviyyəsini tənzimləyir.

Belə ki, xolesterolun “pis” fraksiyasını azaldır, “yaxşı” fraksiyasını artıraraq xolesterol lövhəciklərinin damarların iç-intima qişasına çökməsinin qarşısını alır. Aterosklerozun inkişaf riskini azaldır.

Zəncirotu kökünün acı maddələrindən taraksasini xüsusi qeyd etmək lazımdır. Bu komponent taraksesterolla birgə qaraciyərin detoksikasiya funksiyasını gücləndirir və onu toksinlərdən təmizləyir.

Bədəni ağır metal duzları və şlaklardan azad edərək qaraciyərqoruyucu təsir göstərir.

Zəncirotu kökü, həmçinin ödqovucu təsirə malikdir, ödün qaraciyərdaxili öd yollarından öd kisəsinə və onikibarmaq bağırsağa tökülməsini stimullaşdırır. Bitki kökünün faydaları bununla bitmir.

Güclü sidikqovucu təsir göstərir, böyrək və sidik yollarını duz və daşlardan təmizləyir. Daşların əmələ gəlməsini praktik olaraq dayandırır.

Zəncirotu kökü akne, ekzema və digər dəri xəstəliklərinə qarşı da effektlidir. Vitaminlər və minerallar sayəsində saç follikullarını qidalandırır, saçları möhkəmləndirir, onların qırılıb-tökülməsinin qarşısını alır.

Çəki40 qr
Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.