Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1 tabletin tərkibində 500 mq kalsium (kalsium sitrat və kalsium karbonat), 200 BV vitamin D3, 40 mq maqnezium (maqnezium oksid), 7,5 mq sink (sink oksid), 1 mq mis (mis oksid), 1,8 mq manqan (manqan sulfat), 250 mkq bor (natrium borat) vardır.
Kalsium, vitamin D və mikroelementlərin catışmazlıgını, onlara olan təlabatı müəyyən pəhriz ilə təmin edə bilmədikdə, əsasən uzunmüddət catlşmazlıqda, qeyri-müntəzəm, balanslaşdırılmamış qidalanmada və həyatın müəyyən dövrlərində artan tələbatını təmin etmək ücün: - yetkinlik - postmenopauza - hamiləlik və laktasiya dövrü (klinik və/və ya həkimin tövsiyəsi ilə) - qocalıq dövrü, o cümlədən: - osteoporozun profilaktikası və xüsusi müalicəsi ücün bir əlavə kimi.
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq. Hiperkalsiemiya, agır hiperkalsiuriya, nefrolitiaz, D hipervitaminozu, agır böyrək catışmazlıgı.
Kalsemin Advans hamiləlik və laktasiya dövründə tövsiyə olunmuş dozalarda istifadə oluna bilər, əgər klinik göstəriş varsa. Hamiləlik dövründə kalsiumun sutkalıq dozası 1500 mq- ı, D 3 vitaminin isə 600 BV -i aşmamalıdır, cünki kalsium və D vitamininin xroniki artıq dozalanması döl və yeni dogulmuş körpə üçün zərərli ola bilər. Hamiləlik zamanı hiperkalsiemiya döldə əlavə təsirlərin inkişafına gətirib çıxa ra bilər: paratireoid hormonun inhibə olunması, hipokalsiemiya, tetaniya, epileptik tutmalar və aortal stenoz sindromu əlamətləri kimi retinopatiya, psixi inkişafın yubanması və ya boy artımını n pozulması və yeni doğulmuş körpələrdə hiperkalsiemiyaya gətirib çıxara bilər. Süd verən analara nəzərə almaq lazımdır ki, xolekalsiferol və kalsium ana südünə daxil olur.
Bunu, uşaga əlavə kalsium və D 3 vitamini təyin etdikdə nəzərə almaq lazımdır.
Təsir etmir.
Böyüklərə və 12 yaşından başlayaraq yeniyetmələrə yemək zamanı gündə iki dəfə 1 tablet. Yaşlı pasiyentlər: xüsusi təlimat yoxdur. Böyrək funksiyasının pozğunluqları olan xəstələr: ağır böyrək çatışmazlığı olan xəstələr ə əks göstərışdir. Böyrək funksiyasının yüngül və orta dərəcəli pozğunluqlarında - ehtiyatla, qanda və sidikdə kalsium və fosfor un konsentrasiyasına nəzarət etməklə istifadə etmək lazımdır.
Qaraciyər funksiyasının pozğunluqları olan xəstələr: xüsusi təlimat yoxdur. Müalicə müddəti: Kalsium və vitamin D çatışmazlığını aradan götürmək ücün müalicə kursunun orta müddəti 4-6 həftədən az olmamalıdır. Osteoporozun profilaktikası ücün orta müddəti 2 aydır; osteoporozun müalicəsi üçün - 3 ay. İl ərzində təkrar kursların sayı həkim tərəfindən müəyyən edilir.