Sevimlilərə əlavə edin
Paylaşın

Metakartin 200 Mq 5 ml N5 Ampul

Məhsul Kodu : 111-17261
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
10,26 AZN
Kateqoriya: Bioloji əlavələr
KolleksiyaQiymət Xəbərdarlığı

METAKARTİN, inyeksiya üçün məhlul

METAKARTİN tərkibi

Təsiredici maddə: 1 ampulda 1,0 q levokarnitin vardır.

İstifadəsinə göstərişlər

İlkin və ikincili karnitin defisiti.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Fertillik Fertilliyi öyrənən klinik tədqiqatlarda arzuolunan effektlər aşkar edilmişdir və təhlükəsizlik problemləri qeyd edilməmişdir. Hamiləlik Reproduktivlik tədqiqatları siçovullarda və dovşanlarda aparılmışdır. Heç bir növdə teratogen effekt aşkar edilməmişdir. Siçovullardan fərqli olaraq dovşanlarda nəzarət qrupu ilə müqayisədə tədqiq edilən maksimal dozanın (600 mq/kq/sutka) istifadəsi zamanı postimplantasion itkilərin statistik cəhətdən əhəmiyyətsiz artması qeyd edilmişdir.

Bu nəticələrin insan üçün vacibliyi məlum deyil. Hamilə qadınlarda müvafiq klinik tədqiqatlar aparılmamışdır. Metakartin hamiləlik dövründə, yalnız ana üçün gözlənilən fayda döl üçün potensial riskdən üstün olduqda istifadə edilə bilər. Laktasiya Levokarnitin ana südünün təbii komponentidir.

Laktasiya dövründə olan qadınlarda levokarnitinin istifadəsi öyrənilməmişdir. Metakartin laktasiya dövründə, yalnız ana üçün gözlənilən fayda karnitinin həddindən artıq ekspozisiyası ilə uşaq üçün törədilən potensial riskdən üstün olduqda istifadə edilə bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat avtonəqliyyat və mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir.

METAKARTİN istifadə qaydası və dozası

Hemodializ fonunda ikincili karnitin defisiti Dializ seansının sonunda 2 q yavaş venadaxili yeridilir. 1 ildən çox dializdə olan pasiyentlərdə 2,5 q doza təyin edilə bilər. Preparatın venadaxili yeridilməsi yavaş (2-3 dəqiqə) aparılmalıdır. Qeyd Levokarnitin preparatlarının uzunmüddətli istifadəsini tələb edən ilkin və ikincili karnitin çatışmazlığı olan pasiyentlər Metakartin preparatının peroral formasını istifadə etməlidirlər.

Gündəlik doza yaş və bədən çəkisindən asılıdır: doğulduğu gündən 2 yaşa qədər 150 mq/kq bədən çəkisinə; 2 yaşdan 6 yaşa qədər - 100 mq/kq bədən çəkisinə; 6 yaşdan 12 yaşa qədər - 75 mq/kq bədən çəkisinə; 12 yaşdan yuxarı və böyüklər üçün - xəstəliyin ağırlığından asılı olaraq və həkimin məsləhəti nəzərə alınmaqla 24 q tövsiyə olunur. Peroral formaların istifadəsi mümkün olmadıqda, venadaxili formaları istifadə edilə bilər. Xüsusi qrup pasiyentlər Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə xüsusi ehtiyat tədbirləri və Metakartin preparatının dozalanmasının dəyişdirilməsi tələb edilmir. Klinik tədqiqatlarda müşahidə edilən təhlükəsizlik profili yaşlı və cavan pasiyentlərdə eynidir.

Diabet xəstəliyi olan pasiyentlər Qlükozanın utilizasiyasını yaxşılaşdıran insulin və ya peroral hipoqlikemik vasitələr qəbul edən diabetli pasiyentlərdə levokarnitinin istifadəsi hipoqlikemiya ilə nəticələnə bilər, bu səbəbdən belə pasiyentlərdə hipoqlikemik müalicənin vaxtında korreksiyası üçün qlikemiyanın səviyyəsinə müntəzəm nəzarət etmək lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-17261

Oxşar Məhsullar

Acm Novofan N60 Cap
63,00 AZN -%0
63,00AZN
Additiva Roiibos-Mix, Vitamin C N10 Paket
19,00 AZN -%0
19,00AZN
Additiva Vit C Activline Xurma 240 Mq N20 Efv
15,20 AZN -%0
15,20AZN
Aevit Forte 350 Mq N30 Kapsul
3,40 AZN -%0
3,40AZN
Aevit N30 Cap
3,60 AZN -%0
3,60AZN
Agemo Omg 3 N50 Kapsul
40,60 AZN -%0
40,60AZN
Akvadetrim D3 10 ml Damla
4,48 AZN -%0
4,48AZN
Alpeforeks 15 ml Damla
17,30 AZN -%0
17,30AZN
Aminobol 5% 250 ml Məhlul
16,32 AZN -%0
16,32AZN
Aminokapronovaya Kislota 100 ml Sistem (Ukr)
2,18 AZN -%0
2,18AZN
Aminokard N30 Tablet
38,20 AZN -%0
38,20AZN
Aminoven 10% 500 ml Infuziya
31,04 AZN -%0
31,04AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce