Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində vitamin D3 50.000 BV (1,25 mq xolekalsiferola
ekvivalentdir) 500 mq vardır.
D vitamininə və ya preparatın digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. D hipervitaminozu. Hiperfosfatemiya ilə böyrək osteodistrofiyası. Hiperkalsiemiya və/və ya hiperkalsiuriya (qanda və sidikdə kalsiumun səviyyəsinin yüksəlməsi). Nefrokalsinoz. Böyrəkdaşı xəstəliyi. Ağır böyrək çatışmazlığı. 18 yaşa qədər uşaqlar. Hamiləlik dövrü.
Aşağıdakı hallarda D vitaminini ehtiyatla qəbul edin: sarkoidoz
Hamilə qadınlarda xolekalsiferolun istifadəsi ilə bağlı məhdud məlumatlar var. Heyvanlar üzərində tədqiqatlar onun reproduktiv toksikliyini göstərmişdi. Ayrıca, hamilə qadınlarda D vitamini doza həddinin aşılmasından qaçınmaq lazımdır, çünki uzunmüddətli hiperkalsiemiya bəzən fiziki və zehni inkişafın ləngiməsi, uşaqda supravalvulyar aorta stenozu və retinopatiya ilə əlaqələndirilir. Hamiləlik və laktasiya dövründə olan qadınlar üçün tövsiyə olunan gündəlik doza 400 BV təşkil edir, lakin D vitamini çatışmazlığı olan qadınlar üçün daha yüksək doza (günə 2000 BV-ə qədər) lazım ola bilər. Hamiləlik dövründə qadınlar öz müalicə həkimlərinin tövsiyələrinə riayət etməlidirlər. D vitamini və onun metabolitləri ana südünə keçir; lakin, körpələrdə ana südündəki D vitaminilə doza həddinin aşılması halları qeydə alınmamışdır. Uşağa D vitamini təyin edərkən həkim ananın qəbul etdiyi D vitamininin dozasını da nəzərə almalıdır. Hamiləlik və laktasiya dövründə D vitaminin yüksək dozada (50 000 BV) qəbul olunması tövsiyə edilmir.
Multizan D3 örtüklü tabletlər qida qəbulundan asılı olmayaraq qəbul edilir.
D vitamini çatışmazlığının korreksiyası, həmçinin dəstəkləyici terapiya məqsədilə doza D vitamini defisitinin ağırlıq dərəcəsindən və müalicəyə cavabından asılı olaraq fərdi təyin olunur. Müalicə müddəti xəstəliyin gedişindən asılıdır.
Multizan D3 örtüklü tabletləri daxilə çeynəmədən, kifayət qədər maye ilə qəbul etmək tövsiyə edilir. D vitamini defisitinin müalicəsi: 6-8 həftə müddətində, Multizan D3 1 tabletdən (50 000 BV) həftədə 1 dəfə, sonra dəstəkləyici müalicəyə keçirilməlidir.
Dəstəkləyici terapiya: 1400 - 2000 BV/günə hesabı ilə, bu isə Multizan D3 1 tabletdən (50 000 BV) ayda bir dəfə qəbuluna uyğundur. Müalicə hədəf səviyyəsinə çatdığını təsdiqləmək üçün qan zərdabında 25-(OH) D konsentrasiyasının növbəti 3-4 ay ərzində nəzarəti altında həyata keçirilir.
Osteoporoz: 800 - 1000 BV/günə hesabı ilə, bu isə Multizan D3-ün həftəlik 7000 BV dozada qəbuluna uyğundur.
Yıxılma və sınıq riski olan yaşlı xəstələr üçün D vitaminin tövsiyə olunan dozası gündə 2000 BV təşkil edir.
Qida qəbulu ilə kalsium qəbulu kifayət etmədikdə əlavə olaraq kalsium preparatları təyin olunmalıdır.
Böyüklərdə və yaşlılarda D vitaminin defisiti (qan zərdabında 25-(OH) D <25 nmol/l və ya <10 nq/ml):
12 həftə müddətində, 800 – 4000 BV/günə hesabı ilə qəbul edilir.
Böyüklərdə və yaşlılarda D vitamini çatışmazlığı (qan zərdabında 25-(OH) D = 25-50 nmol/l və ya 10-20 nq/ml): 800 – 1600 BV/günə hesabı ilə üzun müddət qəbul edilir.
D vitamini çatışmazlığı riski yüksək olan bəzi xəstələr üçün daha yüksək dozalar tələb oluna bilər və qanda 25-(OH) D səviyyəsinə nəzarət edilməlidir: xəstəxanaya yerləşdirilmiş şəxslər; tünd rəngli dərisi olan şəxslər; absorbsiyası pozulmuş pasiyentlər malabsorbsiya, qlütein enteropatiya, bağırsağın iltihabi xəstəliklərindən əziyyət çəkənlər də daxil olmaqla; qoruyucu geyim və ya günəşdən qoruyucu vasitələrin daimi istifadəsi səbəbindən günəş şüasına məhrum qalan insanlar; piylənmədən əziyyət çəkən insanlar; osteoporoz diaqnozu qoyulmuş şəxslər; yanaşı dərman vasitələrini qəbul edən insanlar (məsələn, antikonvulsantlar, qlükokortikoidlər) D vitamini çatışmazlığından müalicə alan, dəstəkləyici terapiyaya ehtiyacı olan insanlar.
