Sevimlilərə əlavə edin
Paylaşın

Lenazol 2MG//Ml 300 ml (Infuziya) Opsonin Pharma

Məhsul Kodu : 111-27709
İstehsalçı ölkə : Banqlades
0 Şərh Şərh
23,76 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

LENAZOL, infuziya üçün məhlul

LENAZOL tərkibi

Təsiredici maddə: 300 ml məhlulun tərkibində 600 mq (2 mq/ml) linezolid vardır.

İstifadəsinə göstərişlər

Linezolid, qrammüsbət bakteriyaların törətdiyi və qrammüsbət bakteriyalar nəticəsində yaranmasına şübhə olan xəstəxanadaxili (nazokomial) və ya cəmiyyət etiologiyalı pnevmoniyaların müalicəsi üçün təyin edilir. Linezolid həmçinin, dərinin və yumşaq toxumaların fəsadlaşmış infeksiyalarında, yalnız mikrobioloji olaraq həssas qram müsbət bakteriyalar aşkarlandığı zaman təyin edilir. Linezolid yalnız xəstəxana şəraitində və mikrobioloq, yoluxucu xəstəliklər mütəxəssisi kimi müvafiq mütəxəssislə məsləhətləşdikdən sonra təyin edilməlidir.

Əks göstərişlər

Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Monoaminoksidazanın inhibitorları qrupundan olan dərman maddəsi qəbul edilirsə (məsələn, enelzin, izokarboksazid, seleqilin, moklobemid) və ya iki həftə əvvələ qədər qəbul edilmişdirsə. Əgər yüksək qan təzyiqi, feoxromositoma, karsinoid, tirotoksikoz, bipolyar po zğunluq, şizoeffektiv pozğunluq varsa, əgər bununla əlaqədar olaraq dərman qəbul edir və ya etmirsinizsə, kəskin konfuzional vəziyyətlər varsa. Selektiv serotoninin geriyə udulmasının inhibitorları, serotonin 5 -HT1 aqonistləri (triptanlar), trisiklik antidepressantlar, düz və dolayı simpatomimetiklər (adrenomimetik bronxodilatorlar, psevdoefedrin və fenilpropanolamin), vazopress or maddələr (məsələn, epinefrin, norepinefrin), dofaminergik maddələr (məsələn, dofamin, dobutamin), petidin və ya buspiron tərkibli dərman maddələri qəbul edən pasiyentlər.

Heyvanlarda aparılan təd qiqatların nəticəsi göstərir ki, linezolid və onun met abolitləri ana südünə keçə bilir və buna görə də, linezolid təyin edilməzdən əvvəl və ya təyin edildiyi müddət ərzində ana südü verilməməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Linezolidin hamilə qadınlarda istifadəsinə dair məhdud sayda məlumatlar var. Heyvanlar üzərində aparılan tədqiqatlarda reproduktiv toksiklik müşahidə olunmuşdur. Linezolid əgər çox vacib hal lar (məsələn: potensiyal fayda nəzər i riskdən çox olduğu hallarda) olmadıqca, hamiləlik dövründə istifadə edilməməlidir. Heyvanlar üzərində aparılan tədqiqatlar linezolid və onun metabolitlərinin ana südünə keçə biləcəyini göstərir.

Bu səbəblə, laktasiya dövründə preparatın istifadəsi dayandırılmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Linezolid başgicəllənməyə və görmə pozğunluqlarına səbəb ola bil ər. Belə hallar baş verərsə, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək məsləhət görülmür.

LENAZOL istifadə qaydası və dozası

Preparat venadaxili infuziya üçün nəzərdə tutulub. İnfuziyanın yeridilmə müddəti 30-120 dəqiqə təşkil edir. Müalicə müddəti patogenin növündən, infeksiya sahəsi, ağırlıq dərəcəsi və pasiyentin klinik reaksiyasından asılıdır. Böyüklər üçün tövsiyə olunan istifadə dozası.

İnfeksiya növü Dozalanması Müalicə müddəti Nazokomial pnevmoniya Gündə iki dəfə 600 mq 10-14 gün Cəmiyyət etiologiyalı pnevmoniya Dəri və yumşaq toxumaların mürəkkəb infeksiyaları Gündə iki dəfə 600 mq 18 yaşdan aşağı uşaqlarda dərman vasitəsinin təhlükəsizliyi öyrənilməmişdir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-27709

Oxşar Məhsullar

Amikron 500 Mq N10 Tablet
13,50 AZN -%0
13,50AZN
Anaferon 25 ml Detski Damla
10,20 AZN -%0
10,20AZN
Anaferon Uşaq 3 Mq N20 Tablet
8,06 AZN -%0
8,06AZN
Arbidol 200 Mg N10 Cap
14,78 AZN -%0
14,78AZN
Asiklovir 50 Mq 10q Krem
0,95 AZN -%0
0,95AZN
Asovir 400 Mq N30 Tablet
19,76 AZN -%0
19,76AZN
Asovir 50MG 5 g Krem
8,02 AZN -%0
8,02AZN
Atasvir 400MG N28 Tab
389,91 AZN -%0
389,91AZN
Azokan 150 Mg N2 Kapsul
8,10 AZN -%0
8,10AZN
Azokan 200MG N7 Cap
34,75 AZN -%0
34,75AZN
Bioflukon 150MG N1 Cap
5,27 AZN -%0
5,27AZN
Delopam 150MG N3 Cap
10,18 AZN -%0
10,18AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce