Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Ksalatan 0,005 % 2,5 ml göz damlası

Məhsul Kodu : 111-03573
İstehsalçı ölkə: Belçika
19,27 AZN
Daha çox Göz və qulaq
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KSALATAN, göz damcısı

Ksalatan tərkibi

 Təsiredici maddə:   1 ml məhlulun tərkibində 50 mkq latanoprost vardır. Köməkçi maddələr: natrium xlorid, natrium dihidrofosfat (monohidrat), susuz dinatrium hidrofosfat, benzalkonium xlorid, inyeksiya üçün su.

İstifadəsinə göstərişlər:

 Açıqbucaqlı qlaukoma və ya yüksək oftalmotonusa malik böyüklərdə və uşaqlarda (1 yaşdan böyük olan) yüksək gözdaxili təzyiqin (GDT) azaldılması üçün istifadə olunur.

Əks göstərişlər:

 Latanoprosta və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq. Bir yaşa qədər uşaqlar (effektivliyi və təhlükəsizliyi təyin olunmamışdır).

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik İnsanlarda hamiləlik zamanı latanoprostun istifadəsinin təhlükəsizliyi müəyyən olunmamışdır. Latanoprost hamiləliyin gedişatına, dölə və yenidoğulmuşlara toksik təsir göstərə bilər. Hamiləlik zamanı istifadəsi əks göstərişlidir. Laktasiya dövrü Latanoprost və onun metabolitləri ana südünə nüfuz edə bilər. Laktasiya dövründə istifadəsi əks göstərişlidir. Preparatın istifadəsi zəruri olduğu hallarda ana südü ilə qidalandırma dayandırılmalıdır. Fertillik Heyvanlar üzərində aparılan tədqiqatlarda latanoprostun kişi və qadın fertilliyinə təsiri aşkarlanmamışdır.

Ksalatan istifadə qaydası, dozası

 Böyüklərdə (yaşlılar daxil olmaqla) dozalanma rejimi. Zədələnmiş göz(lərə)ə gündə 1 dəfə 1 damcı. Optimal effekt preparatın axşam istifadəsi zamanı əldə edilir. Preparatın instillyasiyası gündə 1 dəfədən çox edilməməlidir, çünki müəyyən olunmuşdur ki, daha çox yeritmə hipotenziv təsiri aşağı salır. Bir dozanın buraxılması zamanı müalicə adi sxem üzrə davam etdirilir. Hər hansı göz damcısının istifadəsi zamanı olduğu kimi, preparatın mümkün sistem effektinin yaranma ehtimalını azaltmaq məqsədi ilə hər damcının instillyasiyasından sonra gözün içəri küncündə, aşağı göz qapağında yerləşən aşağı göz yaşı nöqtəsinə 1 dəqiqə ərzində basmaq tövsiyə olunur. Bu proseduru instillyasiyadan bilavasitə sonra yerinə yetirmək lazımdır. İnstillyasiyadan əvvəl kontakt linzaları çıxarmaq və onları, yeritmədən ən azı 15 dəqiqə sonra yerləşdirmək lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Eyni zamanda digər göz damcılarından istifadə etmək zərurəti varsa, onların isifadəsini 5 dəqiqəlik intervallarla ayırmaq lazımdır. Uşaqlarda dozalanma rejimi Latanoprost uşaqlarda və böyüklərdə eyni dozalarda istifadə edilir. Vaxtından əvvəl doğulmuş uşaqlarda (hestasiya yaşı <36 həftə) preparatın istifadəsinə dair məlumatlar mövcud deyil. Bir yaşından aşağı olan uşaqlara aid məlumatlar çox məhduddur.

Prepared by  T-Soft E-Commerce.