Müalicəyə başlamazdan əvvəl qanda kalsium və fosfor səviyyələrini təyin etmək lazımdır.
Müalicənin effektiv olması üçün qida ilə kalsiumun kifayət qədər qəbul edilməsi təmin olunmalıdır.
Əks halda əlavə olaraq kalsium preparatlarının qəbulu tövsiyə olunur.
D vitaminin dozasını seçərkən onun digər mənbələrdən (qida məhsulları, qida əlavələri və günəş şüaları) istehlak miqdarını nəzərə almaq lazımdır. Doza fərdi olaraq seçilir. D vitamini ilə müalicə zamanı effektə nail olmaq üçün kalsium və fosforun qəbulu səviyyəsi böyük əhəmiyyət kəsb edir.
D vitaminini müalicəvi dozalarda qəbul edən xəstələrdə qusma yaranarsa qan zərdabında kalsiumun səviyyəsi mütəmadi yoxlanılmalıdır.
Hemodializ xəstələrində qan zərdabında yüksək fosfat konsentrasiyasına nəzarət etmək üçün fosfatbirləşdirən agentlərin (fosfat-binderlərin) təyin olunması dəyərləndirilməlidir. D vitamini ilə müalicə zamanı fosfatların sorulmasının sürətlənməsi səbəbindən fosfatbirləşdirən preparatların dozasının artırılması tələb oluna bilər.
Qan zərdabında kalsium və fosforun hasili (Ca×P, mq/dL) 60-dan çox olmamalıdır.
Malabsorbsiya və ya qaraciyər xəstəlikləri zamanı D vitamini çatışmazlığının müalicəsi üçün daha yüksək dozada (hər gün 6000-10000 BV) istifadəsi tələb olunur. Hipoparatireoidizm səbəbilə yaranmış hipokalsiemiyanın müalicəsi üçün D vitamini 2,5 mq-a (100 000 BV) qədər dozada istifadə edilə bilər.
Xəstə monitorinqi
Aşağıdakı göstəricilər xəstələrin monitorinqində faydalı ola bilər (zəruri hallarda xəstənin vəziyyətindən asılı olaraq digər testlərin göstəriciləri tələb oluna bilər):
• Qanda kalsiumun konsentrasiyası və ya plazmada ionlaşmış kalsiumun səviyyəsi. Dar terapevtik
diapazon səbəbindən müalicənin erkən dövründə bu göstəriciləri həftədə ən azı bir dəfə, daha sonra dövri olaraq təyin etmək tövsiyə olunur. Mümkünsə, qanda həm sərbəst, həm də birləşmiş kalsiumun konsentrasiyasını təyin etməyə tövsiyə olunur.
• Qan plazmasında qələvi fosfatazanın səviyyəsi, qanda fosfatların konsentrasiyası, sutkalıq sidikdə kalsiumun konsentrasiyası, sidikdə kalsium/kreatinin nisbəti. Müalicə zamanı bu göstəriciləri hər 1-3 ayda müəyyən etmək tövsiyə olunur.
• Qan plazmasında sidik cövhəri və kreatinin. Müalicəvi dozalar qəbul edən xəstələrdə mütamadi
müəyyən edilməsi tövsiyə olunur.
Xüsusi qrup xəstələrə dair əlavə məlumatlar
Uşaqlarda istifadəsi
18 yaşdan kiçik uşaqlar tableti təhlükəsiz şəkildə uda bilmədikləri üçün bu yaşda istifadəsi tövsiyə edilmir.
Yaşlılarda istifadəsi
Tədqiqatlar göstərir ki, yaşlı insanlarda dərinin D3 vitamini sintez qabiliyyətinin azalması, günəş şüalarının altında keçirilən vaxtın azalması, böyrək funksiyasının zəifləməsi və ya D vitamininin absorbsiyasının zəifləməsi səbəblərindən D vitamininə olan ehtiyac arta bilər. Doza seçimi qan zərdabında 25hidroksixolekalsiferolun konsentrasiyasına əsaslanaraq edilməlidir.
Böyrək/qaraciyər çatışmazlığı zamanı istifadəsi
Dozaya düzəliş edilməsi tələb olunmur. D3-ün uzunmüddətli istifadəsi tələb olunan hallarda böyrək funksiyasının monitorinqi aparılmalıdır. Ağır böyrək çatışmazlığı zamanı o, kalsiumla kombinasiyada istifadə olunmamalıdır.
Qaraciyər xəstəlikləri zamanı D vitamini çatışmazlığının müalicəsi üçün daha yüksək dozada istifadəsi tələb olunur. Doza seçimi qan zərdabında 25-hidroksixolekalsiferolun konsentrasiyasına əsaslanaraq edilməlidir.
Preparatın qəbulu unudulduqda buraxılmış dozanın əvəzinə ikiqat doza qəbul etməyin!
Həkiminizlə məsləhətləşmədən dərmanın qəbulunu dayandırmayın!
Əgər Sizin hər hansı bir şübhə və ya sualınız varsa, həkiminizlə əlaqə saxlayın.