Sevimlilərə əlavə edin
Paylaşın

Liksiana 60 Mq N28 Tablet

Məhsul Kodu : 111-23729
İstehsalçı ölkə : Rusiya
0 Şərh Şərh
115,59 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

LİKSİANA, 15 mq, 30 mq, 60 mq örtüklü tabletlər

Liksiana, beynəlxalq patentləşdirilməmiş adı: Edoxaban.

LİKSİANA tərkibi

1 tabletin tərkibində 15 mq, 30 mq və ya 60 mq edoksaban (tozilat şəklində).
Köməkçi maddələr: mannitol (E421), prejelatinləşdirilmiş nişasta, krospovidon, hidroksipropilsellüloza, maqnezium stearat (E470b), hipromelloza (E464), makroqol 8000, titan dioksid (E171), karnaub mumu, sarı və qırmızı dəmir oksidləri (E172), talk, təmizlənmiş su.

LİKSİANA, istifadəsinə göstərişlər

• Qeyri-qapaq mənşəli fibrillyasiyası olan pasiyentlərdə beyin və digər damarların trombozunun profilaktikası
• Aşağı ətrafların dərin venalarının trombozu (DVT) və ağciyər arteriyasının tromboemboliyasının (AATE) müalicəsi və residivlərinin profilaktikası
• Aşağı ətraflarda ortopedik əməliyyatlardan sonra venoz tromboemboliyanın profilaktikası

Əks göstərişlər

• Edoksabana və ya digər komponentlərə qarşı yüksək həssaslıq
• Aktiv qanaxma, ciddi qanaxma riski olan hallar
• Qanın laxtalanmasına təsir edən digər preparatların istifadəsi (istisna hallar xaric)
• Qaraciyər xəstəlikləri, nəzarət olunmayan arterial hipertenziya, kəskin bakterial endokardit
• Hamiləlik və laktasiya dövrü

Hamiləlik və laktasiya dövründə istifadəsi

• Hamiləlik zamanı və ya ana südü ilə qidalanma dövründə istifadə olunmamalıdır
• Hamilə qalmaq ehtimalı olan qadınlar kontraseptiv istifadə etməlidir

LİKSİANA, istifadə qaydası

• MQQMF və VTE: 60 mq gündə 1 dəfə
• Orta və ağır böyrək çatışmazlığı (KK 15–50 ml/dəq), ≤60 kq bədən çəkisi və ya P-glikoprotein inhibitorları ilə birgə istifadə: 30 mq gündə 1 dəfə
• Aşağı ətraf ortopedik əməliyyatlardan sonra: 30 mq gündə 1 dəfə (KK ≥30 ml/dəq); əgər KK 30–50 ml/dəq: 15 mq gündə 1 dəfə
• Preparat yeməkdən asılı olmayaraq qəbul olunur
• Əməliyyatdan sonra ilk doza 12 saatdan sonra verilməlidir

Əlavə təsirləri

Çox tez-tez: qarın ağrısı, qaraciyər fermentlərinin artması, dəri altı qansızmalar, anemiya, burun və vaginal qanaxma, səpgi, sidikdə qan, travmadan sonra qanaxma, başgicəllənmə, baş ağrısı, ürəkbulanma, qaşınma
Tez-tez: göz daxili, əməliyyat yarası, mədə-bağırsaq, udlaq və ağız boşluğunda qanaxmalar, allergik reaksiyalar, övrə, ishal, ödem, yüksək hərarət, trombositopeniya, eozinofiliya, trigliserid və sidik turşusu artışı
Bəzən: əzələdaxili, oynaqdaxili, retroperitoneal və baş beyinə qansızma, allergik şok, angioödem

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-23729

Oxşar Məhsullar

Adrenalin-Darnitsa 0.18% 1 ml N10 Amp
3,90 AZN -%0
3,90AZN
Aeoprol Sterile 5 ml N5 Amp
7,08 AZN -%0
7,08AZN
Albunorm 20% 50 ml Infuziya üçün Məhlul
90,50 AZN -%0
90,50AZN
Albunorm Albumin 200 Mq 100 ml(oktafarma)
170,00 AZN -%0
170,00AZN
Alotendin 10 Mq/ 10 Mq N30 Tablet
19,70 AZN -%0
19,70AZN
Alotendin 10MG/5MG N30 Tb
16,48 AZN -%0
16,48AZN
Alotendin 5 Mq/ 10 Mq N30 Tablet
16,48 AZN -%0
16,48AZN
Alotendin 5 Mq/5 Mq N30 Tablet
13,86 AZN -%0
13,86AZN
Amlessa 4/10MG N30 Tb
9,50 AZN -%0
9,50AZN
Amlessa 4/5 Mq N30 Tablet
7,50 AZN -%0
7,50AZN
Amlessa 8/10 Mq N30 Tablet
11,04 AZN -%0
11,04AZN
Amlessa 8/5MG N30 Tb
8,76 AZN -%0
8,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce