Sevimlilərə əlavə edin
Paylaşın

Megafer 10MG 150 ml Srp

Məhsul Kodu : 111-16533
0 Şərh Şərh
8,26 AZN
Kateqoriya: Bioloji əlavələr
KolleksiyaQiymət Xəbərdarlığı

MEQAFER, 50 mq / 5 ml şərbət

MEQAFER tərkibi

Təsiredici maddə: 5 ml (1 ölçü qaşığı) şərbətin tərkibində 50 mq elementar dəmirə ekvivalent olan dəmir III hidroksid polimaltoza kompleksi vardır.

İstifadəsinə göstərişlər

Müxtəlif mənşəli bütün dəmir çatışmazlığı səbəblərindən yaranan dəmir defisitli anemiyanın müalicəsində və profilaktikasında, hamiləlik, laktasiya və uşaqlıq dövrlərində orqanizmin dəmirlə təmin olunması üçün istifadə edilir.

Əks göstərişlər

Dərmanın təsiredici maddəsinə və ya tərkibindəki köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslığı olan şəxslər, dəmir çatışmazlığının olmadığı bütün anemiyalar (məsələn, hemolitik anemiya), orqanizmdə dəmir artıqlığı (hemoxromatoz, xroniki hemoliz), dəmirə qarşı yüksək həssaslıq, dəmir istifadəsinin pozuntuları (qurğuşun anemiyası, sideroaxrestik anemiya), talassemiya, ağır dərəcəli qaraciyər və böyrək xəstəlikləri, müntəzəm qanköçürmələr, QİÇS infeksiyalı xəstələrdə anemiyanın dəmir çatışmazlığı səbəbindən yaranması dəqiqləşməyənədək dəmir preparatları ilə müalicə aparılmamalıdır. Dərmanın tərkibində qlükoza və sorbitol olduğundan, fruktozaya dözümsüzlük, qlükozaqalaktoza sorulmasının pozulması və ya saxaraza-izomaltaza çatışmazlığı kimi nadir irsi xəstəlikləri olan xəstələrə bu dərmandan istifadə əks-göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik kateqoriyası A-dır. Hamiləlik dövründə dəmir əlavəsi qismində istifadə edilir. Uğurla icra edilmiş epidemioloji tədqiqatlar nəticəsində dəmir III hidroksid polimaltoz kompleksinin hamiləliyə və ya dölə/yenidoğulmuş körpənin sağlamlığına hər hansı əlavə təsiri müşahidə olunmamışdır. Hamiləlik zamanı MEGAFER®-i həkimlə məsləhətləşdikdən sonra qəbul etmək olar.

Dəmir ana südü ilə ifraz olunur. Dəmirin ana südünə keçməsi ananın orqanizmindəki dəmirin və ya qida məhsulları ilə daxilə qəbul edilən dəmirin miqdarından asılı olaraq dəyişmir. Bu səbəbdən də, körpəsini döşlə əmizdirən anaya dəmir preparatlarının verilməsi körpədə dəmir intoksikasiyasına və ya körpənin orqanizmindəki dəmir çatışmazlığının aradan qaldırılmasına səbəb olmur. Laktasiya dövründə MEGAFER ®-i həkimlə məsləhətləşdikdən sonra qəbul etmək olar.

Nəsilvermə qabiliyyətinə təsiri yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri gözlənilmir.

MEQAFER istifadə qaydası və dozası

• MEGAFER ® şərbət yalnız peroral istifadə üçündür. • MEGAFER® şərbəti yemək vaxtı və ya yeməkdən sonra qəbul etmək olar. • MEGAFER® şərbət meyvə və ya tərəvəz şirələri ilə qarışdırıla bilər. MEGAFER® şərbət uşaqlarda gündə 50 - 100 mq, böyüklərdə isə gündə 100 - 150 mq elementar dəmirə ekvivalent olan dozalarda istifadə edilir.

Həkim tərəfindən başqa cür təyin edilmədiyi təqdirdə, aşağıdakı dozalarda istifadə edilir: Uşaqlar: gündə 1-2 dəfə (5 ml) 1 ölçü qaşığı Böyüklər: gündə 2-3 dəfə (5 ml) 1 ölçü qaşığı Dərmanı həkimin təyin etdiyi müddət ərzində qəbul etmək lazımdır. Dəmir çatışmazlığının simptomları keçib getdikdən sonra, dəmir dep olarını doldurmaq məqsədi ilə dərmanı ən azı daha bir ay qəbul etmək lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-16533

Oxşar Məhsullar

Acm Novofan N60 Cap
63,00 AZN -%0
63,00AZN
Additiva Roiibos-Mix, Vitamin C N10 Paket
19,00 AZN -%0
19,00AZN
Additiva Vit C Activline Xurma 240 Mq N20 Efv
15,20 AZN -%0
15,20AZN
Aevit Forte 350 Mq N30 Kapsul
3,40 AZN -%0
3,40AZN
Aevit N30 Cap
3,60 AZN -%0
3,60AZN
Agemo Omg 3 N50 Kapsul
40,60 AZN -%0
40,60AZN
Akvadetrim D3 10 ml Damla
4,48 AZN -%0
4,48AZN
Alpeforeks 15 ml Damla
17,30 AZN -%0
17,30AZN
Aminobol 5% 250 ml Məhlul
16,32 AZN -%0
16,32AZN
Aminokapronovaya Kislota 100 ml Sistem (Ukr)
2,18 AZN -%0
2,18AZN
Aminokard N30 Tablet
38,20 AZN -%0
38,20AZN
Aminoven 10% 500 ml Infuziya
31,04 AZN -%0
31,04AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce