Sevimlilərə əlavə edin
Paylaşın

Klotrimazol Aflofarm 10 Mq 20 Qr Krem

Məhsul Kodu : 111-20169
İstehsalçı ölkə : Portuqaliya
0 Şərh Şərh
2,15 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

KLOTRİMAZOL AFLOFARM 10 mq/q yerli, istifadə üçün krem

KLOTRİMAZOL AFLOFARM 10 mq/q yerli tərkibi

AKTOVEQİN tərkibi,

KLOTRİMAZOL AFLOFARM 10 mq/q yerli, istifadəsinə göstərişlər

Preparat xaricə istifadə üçün nəzərdə tutulmuşdur: − dermatofitlərin törətdikləri ikincili infeksiya ilə müşayiət olunan pəncələrin göbələk xəstəlikləri (məsələn, idmançılarda pəncələrin göbələk xəstəlikləri), qasıq epidermofitiyası, bədənin hamar dərisinin göbələk xəstəlikləri, barmaqarası dermatit; − xarici cinsiyyət orqanlarının dəri və selikli qişalarının patogen maya göbələkləri tərəfindən törədilən kandidozu (kandidoz vulvit və balanit); − kəpəklənən dəmrov.

Əks göstərişlər

Aşağıda göstərilən vəziyyətlərdə preparatın istifadəsi əks göstərişdir: − Klotrimazola və ya dərman preparatının tərkibinə daxil olan hər hansı digər komponentə (“Tərkibi” bölməsinə bax) qarşı allergiya (hiperhəssaslıq) qeyd olunduğu halda; − böyrək funksiyalarının pozğunluqları qeyd olunduğu hallarda; − hamiləlik dövrünün birinci trimestrində; − 11 yaşa qədər uşaqlarda; − vaginal vasitə şəklində və ya gözlərin müalicəsi məqsədi ilə.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və ya laktasiya dövründə və ya qadın hamilə olduğunu ehtimal etdikdə və ya hamilə olmağı planlaşdırdığı halda, göstərilən preparatın istifadəsinə başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Hamiləlik dövrünün birinci trimestrində Klotrimazol Aflofarm preparatının istifadəsi əks göstərişdir. Preparatın hamiləlik dövrünün ikinci və üçüncü trimestrlərində istifadəsinin məqsədəuyğun olub-olmaması barədə qərar yalnız son dərəcədə zərurət yarandığı hallarda və müstəsna olaraq, həkim tövsiyəsi əsasında hər bir halda fərdi qaydada qəbul edilməlidir. Laktasiya dövründə qadınlar preparatı yalnız həkim təyinatı əsasında istifadə edə bilərlər.

KLOTRİMAZOL AFLOFARM 10 mq/q yerli, istifadə qaydası

Göstərilən preparat hər zaman həkim və ya əczaçı təyinatına və ya içlik vərəqədə təsvir edilən tövsiyələrə dəqiq riayət etməklə istifadə edilməlidir. Hər hansı sual meydana çıxdığı halda, həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Preparatın tövsiyə edilən dozası Dərman preparatı dərinin zədələnmiş nahiyəsinə və zədələnmiş nahiyəni əhatə edən sahələrə nazik təbəqə ilə gündə 2 dəfə (səhər və axşam) çəkilməlidir. İstifadə qaydası Preparat yalnız yerli istifadə üçün nəzərdə tutulmuşdur. Dərman preparatını istifadə etməzdən əvvəl dəri təmiz yuyulmalı və qurudulmalıdır. Müalicənin davametmə müddəti Göbələk mənşəli dəri infeksiyalarının müalicəsi – 4 həftədən az olmayan müddət ərzində və eləcə də, xəstəliyin bütün simptomları aradan qalxdıqdan sonra. Göstərilən tövsiyəyə riayət edilmədiyi təqdirdə, infeksiyanın residivi meydana çıxa bilər. Müalicəyə başladıqdan təxminən 1 həftə sonra xəstəliyin kəskin simptomları aradan qalxır. Xarici cinsiyyət orqanları selikli qişalarının göbələk mənşəli infeksiyalarının müalicəsi – 1 həftədən 2 həftəyə qədər müddət ərzində. İnfeksiya simptomları pisləşdiyi halda və ya preparatın istifadəsindən sonra bir həftə müddətində yaxşılaşma qeyd olunmadığı təqdirdə, həkimlə məsləhətləşmək lazımdır. Uşaqlar və yaşlı pasiyentlər 11 yaşa qədər uşaqlarda və yaşlı (65 yaşdan yuxarı) pasiyentlərdə dərman preparatı yalnız həkim təyinatı əsasında istifadə edilə bilər. Klotrimazol Aflofarm preparatının istifadəsinin ötürülməsi Preparatın istifadəsi, növbəti doza artırılmadan davam etdirilməlidir. Ötürülən dozanı kompensasiya etmək məqsədi ilə preparatın ikiqat dozası istifadə edilməməlidir. Klotrimazol Aflofarm preparatının istifadəsinin dayandırılması Xəstəlik simptomları aradan qalxdıqdan sonra, preparatın istifadəsi dayandırılmamalıdır. Preparatın istifadəsi ilə müalicənin dayandırılması infeksiyanın residivləşməsinə gətirib çıxara bilər. Preparatın istifadəsi ilə hər hansı digər suallar meydana çıxdığı halda, həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-20169

Oxşar Məhsullar

Acm Molutreks 3 ml Flakon
45,40 AZN -%0
45,40AZN
Adalzit Gel 15 Qr
21,88 AZN -%0
21,88AZN
Akriderm Gk Krem 15 Qr
7,60 AZN -%0
7,60AZN
Akriderm Sk Məlhəm 15 Qr
4,70 AZN -%0
4,70AZN
Alledermin Gel 30 Qr
7,20 AZN -%0
7,20AZN
Allergozan 10 Mq Məlhəm 18 Qr
6,90 AZN -%0
6,90AZN
Ametazon 1 Mq 30 Qr Krem
7,78 AZN -%0
7,78AZN
Ametazon 1 Mq 30 Qr Məlhəm
7,00 AZN -%0
7,00AZN
Anti Akne 120 ml Losyon
20,90 AZN -%0
20,90AZN
Asiklovir 50 Mg 10 Qr Məlhəm
0,97 AZN -%0
0,97AZN
Baneosin 250/5000 Iu 10 g Toz
8,70 AZN -%0
8,70AZN
Belunat 20 Q Krem
3,30 AZN -%0
3,30AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce