Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

MEGAFER 50MG 2ML N5 AMP

Məhsul Kodu : 111-16540
İstehsalçı ölkə: Türkiye
6,12 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

MEQAFER, inyeksiya üçün məhlul

MEQAFER tərkibi

Təsiredici maddə: 1 ampulda (2 ml) 100 mq elementar dəmirə ekvivalent 322,58 mq dəmir (III) hidroksid polimaltoza kompleksi vardır.

İstifadəsinə göstərişlər

MEQAFER dəmir çatışmazlığı vəziyyətlərinin müalicəsi zamanı aşağıdakı hallarda istifadə edilir: • Mədə-bağırsaq traktından dəmirin sorulmasının pozulması nəticəsində yaranan dəmir defisitli anemiya • Aktiv mədə-bağırsaq qanaxması nəticəsində yaranan dəmir defisitli anemiya • Total və ya subtotal qastrektomiya nəticəsində yaranan dəmir defisitli anemiya • Peroral dəmir preparatlarının qəbulu mümkün olmayan dəmir defisitli anemiyası olan xəstələr • Peroral dəmir müalicəsinə davamlı dəmir defisitli anemiya • Dəmirin tez bərpasının vacib olduğu hallar • Xroniki böyrək çatışmazlığı olan eritropoetin (EPO) müalicəsi alan xəstələrdə dəmir çatışmazlığı olduqda

Əks göstərişlər

• Aktiv maddəyə və ya hər hansı köməkçı maddəyə yüksək həssaslıq • Dəmir çatışmazlığı ilə bağlı olmayan anemiyalar (məsələn, hemolitik anemiya və s.) • Dəmir yüklənməsi (hemoxromatoz, xroniki hemoliz) • Dəmirdən istifadənin pozulması (qurğuşun anemiyası, sideroblastik anemiya) • Talassemiya • Ağır qaraciyər və ya böyrək çatışmazlığı • Böyrək infeksiyalarının kəskin mərhələsi • Venadaxili istifadə • Nəzarət olunmayan hiperparatireoz • Bronxial astma • Proqressiv xroniki poliartrit • Alkoqolizm • Hamiləliyin ilk üç ayı (I trimestr) • 4 aylığa qədər uşaqlar

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik kateqoriyası: C. Hamiləliyin bu kateqoriyasına baxmayaraq, həkim hamiləlik həftəsinə, diaqnoz qoyulmuş xəstəliyə və hamilə qadının digər xüsusiyyətlərinə uyğun olaraq ətraflı fayda -risk qiymətləndirməsini apararaq, hamilə qadına preparatın təyin edilməsi barədə qərar verə bilər. Hamiləliyin I trimestrində istifadə olunmamalıdır. Dəmir klinik olaraq az miqdarda ana südünə keçir.

Bu miqdar ana südü ilə qidalanan körpəyə toksiki təsir göstərmir. Həmçinin dəmir çatışmazlığı olan körpəni müalicə edə bilməz.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

MEQAFER istifadə qaydası və dozası

Böyüklər: əzələ daxilinə sutkada 1 ampul (100 mq elementar dəmir) təyin olunur. Maksimal sutkalıq doza: 2 ampul (200 mq elementar dəmir) Uşaqlar üçün doza yaşa və uşağın bədən kütləsinə görə təyin edilir. Uşaqlarda maksimal sutkalıq dozalar: • 5 kq-a qədər uşaqlar: ¼ ampul (0,5 ml = 25 mq dəmir) • 5-10 kq arası uşaqlar: ½ ampul (1 ml = 50 mq dəmir) Kifayət qədər məlumat olmadığından 14 yaşdan aşağı uşaqlarda parenteral dəmir prepatarlarının istifadəsi tövsiyə olunmur. Parenteral müalicə üçün kurs həkim tərəfindən hemoqlobin in göstəricilərinə uyğun təyin olunur, əgər ehtiyac olarsa, müalicə dəmirin peroral yolla təyin olunan preparatları ilə davam etdirilir.

Dəmir çatışmazlığı zamanı k linik və laborator simptomlar normallaşdıqdan sonra preparat ay ərzində dəmir ehtiyatı bərpa olunana qədər istifadə olunmalıdır.

Prepared by  T-Soft E-Commerce.