Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

MILGAMMA NA 1ML N10

Məhsul Kodu : 111-26517
İstehsalçı ölkə: Almaniya
21,18 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

MİLQAMMA NA, əzələdaxili və venadaxili inyeksiya üçün məhlul

MİLQAMMA NA tərkibi

Təsiredici maddələr: 1 ampulda 100 mq tiamin hidroxlorid (Vitamin B1), 50 mq piridoksin hidroxlorid (Vitamin B6) vardır.

İstifadəsinə göstərişlər

Neyropatiyaların müalicəsi. B1 və B6 vitaminlərinin təsdiq olunmuş çatışmazlığı nəticəsində yaranan sinir sistemi xəstəliklərinin (sistem nevroloji xəstəliklər) müalicəsi.

Əks göstərişlər

- tiaminə və benfotiaminə, piridoksin -hidroxloridə və ya Milqamma NA preparatının digər inqredientlərinə qarşı allergiya (hiperhəssaslıq). - hamiləlik və laktasiya dövrü Xüsusi göstərişlər və ehtiyyat tədbirləri Tərkibində B1 vitamini olan inyeksiya məhlul larının istifadəsindən sonra şok və allergik reaksiyaların (hiperhəssaslıq) baş verməsi çox nadir hallarda müşahidə olunsa da onların baş verməsi mümkündür (bax: "Əlavə təsirləri"). Tənəffüs çatışmazlığı, ürək döyüntüsünün sürətlənməsi (taxikardiya), krupoz iltihab və ya qan dövranının pozulması hallarını müşahidə etdikdə dərhal həkimə müraciət edin. Periferik sensor neyropatiya və ya əllərdə və ayaqlarda iynəbatma hissi kimi paresteziyaların simpto mları müşahidə oluna bilər.

Bu cür hallar B 6 vitaminindən gündəlik 50mq -dan yüksək dozada uzunmüddətli istifadə və ya qram diapazonunda qısamüddətli istifadə zamanı baş verə bilər. İynəbatma və ya uyuşma müşahidə etdikdə həkimə müraciət edin. Həkim qəbu l olunan dozanın miqdarını müəyyən edəcək. Ehtiyac yarandıqda dərmanın qəbulu dayandırıla bilər.

Diqər dərman vasitələri ilə qarşılıqlı təsiri Reseptsiz buraxılan dərmanlar da daxil olmaqla digər dərman vasitələrindən istifadə edirsinizsə və ya bu yaxınlarda istifadə etmisinizsə həkiminizi və ya əczaçını bu barədə məlumatlandırmağınız xahiş olunur. - Vitamin B 1 (tiamin hidroxlorid) eyni zamanda həm də xərçəng əleyhinə istifadə olunan (sitostatik) 5- fluorurasil ilə qəbul olunduqda öz təsirini itirir. - Sidiyin tərkibində çoxlu miqdarda B 1 vitamini xaric olur. Ona görə də, furosemidlə (sidikqovucu) uzunmüddətli müalicə zamanı B1 vitamininin çatışmazlığı baş verə bilər.

- Piridoksinin hidralazin, izoniazid [İNH], sikloserin, D -penisillamin kimi antaqonistləri B6 vitamininə olan tələbatı artıra bilər. - Gündəlik 5mq və daha yüksək dozada qəbul edilən B 6 vitamini (Piridoksin hidroxlorid) L-dopanın (Parkinson xəstəliyinin müalicəsi üçün dərman) təsirini azalda bilər. Lütfən, yadda saxlayın ki, bu məlumat, həmçinin, ən son istifadə etdiyiniz dərmanlara da şamil oluna bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hər hansı dərmanı qəbul etməzdən öncə həkimlə və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik və laktasiya dövründə vitaminə olan gündəlik tələb at müvafiq qidalanma ilə qarşılanmalıdır. Tərkibindəki aktiv maddələrin miqdarına görə bu dərman yalnız vitamin çatışmazlığının müalicəsi üçündür. Ona görə də, bu dərmandan yalnız həkim tərəfindən risk/fayda nisbətinin qiymətləndirilməsi aparıldıqdan sonra istifadə etmək olar.

Milqamma NA-nın hamiləlik dövründə istifadəsi üzrə araşdırma aparılmayıb. B1 + B6 vitamini ana südünün tərkibinə nüfuz edir. Hamiləlik dövründə və ana südü ilə qidalandırma zamanı piridoksin hidroxloridin gündəlik dozası 25 mqdan çox olmamalıdır. İnyeksiya üçün nəzərdə tutulan məhlulun tərkibində 50 mq piridoksin hidroxlorid var.

Ondan hamiləlik dövründə və ana südü ilə qidalandırma zamanı istifadə etməyin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bu dərmanın nəqliyyat vasitələrinii və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri ilə bağlı heç bir hadisə qeydə alınmayıb. Bu səbəbdən heç bir xüsusi ehtiyat tədbirinin görülməsi tələb olunmur.

MİLQAMMA NA istifadə qaydası və dozası

Preparat əzələ daxilinə və ya vena daxilinə yeridilir. Milqamma NA həkiminiz tərəfindən başqa cür təyin edilmə zsə, aşağıdakı məlumatlardan istifadə etmək lazımdır. Dərmanın qəbulu ilə bağlı göstərişlərə diqqətlə əməl edin, əks t əqdirdə Milqamma NA lazımi təsir göstərməyə bilər. Həkiminiz başqa cür təyinat verməszə, standart doza aşağıdakı kimidir: Müalicənin əvvəlində inyeksiya üçün 1ml məhlul (1 ml = 1 ampul) gündə bir dəfə inyeksiya edilir.

Müalicənin sona çatdığı ərəfədə hər həftə inyeksiya üçün 1-2 ml məhlul (1-2 ampul) yeridilir. Müalicənin davametmə müddəti mövcud xəstəliyin növündən və kəskinlik dərəcəsindən asılıdır. Əlavə məlumat üçün həkimə müraciət edin. İstifadə etməyi unutmusunuzsa İstifadə edilməmiş dozanı əvəz etmək üçün ikiqat doza istifadə etməyin.

Bu dərmanın istifadəsi ilə bağlı əlavə suallarınız yaran arsa, lütfən, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Milqamma NA-nın təsirinin olduqca güclü və ya olduqca zəifo lduğunu düşünürsünüzsə, bu barədə həkimlə və ya əczaçı ilə məsləhətləşməlisiniz.

Prepared by  T-Soft E-Commerce.