Sevimlilərə əlavə edin
Paylaşın

Maksideks 1MG 3.5 g Məlhəm

Məhsul Kodu : 111-00283
İstehsalçı ölkə : Belçika
1 Şərh Şərh
6,73 AZN
Kateqoriya: Göz və qulaq
KolleksiyaQiymət Xəbərdarlığı

Maksideks, steril göz məlhəmi

Maksideks tərkibi

Maksideks tərkibi, 1 q məlhəmin tərkibində 1 mq deksametazon vardır. Köməkçi maddələr: metilparaben, propilparaben, ağ yumşaq parafin, susuz maye lanolin.

Maksideks, istifadəsinə göstərişlər

Allergik blefarit, konyunktivit, keratokonyunktivit, səthi nöqtəvi keratit, kəmərvarı dəmrov zamanı keratit, irit, siklit; kəskin və xroniki irit, iridosiklit; toksik və ya allergik mənşəli residivverici marginal xoralar; termik və kimyəvi yanıqlar (buynuz qişa defektlərinin tam epitelizasiyasından sonra); əməliyyatdan sonrakı dövrdə iltihabi proseslərin profilaktika və müalicəsi.

Əks göstərişlər

Dərman vasitəsinin hər hansı tərkib komponentinə qarşı yüksək həssaslıq; kəskin, müalicə edilməmiş bakterial infeksiyalar; adi herpes (Herpes simplex) keratiti; inək çiçəyi, suçiçəyi, buynuz qişanın və ya konyunktivanın virus infeksiyaları; göz strukturunun göbələk xəstəlikləri və ya müalicə olunmamış parazitar göz infeksiyaları; mikobakterial göz infeksiyaları.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Maksideks göz məlhəminin hamilə qadınlarda istifadəsinə dair adekvat və ya yaxşı nəzarət olunan tədqiqatlar yoxdur. Hamiləlik dövründə kortikosteroidlərin uzunmüddətli və ya təkrar istifadəsi bətndaxili inkişaf geriliyinin artması riski ilə əlaqələndirilmişdir. Hamiləlik dövründə böyük dozada kortikosteroid qəbul edən anaların körpələri hipoadrenalizmin əlamətlərinə görə ciddi şəkildə müayinə olunmalıdırlar. Heyvanlar üzərində aparılan tədqiqatlar, sistem istifadədən sonra reproduktiv toksikliyi nümayiş etdirmişdir. 0.1% deksametazonun gözlərdə istifadəsi dovşanlarda döl anomaliyaları ilə nəticələnmişdir. Maksideks steril göz məlhəmi hamiləlik dövründə istifadə üçün tövsiyə edilmir. Laktasiya: Maksideks göz məlhəminin ana südünə nüfuz edib/etməməsi məlum deyil. Deksametazonun insanlarda ana südünə keçməsinə dair məlumat yoxdur. Analarda bu dərman vasitəsinin istifadəsindən sonra, deksametazonun ana südündə aşkar olunacaq və ya körpələrə klinik təsir edə biləcək miqdarda olması ehtimal olunmur. Südəmər uşaq üçün risk istisna edilməməlidir. Körpələrin ana südü ilə qidalandırılmaması və ya müalicənin dayandırılması fayda/risk nisbətinə əsasən qərara alınmalıdır. Fertillik: Deksametazonun yerli okulyar istifadədə fertilliyə təsirini dəyərləndirəcək araşdırmalar aparılmamışdır. Deksametazonun kişi və ya qadın fertilliyinə təsirini müəyyən edəcək klinik məlumatlar məhduddur. Xorionik qonadotropin yeridilmiş siçovul modellərində deksametazonun fertilliyə əlavə təsiri qeyd edilməmişdir.

Maksideks, istifadə qaydası

Məlhəm, gündə 4 dəfəyə qədər konyunktival kisəcik(lər)ə nazik təbəqə şəklində tətbiq edilməlidir. Müsbət dinamika müşahidə edildikdə dozanı bir neçə gün müddətində 1 dəfəyə qədər azaltmaq lazımdır. Yalnız okulyar istifadə üçündür. Tubun ucunun gözlərə dəyməsinə yol verilməməlidir. Birdən artıq yerli dərman vasitəsi təyin edildikdə, dərmanlar ən azı 5 dəqiqə fasilə ilə istifadə olunmalıdırlar. Məlhəmlər ən sonda istifadə olunur. Uşaqlar: Maksideks göz məlhəminin təhlükəsizlik və effektivliyi uşaqlarda müəyyən edilməmişdir. Yaşlılar: Yaşlı və böyük xəstələrdə preparatın təhlükəsizlik və effektivliyi arasında ümumi fərq yoxdur. Böyrək və ya qaraciyər funksiyasının pozulması: Böyrək və ya qaraciyər funksiyasının pozulması olan xəstələrdə Maksideks göz məlhəminin təhlükəsizlik və effektivliyi müəyyən edilməmişdir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00283

Oxşar Məhsullar

Aldrop 10 Mq 20 ml Damcı
6,88 AZN -%0
6,88AZN
Alfam 2 Mq 5 ml Damla
10,27 AZN -%0
10,27AZN
Alltovis Damla, 10 ml
32,60 AZN -%0
32,60AZN
Apfekto 0, 3 % 5 ml Damla
30,00 AZN -%0
30,00AZN
Augenstock Combipres 2/5MG 10 ml Damla
12,44 AZN -%0
12,44AZN
Augenstock Edema 5 % 10 ml Damla
24,20 AZN -%0
24,20AZN
Augenstock Nazin 10 ml Damla
25,80 AZN -%0
25,80AZN
Augenstock Polideks 1/3, 5 Mq 10 ml Damla
8,52 AZN -%0
8,52AZN
Augenştok Lotepred Plyus 10 ml Göz Damcısı
13,62 AZN -%0
13,62AZN
Augenstok Lubrikant 0, 2% 10 ml Damla
30,80 AZN -%0
30,80AZN
Augenstok Lubrikant 3 10 Qr Gel
30,50 AZN -%0
30,50AZN
Augenştok Nevan 0, 3% 10 ml Göz Damcısı
18,00 AZN -%0
18,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce