Sevimlilərə əlavə edin
Paylaşın

Kalsium Qlükonat 500 Mq N10 Tablet

Məhsul Kodu : 111-00841
İstehsalçı ölkə : Rusiya
1 Şərh Şərh
0,20 AZN
Kateqoriya: Bioloji əlavələr
KolleksiyaQiymət Xəbərdarlığı

KALSİUM QLÜKONAT, tabletlər

Kalsium Qlukonat tərkibi

 Təsiredici maddə:   1 tabletin tərkibində 500 mq kalsium qlükonat vardır.  Köməkçi maddələr: qarğıdalı nişastası, talk, kalsium stearat.

İstifadəsinə göstərişlər:

  Hipokalsiemiya ilə, hüceyrə membranlarının (o cümlədən, damarların) keçiriciliyinin yüksəlməsi ilə, əzələ toxumasında sinir impulslarının ötürülməsinin pozulması ilə müşayiət olunan xəstəliklər; - hipoparatireoz (latent tetaniya, osteoporoz); - vitamin D mübadiləsinin pozulması: raxit (spazmofiliya, osteomalyasiya), xroniki böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə hiperfosfatemiya; - kalsium ionlarına tələbatın yüksəlməsi (hamiləlik və laktasiya dövrü, orqanizmin sürətlə böyüməsi dövrü), qidada kalsiumun çatışmazlığı, kalsium mübadiləsinin pozulması (postmenopauza dövründə); - kalsium ionlarının xaricolmasının sürətlənməsi (uzunmüddətli yataq rejimi, xroniki diareya, diuretiklərin, epilepsiyaəleyhinə dərman preparatlarının və qlükokortikosteroidlərin uzunmüddətli istifadəsi fonunda ikincili hipokalsiemiya); - maqnezium duzları ilə, oksalat və flüorid turşuları və onların həll olunan duzları ilə zəhərlənmələr (kalsium qlükonatla qarşılıqlı təsir zamanı həll olunmayan və qeyri-toksik kalsium oksalat və kalsium flüorid əmələ gəlir); - paroksizmal mioplegiyanın hiperkaliemik forması.

Əks göstərişlər:

 Preparatın tərkibində olan komponentlərə qarşı yüksək həssaslıq, hiperkalsiemiya (kalsium ionlarının konsentrasiyası 12 mq % = 6 mEkv/l-dən yüksək olmamalıdır), ağır dərəcəli hiperkalsiemiya, nefrourolitiaz (kalsiumla əlaqəli), ağır dərəcəli böyrək çatışmazlığı, sarkoidoz, ürək qlikozidlərinin eyni zamanda istifadəsi (aritmiyaların meydana çıxma riski), 3 yaşa qədər uşaqlar.  

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Həkim tərəfindən müəyyən edilmiş qadın üçün fayda/döl (uşaq) üçün risk nisbətini nəzərə alaraq, preparatın istifadəsi mümkündür. Laktasiya dövründə kalsium preparatlarından istifadə etdikdə, onların ana südünə nüfuz etməsi ehtimal edilir. Kalsium hematoensefalik baryerdən keçərək, ana südünə nüfuz edir. Hiperkalsiemiyanın dölə və uşağa mənfi təsirini nəzərə alaraq, hamiləlik və laktasiya dövründə preparatı yalnız, kalsiumun zərdab konsentrasiyasına nəzarət edərək istifadə etmək olar.

