Добавить в любимое
Делиться

Moksi-R Göz Damcısı 5mg, 5 ml

Код продукта : 111-23039
İstehsalçı ölkə : Ruminiya
0 Комментарий Комментарий
10,88 AZN
КоллекцияЦена сигнализации

MOXI-R, 5 mq/ml göz damcısı

Moxi-R, beynəlxalq patentləşdirilməmiş adı: Moxifloxacin.

MOXI-R tərkibi

Təsiredici maddə: 1 ml məhlulda 5,00 mq moksifloksasin (5,45 mq/ml moksifloksasin hidroxlorid şəklində) vardır.

MOXI-R, istifadəsinə göstərişlər

Moksifloksasinə həssas ştammlar tərəfindən törədilən irinli bakterial konyunktivitin yerli müalicəsi.

Əks göstərişlər

Moksifloksasinə, digər xinolonlara və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə istifadə edilə bilər.
Döşlə qidalandırma dövründə də istifadə oluna bilər, çünki terapevtik dozalarda südəmər uşağa hər hansı təsir gözlənilmir.

MOXI-R, istifadə qaydası

Gündə 3 dəfə zədələnmiş gözə 1 damcı. Müalicə müddəti adətən 5–7 gündür. Əgər 5 gün ərzində yaxşılaşma olmazsa, diaqnoza və müalicəyə yenidən baxılmalıdır.
Yalnız gözlərdə istifadə üçün nəzərdə tutulmuşdur. Damcıladıcının ucu heç bir səthə toxunmamalıdır.
Eyni vaxtda bir neçə göz preparatı istifadə olunursa, ən azı 5 dəqiqə ara verilməlidir. Göz məlhəmləri sonuncu tətbiq olunmalıdır.

Əlavə təsirləri

Tez-tez: gözdə ağrı, qıcıqlanma
Bəzən: nöqtəli keratit, göz quruluğu, hiperemiya, qaşınma, görmə zəifləməsi
Nadir: buynuz qişa pozğunluğu, blefarit, dumanlı görmə, ürəkbulanma, burun və boğazda narahatlıq
Məlum deyil: allergik reaksiyalar, endoftalmit, keratit, fotofobiya, göz yaşı ifrazı, övrə, səpgi

Фильтры продуктов
Код продукта поставщика:111-23039
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce