Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 300 mq benfotiamin (B1 vitamininin yağda həll olan törəməsi) vardır.
Monopreparatların müəyyən edilmiş yeganə terapevtik göstərişləri, B 1 vitamininin çatışmazlığını pəhriz vasitələrinin köməyi ilə müalicəsi mümkün olmadıqda, onların monopreparatların köməyilə müalicəsi və profilaktikasıdır. Klinik diaqnozlaşdırılmış B1 vitamin çatışmazlığı aşağıdakı hallarda baş verə bilər: Qeyri-kafi pəhriz və kifayət qədər qidalanmamaq (məsələn, beri -beri), uzunmüddətli parenteral qidalanma, aclıq üçün pəhriz saxlamaq, hemodializ, malabsorbsiya, xronik alkoqolizm (alkoqolla toksik kardiomiopatiya, Vernike ensefalopatiyası, Korsakov sindromu), tələbatın artma sı (məsələn, hamiləlik və laktasiya dövrü). B1 vitamin çatışmazlığı nəticəsində yaranan neyropatiyanın və ürək-damar xəstəliklərinin müalicəsi.
Benfotiaminə, tiaminə (B1 vitamininin kimyəvi adı) və ya köməkçi maddələrdən hər hansı birinə (bax: “Tərkibi”) qarşı allegiya (yüksək həssaslıq).
Əgər Siz hamiləsinizsə və ya südəmər uşağınız varsa, hamilə olduğunuzu fikirləşirsinizsə və ya uşağınız olmasını planlaşdırırsınızsa, bu dərmanı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər Siz hamiləsinizsə, bu preparatı, tərkibində olan təsiredici maddənin miqdarına görə, yalnız B 1 vitamininin təsdiq edilmiş çatışmazlığının müalicəsi üçün istifadə etmək lazımdır. Bu səbəbdən Siz Milqamma® protekt 300-ü yalnız həkiminiz mütləq zəruri hesab etdiyi hallarda istifadə edə bilərsiniz. Hamiləlik zamanı B 1 vitamininin tövsiyə olunan gündəlik dozası 2 -ci trimestrdə 1,2 mq və 3-cü trimestrdə 1,3 mq təşkil edir.
Gündəlik tövsiyə edildiyindən artıq dozanın qəbul edilməsinin təhlükəsizliyi sübut olunmamışdır. Əgər Sizin südəmər uşağınız varsa, bu preparatı, tərkibində olan təsiredici maddənin miqdarına görə, yalnız B 1 vitamininin təsdiq edilmiş çatışmazlığının müalicəsi üçün istifadə etmək lazımdır. Bu səbəbdən Siz milqamma® protekt 300-ü yalnız həkiminiz mütləq zəruri hesab etdiyi hal larda istifadə edə bilərsiniz. Laktasiya dövründə B 1 vitamininin tövsiyə olunan gündəlik miqdarı 1,3 mq təşkil edir.
Gündəlik tövsiyə edildiyindən artıq dozanın qəbul edilməsinin təhlükəsizliyi hələ təsdiq edilməmişdir. Vitamin B1 ana südünə nüfuz edir.
Heç bir xüsusi ehtiyatlılıq tələb olunmur.
Həmişə Milqamma® protekt 300-ü bu içlik vərəqədə təsvir edilən təlimatlara və ya həkiminizin və ya əczaçının dediklərinə dəqiq əməl etməklə qəbul edin. Əgər nəyəsə əmin deyilsinizsə, lütfən, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər həkiminiz Milqamma® protekt 300-ü fərqli təyin etməmişdirsə, o zaman aşağıdakı təlimatlara əməl edin. Lütfən, bu dərman preparatının qəbuluna dair təlimatlara əməl edin, əks halda Milqamma® protekt 300 arzuolunan effekti verməyəcək!
Tövsiyə olunan doza gündə 1 örtüklü tabletdir. Örtüklü tabletlər bütöv halda müəyyən qədər maye ilə içilərək qəbul edilməlidir. Neyropatiyanın müalicəsi zamanı milqamma® protekt 300-ü əvvəlcə 3 həftədən az olmayan müddət ərzində qəbul etmək lazımdır. Sonrakı müalicə müalicənin effektivliyindən asılıdır.
Böyüklər Həkim resepti olmadığı hallarda, klinik B1 vitamini çatışmazlığının müalicəsi zamanı böyüklər üçün nəzərdə tutulmuş standart doza gündə bir dəfə 1 tabletdir. Pəhriz vasitəsilə bərpa etmək mümkün olmadıqda, klinik B 1 vitamini çatışmazlığının baş verdiyi halların profilaktikası zamanı böyüklər üçün nəzərdə tutulmuş sta ndart doza gündə bir dəfə 1 tab let təşkil edir. Uşaqlar və yeniyetmələr Uşaqlar və 18 yaşa qədər yeniyetmələr üçün preparatın təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Yaşlı pasiyentlər Yaşlılar üçün normal doza rejimi tövsiyə olunur.
Böyrək çatışmazlığı olan pasiyentlər Bu cür xəstələr Milqamma Protekt tabletlərini normal dozada qəbul edə bilərlər. Qaraciyər çatışmazlığı olan pasiyentlər Qaraciyər çatışmazlığı olan xəstələrdə preparatın təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. İstifadə müddəti Milqamma® protekt 300-ün qəbul müddəti müalicənin nə dərəcədə uğurlu olmasından asılıdır. 4-həftəlik müalicədən sonra müalicəyə cavab o lmazsa və ya qeyri -kafi olarsa, simptomların müalicəsi yenidən nəzərdən keçirilməlidir.
Əgər Sizdə Milqamma® protekt 300-ün təsirinin həddindən artıq güclü və ya həddindən artıq zəif olduğu barədə təəssürat yaranmışdırsa, lütfən, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər Milqamma® protekt 300-ün qəbulunu unutmusunuzsa Əgər əvvəlki dozanın qəbulunu unutmusunuzsa, ikiqat doza qəbul etməyin. Gələcəkdə dərmanı müntəzəm olaraq qəbul etməyə cəhd edin. Əgər milqamma® protekt 300-ün qəbulunu dayandırırsınızsa Əgər Siz, dərmanın qəbulunu dayandırsanız, müalicənin effektiv olmaya bilər.
Əgər Sizdə arzuolunmaz əlavə təsirlər meydana çıxarsa, lütfən, sonrakı müalicəni həkiminizlə müzakirə edin. Əgər Sizdə bu dərmanın istifadəsinə dair əlavə suallar yaranarsa, həkiminizə və ya əczaçıya müraciət edin.