Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

LEKROLIN 4% 5ML DAMLA

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-14981
İstehsalçı ölkə: Finlandiya
6,91 AZN
Daha çox Göz və qulaq
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

LEKROLİN, göz damcısı

LEKROLİN tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 40 mq natrium kromoqlikat vardır.

İstifadəsinə göstərişlər

- Allergik konyunktivit;

- allergik keratit;

- keratokonyunktivit;

- allergik reaksiyalar (ətraf mühit faktorları, professional xəstəliklər, məişət kimyası vasitələri, kosmetik vasitələr, oftalmoloji preparatlar, bitki tozcuqları və ev heyvanlarının kəpəyi) nəticəsində gözün selikli qişasının qıcıqlanması.

Əks göstərişlər

Dərman preparatının tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə dərman preparatından istifadə etdikdə, döldə heç bir məlum əlavə effekt müşahidə olunmamışdır. Bununla belə, hamiləlik dövründə dərman preparatının istifadəsi üçün əsaslandırılmış klinik göstərişlərin mövcudluğu tələb olunur. Natrium kromoqlikatın ana südünə ekskresiya olunmasına baxmayaraq, dərman preparatını tövsiyə olunan dozalarda istifadə etdikdə, uşaqda əlavə effektlərin meydana çıxması az ehtimal edilir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Görmə qabiliyyətinin müvəqqəti pozğunluqları meydana çıxdığı halda, pasiyent görmə qabiliyyətinin bərpa olunmasını gözləməli və yalnız bundan sonra, nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarə etməlidir.

LEKROLİN istifadə qaydası və dozası

Göstərilən dərman preparatını yalnız, gözlərə yeritmək olar. Flakon yalnız fərdi istifadə üçün nəzərdə tutulmuşdur. Böyüklərə və 4 yaşdan yuxarı uşaqlara: sutkada 2 dəfə hər gözün konyunktiva kisəsinə 1-2 damcı damcılatmaq lazımdır. 4 yaşdan aşağı uşaqlara: yalnız həkim təyinatına əsasən istifadə olunur. Mövsümi allergik konyunktivit zamanı müalicəni xəstəliyin ilk simptomları meydana çıxdıqdan dərhal sonra başlamaq və ya profilaktik məqsədlə çiçəklənmə dövrü başlayana qədər istifadə etmək lazımdır. Xəstəliyin simptomları saxlanıldığı halda, müalicəni çiçəklənmə dövrünün gedişində və ya daha uzun müddət ərzində davam etdirmək lazımdır. Məhlul bulanıq olduqda, göstərilən dərman preparatını istifadə etmək olmaz. Göz damcılarını damcılatmaqdan (instillyasiyadan) əvvəl:

- əlləri təmiz yumaq lazımdır;

- əlverişli vəziyyət qəbul etmək (oturmaq, arxası üstə uzanmaq, güzgünün qarşısında dayanmaq) lazımdır. Göz damcılarının istifadəsi 1. Flakonu açmaq lazımdır. Flakonun möhtəviyyatının çirklənməsinin qarşısını almaq məqsədi ilə, damcıladıcının ucluğunu heç bir yerə vurmaq olmaz. 2. Başı bir qədər arxaya ataraq, flakonu gözün üzərində tutmaq lazımdır (şəkil 1).

3. Alt göz qapağını aşağı çəkmək, yuxarı baxmaq və flakonu yüngül sıxaraq, göz damcılarını gözə damcılatmaq lazımdır (şəkil 2).

4. Gözü qapamaq, onun daxili bucağını 1 dəqiqə müddətində barmaqla yüngül sıxaraq saxlamaq lazımdır. Bu, göz damcılarının burun-göz yaşı kanalına daxil olmasının qarşısını almağa, preparatın effektivliyini yüksəltməyə və mənfi sistem effektlərin meydana çıxma riskini aşağı salmağa imkan verir (şəkil 3). Flakonu kip bağlamaq lazımdır.

Yerli təsirə malik bir neçə oftalmoloji preparat eyni zamanda təyin olunduqda, onların istifadəsi arasında zaman intervalı 5 dəqiqədən az olmamalıdır.

Prepared by  T-Soft E-Commerce.