Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 flakonda 100 mq askorbin turşusu, 3300 BV A vitamini, 200 BV
erqokalsiferol (D2 vitamini), 3,81 mq B1 vitamini, 3,60 mq riboflavin
5- fosfat, 4,86 mq B6 vitamini (piridoksin hidroxlorid), 40 mq nikotinamid,
15 mq dekspantenol, 10 mq E vitamini, 60 mkq biotin (B7 vitamini),
400 mkq fol turşusu, 5 mkq sianokobalamin.
MULTİVİTAMİN İNYEKSİYASI aşağıdakı hallarda istifadə edilməməlidir: - təsiredici maddələrə, xüsusilə B1 vitamininə və ya “Tərkibi” bölməsində göstərilən köməkçi
maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq, soya zülalı/məhsulları daxil olmaqla
(qarışıqdakı lesitin soyadan alınır) və ya yerfıstığı zülalı/məhsulları daxil olmaqla. - preparatın tərkibində olan hər hansı bir vitamin hipervitaminozu
MULTİVİTAMİN İNYEKSİYASInı təyin etməzdən əvvəl həkimlər hər bir pasiyent üçün xüsusi olaraq potensial riskləri və faydaları diqqətlə nəzərdən keçirməlidirlər.
Hamiləlik
Hamiləlik dövründə və ya uşaq əmizdirən qadınlarda MULTİVİTAMİN İNYEKSİYASInın
təhlükəsizliyinə dair heç bir məlumat yoxdur. Zəruri hallarda, bu dərman preparatı hamiləlik dövründə vitaminlərin doza həddinin qarşısını almaq üçün göstərişlərə və dozalara riayət olunmaqla fayda/risk nisbəti nəzərə alınmaqla təyin oluna bilər.
Laktasiya
Yenidoğulmuşlarda A vitamininin doza həddinin aşılması riski səbəbindən ana südü ilə qidalandırma zamanı istifadəsi tövsiyə edilmir.
Fertillik
Multivitamin inyeksiyasının istifadəsi ilə kişi və ya qadın pasiyentlərdə nəsilartırma ilə
bağlı heç bir adekvat məlumat yoxdur.
Dozalanma
Böyüklər və 11 yaşdan yuxarı uşaqlar və yeniyetmələr: 1 flakon/gün.
İstifadə qaydası
Venadaxili yolla: yavaş venadaxili inyeksiya (ən az 10 dəqiqə) və ya infuziya yolu ilə infuziya üçün 5%-li qlükoza və ya 0,9%-li natrium xlorid məhlulu ilə.
MULTİVİTAMİN İNYEKSİYASI qida maddələrinə olan tələbatı ödəmək və çatışmazlıqların və
ağırlaşmaların inkişafının qarşısını almaq üçün hər bir qidalandırıcı qarışıq üçün uyğunluq və
stabilliyin təsdiqlənməsi şərti ilə karbohidratlar, lipidlər, amin turşuları və elektrolitləri ehtiva edən qida qarışıqlarına daxil edilə bilər.
Qida mənbələri, digər vitamin əlavələri və ya tərkibində qeyri-aktiv maddə olan vitaminlər ehtiva edən dərman vasitələri kimi bütün mənbələrdən əldə edilən vitaminlərin ümumi miqdarı nəzərə alınmalıdır.
Adekvat səviyyələrin saxlanmasını təmin etmək üçün pasiyentin klinik vəziyyəti və vitamin
səviyyələri izlənilməlidir.
Nəzərə almaq lazımdır ki, bəzi vitaminlər, xüsusilə A, B2 və B6 vitaminləri ultrabənövşəyi işığa
həssasdırlar (məsələn, birbaşa və ya dolayı günəş işığı). Bundan əlavə, məhlulda yüksək oksigen
səviyyəsi ilə A, B1, C və E vitaminlərinin itkisi arta bilər. Adekvat vitamin səviyyələri əldə
edilmədikdə bu amillər nəzərə alınmalıdır.