Kalsium Qlukonat istifadə qaydası, dozası

 Daxilə, qida qəbulundan əvvəl və ya qida qəbulundan 1-1,5 saat sonra (süd ilə birlikdə) qəbul etmək lazımdır. İstifadə etməzdən əvvəl tabletləri xırdalamaq lazımdır. Klinik vəziyyətdən asılı olaraq, dozalar həkim tərəfindən fərdi müəyyən olunur. Hipoparatireoz (latent tetaniya, osteoporoz): böyüklərə – 1,0-3,0 q (2-6 tablet); 3-4 yaşlı uşaqlara – 1,0 q (2 tablet); 5-6 yaşlı uşaqlara – 1,0-1,5 q (2-3 tablet); 7-9 yaşlı uşaqlara – 1,5-2,0 q (3-4 tablet); 10-14 yaşlı uşaqlara – 2,0-3,0 q (4-6 tablet); tabletləri gündə 2-3 dəfə qəbul etmək lazımdır. Vitamin D mübadiləsinin pozulması: raxit (spazmofiliya, osteomalyasiya), xroniki böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə hiperfosfatemiya: böyüklərə – 1,0-3,0 q (2-6 tablet); 3-4 yaşlı uşaqlara – 1,0 q (2 tablet); 5-6 yaşlı uşaqlara – 1,0-1,5 q (2-3 tablet); 7-9 yaşlı uşaqlara – 1,5-2,0 q (3-4 tablet); 10-14 yaşlı uşaqlara – 2,0-3,0 q (4-6 tablet); tabletləri gündə 2-3 dəfə qəbul etmək lazımdır. Kalsiuma tələbatın yüksəlməsi (hamiləlik və laktasiya dövrü, orqanizmin sürətlə böyüməsi dövrü), qidada kalsium  çatışmazlığı, kalsium mübadiləsinin pozulması: böyüklərə – 1,0-3,0 q (2-6 tablet); 3-4 yaşlı uşaqlara – 1,0 q (2 tablet); 5-6 yaşlı uşaqlara – 1,0-1,5 q (2-3 tablet); 7-9 yaşlı uşaqlara – 1,5-2,0 q (3-4 tablet); 10-14 yaşlı uşaqlara – 2,0-3,0 q (4-6 tablet); tabletləri gündə 2-3 dəfə qəbul etmək lazımdır. Kalsiumun xaricolmasının sürətlənməsi (uzunmüddətli yataq rejimi, xroniki diareya, diuretiklərin, epilepsiyaəleyhinə dərman preparatlarının və qlükokortikosteroidlərin uzunmüddətli istifadəsi fonunda ikincili hipokalsiemiya): böyüklərə – 1,0-3,0 q (2-6 tablet); 3-4 yaşlı uşaqlara – 1,0 q (2 tablet); 5-6 yaşlı uşaqlara – 1,0-1,5 q (2-3 tablet); 7-9 yaşlı uşaqlara – 1,5-2,0 q (3-4 tablet); 10-14 yaşlı uşaqlara – 2,0-3,0 q (4-6 tablet); tabletləri gündə 2-3 dəfə qəbul etmək lazımdır.  Maqnezium duzları ilə, oksalat və flüor turşuları və onların həll olunan duzları ilə zəhərlənmələr: böyüklərə – 1,0-3,0 q (2-6 tablet); 3-4 yaşlı uşaqlara – 1,0 q (2 tablet); 5-6 yaşlı uşaqlara – 1,0-1,5 q (2-3 tablet); 7-9 yaşlı uşaqlara – 1,5-2,0 q (3-4 tablet); 10-14 yaşlı uşaqlara – 2,0-3,0 q (4-6 tablet); tabletləri gündə 2-3 dəfə qəbul etmək lazımdır. Paroksizmal mioplegiyanın hiperkaliemik forması: böyüklərə – 1,0-3,0 q (2-6 tablet); 3-4 yaşlı uşaqlara – 1,0 q (2 tablet); 5-6 yaşlı uşaqlara – 1,0-1,5 q (2-3 tablet); 7-9 yaşlı uşaqlara – 1,5-2,0 q (3-4 tablet); 10-14 yaşlı uşaqlara – 2,0-3,0 q (4-6 tablet); tabletləri gündə 2-3 dəfə qəbul etmək lazımdır. Kalsium çatışmazlığının profilaktikası və müalicəsi üçün preparatın istifadə müddəti həkim tərəfindən müəyyən olunur və orta hesabla 10 gündən 1,5 aya qədər davam edir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00841

Oxşar Məhsullar

Acm Novofan N60 Cap
63,00 AZN -%0
63,00AZN
Additiva Roiibos-Mix, Vitamin C N10 Paket
19,00 AZN -%0
19,00AZN
Additiva Vit C Activline Xurma 240 Mq N20 Efv
15,20 AZN -%0
15,20AZN
Aevit Forte 350 Mq N30 Kapsul
3,40 AZN -%0
3,40AZN
Aevit N30 Cap
3,60 AZN -%0
3,60AZN
Agemo Omg 3 N50 Kapsul
40,60 AZN -%0
40,60AZN
Akvadetrim D3 10 ml Damla
4,48 AZN -%0
4,48AZN
Alpeforeks 15 ml Damla
17,30 AZN -%0
17,30AZN
Aminobol 5% 250 ml Məhlul
16,32 AZN -%0
16,32AZN
Aminokapronovaya Kislota 100 ml Sistem (Ukr)
2,18 AZN -%0
2,18AZN
Aminokard N30 Tablet
38,20 AZN -%0
38,20AZN
Aminoven 10% 500 ml Infuziya
31,04 AZN -%0
31,04AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce