Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

MAGNE B6 10ML N10 AMP

Məhsul Kodu : 111-05690
İstehsalçı ölkə: Fransa
8,35 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

MAQNE B6, 100 mq/10 mq, daxilə qəbul etmək üçün məhlul

MAQNE B6 tərkibi

MAQNE B6 tərkibi, 1 ampulda (10 ml) 186 mq maqnezium laktat dihidrat, 936 mq maqnezium pidolat (maqneziumun (Mg2+) ümumi miqdarı 100 mq (4,11 mmol) təşkil edir), 10 mq piridoksin hidroxlorid vardır.

Maqne B6, istifadəsinə göstərişlər

Müəyyən edilmiş maqnezium çatışmazlığı. Bir aylıq müalicədən sonra yaxşılaşma qeyd olunmadığı halda, müalicənin davam etdirilməsi məqsədəuyğun deyil.

Əks göstərişlər

Preparatın istifadəsi aşağıdakı hallarda əks göstərilmişdir: tərkib hissələrinin birinə qarşı yüksək həssaslıq, ağır dərəcəli böyrək çatışmazlığı (kreatininin klirensi 30 ml/dəq-dən aşağı), levodopa ilə yanaşı qəbulu.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu dərman vasitəsi, ehtiyac olduğu halda, hamiləliyin istənilən müddətində istifadə edilə bilər. Preparat ilə müalicə müddətində hamilə olduğunuzu aşkarladığınız halda həkimə müraciət edin. Həkim, müalicənin davam etdirilməsi Sizin üçün məqsədəuyğun olduğunu müəyyən edəcək. Laktasiya dövrü: preparatın tərkibində olan maqnezium və B6 vitamininin istifadəsi laktasiya dövrü ilə uyğun hesab edilir. Bu məsələyə dair məlumatlar B6 vitamininin maksimal gündəlik dozası ilə məhdudlaşdırılmışdır. Laktasiya dövründə B6 vitamininin tövsiyə edilən dozası gündə 20 mq-a qədər təşkil edir.

İstifadə qaydası və dozası

Bu dərman preparatı yalnız daxilə qəbul üçün nəzərdə tutulmuşdur. Bu preparat inyeksiya yolu ilə yeridilə bilməz! Ampulların tərkibindəkini yarım stəkan suda həll etmək lazımdır. Böyüklər: gündə 3–4 ampul, 2–3 qəbula bölünür, qida qəbulu zamanı. Çəkisi 10 kq-dan yuxarı olan uşaqlar (1 yaş və daha böyük uşaqlar): 10–30 mq/kq/gün (0,4–1,2 mmol/kq/gün), yəni gündə 1–4 ampul, 2–3 qəbula bölünür, qida qəbulu zamanı. Maqne B6 preparatının qəbulunu yaddan çıxartdığınız halda, ötürülən dozanı bərpa etmək məqsədi ilə preparatın ikiqat dozasını qəbul etməyin. Maqneziumun qanda səviyyəsinin tənzimlənməsindən sonra müalicə dayandırılmalıdır.

Prepared by  T-Soft E-Commerce.