Sevimlilərə əlavə edin
Paylaşın

Legend 400 Mg 5 ml N5 Ampula

Məhsul Kodu : 111-16743
İstehsalçı ölkə : Italiya
0 Şərh Şərh
49,90 AZN
Kateqoriya: Endokrin
KolleksiyaQiymət Xəbərdarlığı

LEGEND, 400 mq/5 ml inyeksiya məhlulu hazırlamaq üçün liofilizə olunmuş toz və həlledici

LEGEND tərkibi

Təsiredici maddə: 1 flakonda 400 mq ademetioninə ekvivalent olan 760 mq S-Adenozil-Lmetionin 1,4-butandisulfonat vardır.

İstifadəsinə göstərişlər

 Xroniki hepatit.  Qaraciyərdaxili xolestaz (öd durğunluğu), o cümlədən hamiləlik zamanı.  Xroniki xolesistit, xolangit.  Qaraciyər zədələnmələri, o cümlədən toksik, alkoqol, virus və dərman mənşəli (antibiotiklər, şişəleyhinə preparatlar, vərəməleyhinə preparatlar, virusəleyhinə preparatlar, trisiklik antidepressantlar, peroral kontraseptivlər).

 Qaraciyər sirrozu və sirrozönü vəziyyətlər.  Ensefalopatiya (o cümlədən qaraciyər çatışmazlığı ilə əlaqədar olan).  Depressiv (ikincili də daxil olmaqla) və abstinent sindromlar.

Əks göstərişlər

Preparata qarşı yüksək həssaslıq. 18 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ehtiyac olarsa hamilələrdə konkret klinik göstərişlərdə (məsələn, xolestaz, hamiləlik zamanı ürəkbulanma) ademetionin istifadə etmək olar. Hamiləliyin son aylarında ademetioninin istifadəsi zamanı əlavə təsirlər haqda məlumat yoxdur. Birinci trimestrdə yalnız mütləq göstəriş olarsa ademetionindən istifadə etmək olar. Laktasiya Laktasiya zamanı ademetionin yalnız fayda və risklərin dəyərləndirilməsinə əsasən təyin edilə bilər.

Reproduktivlik Məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri müəyyən edilməyib.

LEGEND istifadə qaydası və dozası

Ümumi terapevtik dozalanma: 15-20 gün müddətində hər gün bir ampul venadaxili və ya əzələdaxili yeridilir. İstifadə etməzdən bilavasitə öncə liofilizəedilmiş toz (vakuum şəraitində qurudulmuş) həlledicidə həll edilməlidir. Venadaxili təyinat zamanı preparat yavaş-yavaş yeridilməlidir. Hər bir göstəriş üçün dozalanma fərdi olaraq həkim tərəfindən təyin edilir.

Həkim tərəfindən hər hansı xüsusi təyinat olmazsa, preparat aşağıdakı dozalanmada təyin edilməlidir: Depressiv sindromlar 400 mq/sut dozada 15-20 gün ərzində venadaxili və ya əzələdaxili yeridilir. Qaraciyər patologiyaları 400-800 mq/sut dozada 2 həftə ərzində venadaxili və ya əzələdaxili yeridilir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-16743

Oxşar Məhsullar

Aktrapid 100 İu 10 ml Flakon
21,56 AZN -%0
21,56AZN
Alfalip 600MG/50 ml Sistem
8,00 AZN -%0
8,00AZN
Alfasart 600 Mq N30 Tablet
28,72 AZN -%0
28,72AZN
Alfateks 25MG 24 ml N5 Amp
34,61 AZN -%0
34,61AZN
Amaril 2 Mq N30 Tablet
4,67 AZN -%0
4,67AZN
Amaril 3 Mq N30 Tablet
8,21 AZN -%0
8,21AZN
Amaril 4 Mq N30 Tablet
7,85 AZN -%0
7,85AZN
Amaril M 2 Mq/500 Mq N30 Tablet
10,94 AZN -%0
10,94AZN
Asformin 1000mg N100 Tablet
9,31 AZN -%0
9,31AZN
Asformin 850MG N100 Tb
6,29 AZN -%0
6,29AZN
Asigliy Met 50/1000 N28 Tab
28,80 AZN -%0
28,80AZN
Asiklovir 200MG N20 Vietnam
1,00 AZN -%0
1,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce