Sevimlilərə əlavə edin
Paylaşın

Maksideks 0, 1% 5 ml Damla

Məhsul Kodu : 111-00282
İstehsalçı ölkə : Belçika
1 Şərh Şərh
5,72 AZN
Kateqoriya: Göz və qulaq
KolleksiyaQiymət Xəbərdarlığı

Maksideks, göz damcısı

Maksideks tərkibi

Maksideks tərkibi, 1 ml suspenziyanın tərkibində 1 mq deksametazon vardır (0,1%-li suspenziya). Köməkçi maddələr: susuz natrium-dihidrofosfat, polisorbat 80, natrium edetat, natrium xlorid, limon turşusu monohidrat və/və ya natrium hidroksid, benzalkonium xlorid, hidroksipropilmetilsellüloza, təmizlənmiş su.

Maksideks, istifadəsinə göstərişlər

Allergik blefarit, konyunktivit, keratokonyunktivit, səthi nöqtəvi keratit, kəmərvarı dəmrov zamanı keratit, irit, siklit; kəskin və xroniki irit, iridosiklit; toksik və ya allergik mənşəli residivverici marginal xoralar; termiki və kimyəvi yanıqlar (buynuz qişa defektlərinin tam epitelizasiyasından sonra); əməliyyatdan sonrakı dövrdə iltihabi proseslərin profilaktikası və müalicəsi.

Əks göstərişlər

Dərman vasitəsinin hər hansı tərkib komponentinə qarşı yüksək həssaslıq; kəskin, müalicə edilməmiş bakterial infeksiyalar; adi herpes (Herpes simplex) keratiti; inək çiçəyi, suçiçəyi, buynuz qişanın və ya konyunktivanın virus infeksiyaları; göz strukturunun göbələk xəstəlikləri və ya müalicə olunmamış parazitar göz infeksiyaları; mikobakterial göz infeksiyaları.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Maksideks göz damcısı, suspenziyanın hamilə qadınlarda istifadəsinə dair adekvat və ya yaxşı nəzarət olunan tədqiqatlar yoxdur. Hamiləlik zamanı uzunmüddətli və ya təkrar kortikoid istifadəsi, uşaqlıq daxili inkişaf geriliyi riskinin artması ilə əlaqələndirilmişdir. Hamiləlik zamanı kortikosteroid tərkibli dərman vasitələrindən əhəmiyyətli dozada qəbul etmiş anaların körpələri hipoadrenalizm əlamətlərinə görə diqqətlə müayinə olunmalıdırlar. Heyvanlar üzərində aparılan tədqiqatlar, sistem istifadədən sonra reproduktiv toksikliyi nümayiş etdirmişdir. 0.1% deksametazonun okulyar istifadəsi dovşanlarda döl anomaliyaları ilə nəticələnmişdir. Maksideks göz damcısının hamiləlik zamanı istifadəsi tövsiyə edilmir. Laktasiya dövründə Maksideks göz damcısının insanlarda südə keçməsi məlum deyil. Deksametazonun insan südünə nüfuz etməsinə dair məlumat yoxdur. Analarda istifadədən sonra deksametazonun körpələrə klinik təsiri və ya ana südündə aşkarlanması ehtimal edilmir. Lakin südəmər uşaqlar üçün risk istisna olunmur. Fayda/risk nisbəti nəzərə alınaraq, Maksideks steril oftalmoloji suspenziyanın istifadəsindən çəkinmək və ya ana südü ilə qidalandırmamaq qərarı alına bilər.

Maksideks, istifadə qaydası

Yalnız yerli istifadə üçündür (konyunktival kisəciyə 1-2 damcı tökülür). Kəskin iltihabi proseslər zamanı: İlkin müalicə kimi hər 30-60 dəqiqədə bir dəfə 1-2 damcı damızdırılır, iltihab azaldıqca doza azaldılır. Xronik iltihabi proseslər zamanı: Hər 3-6 saatdan bir və ya həkim göstərişi ilə 1-2 damcı damızdırılır. Allergiya və yüngül iltihabi proseslər: Hər 3-4 saatdan bir 1-2 damcı damızdırılır. Müalicə zamanı flakon çalxalanmalıdır, flakon ucu heç bir səthə toxundurulmamalıdır. Burun-gözyaşı kanalının basılması və ya göz qapaqlarının bağlanması tövsiyə olunur. Birdən artıq dərman istifadə edilərsə, preparatlar arasında 5 dəqiqə fasilə saxlanmalıdır. Məlhəmlər ən sonda istifadə olunur. Uşaqlarda istifadəsi təhlükəsizlik və effektivlik baxımından müəyyən olunmayıb. Yaşlılarda və böyrək/qaraciyər pozğunluğu olanlarda istifadəyə dair fərqlilik müəyyən edilməmişdir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00282

Oxşar Məhsullar

Aldrop 10 Mq 20 ml Damcı
6,88 AZN -%0
6,88AZN
Alfam 2 Mq 5 ml Damla
10,27 AZN -%0
10,27AZN
Alltovis Damla, 10 ml
32,60 AZN -%0
32,60AZN
Apfekto 0, 3 % 5 ml Damla
30,00 AZN -%0
30,00AZN
Augenstock Combipres 2/5MG 10 ml Damla
12,44 AZN -%0
12,44AZN
Augenstock Edema 5 % 10 ml Damla
24,20 AZN -%0
24,20AZN
Augenstock Nazin 10 ml Damla
25,80 AZN -%0
25,80AZN
Augenstock Polideks 1/3, 5 Mq 10 ml Damla
8,52 AZN -%0
8,52AZN
Augenştok Lotepred Plyus 10 ml Göz Damcısı
13,62 AZN -%0
13,62AZN
Augenstok Lubrikant 0, 2% 10 ml Damla
30,80 AZN -%0
30,80AZN
Augenstok Lubrikant 3 10 Qr Gel
30,50 AZN -%0
30,50AZN
Augenştok Nevan 0, 3% 10 ml Göz Damcısı
18,00 AZN -%0
18,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce