Sevimlilərə əlavə edin
Paylaşın

Neladeks 5 Qr Məlhəm

Məhsul Kodu : 111-04855
İstehsalçı ölkə : Türkiye
1 Şərh Şərh
6,36 AZN
Kateqoriya: Göz və qulaq
KolleksiyaQiymət Xəbərdarlığı

NELADEKS, göz məlhəmi

Neladeks tərkibi

 Təsiredici maddələr: 1 q məlhəmin tərkibində 1,0 mq deksametazon, 3,5 mq neomisin (sulfat  şəklində), 6000 BV polimiksin B sulfat vardır. Köməkçi maddələr:    susuz lanolin, xlorbutanol, sarı yumşaq parafin.

İstifadəsinə göstərişlər:

Göbələk və virus etiologiya istisna olunduqdan sonra, kortikosteroidlərin istifadəsi göstəriş olan və antibakterial terapiyanın profilaktik təyini tələb olunan, görmə orqanı xəstəliklərinin qısamüddətli müalicəsi.

Əks göstərişlər:

  preparatın təsiredici maddəsindən hər-hansı birinə və ya köməkçi maddələrə qarşı hiperhəssaslıq; - Herpes simplex-in törətdiyi keratit; - zərdab xəstəliyi, suçiçəyi və buynuz qişa və konyunktivanın digər virus xəstəlikləri; - gözlərin göbələk xəstəlikləri və ya gözün müalicə olunmamış parazitar infeksiyaları; - gözlərin mikobakterial infeksiyaları.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

  Hamiləlik Hamilə qadınlarda preparatın istifadəsinə aid məlumatlar yoxdur və ya məhdud saydadır. Neomisin kimi aminoqlikozid antibiotiklər hamilə qadınlara venadaxili yeridildikdən sonra plasentadan keçir. Aminoqlikozidlərin sistem istifadəsinin klinikayaqədərki və kliniki tədqiqatlarından alınan məlumatlar oto- və nefrotoksiklik nümayiş etdirmişdir. Yerli istifadə üçün Neladeks preparatının istifadəsi zamanı neomisin aşağı dozalarda dölün bətndaxili inkişafına oto- və ya nefrotoksik təsir göstərmir. Hamiləlik zamanı kortikosteroidin uzunmüddətli və çoxsaylı istifadəsi bətndaxili böyümənin ləngiməsi riskinin yüksəlməsilə müşayiət olunmuşdur. Hamiləlik zamanı anaları kortikosteroidlərin yüksək dozalarını qəbul etmiş uşaqlar böyrəküstü vəzin çatışmazlığı əlamətlərini aşkar etmək üçün diqqətlə müayinə olunmalıdırlar.  Neladeks preparatının aktiv komponentlərinin istifadəsilə heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksiklik nümayiş etdirmişdir. Neladeks hamiləlik zamanı istifadəsi tövsiyyə olunmur.  Laktasiya Oftalmoloji istifadə olunan deksametazonun, neomisinin və ya polimiksin B-nin ana südündə aşkar olunması məlum deyildir. Sistem kortikosteroidlər və aminoqlikozidlər ana südünə ifraz olunduğu üçün, südəmər uşaq üçün risk istisna olunmur.  Fertillik Preparatın kişi və ya qadın fertilliyinə təsir göstərməsinə dair məlumatlar yoxdur. Deksametazonun kişi və qadın fertilliyinə təsirinin qiymətləndirilməsi üçün məhdud kliniki məlumatlar mövcuddur. Deksametazon xorionik qonadotropin yeridilən siçovulların fertilliyinə mənfi təsir göstərməmişdir. Ana südü ilə qidlandırmanın dayandırılması/saxlanması və ya Neladeks preparatı ilə müalicənin dayandırılması barədə qərar uşaq üçün ana südü ilə qidalanmanın faydası və qadın üçün preparatın faydası nəzərə alınmaqla verilməlidir. 

Neladeks istifadə qaydası, dozası

 Dozalanması Uşaqlar və böyüklər (yaşlı pasiyentlər daxil olmaqla)  Preparatı az miqdarda konyunktiva kisəsinə (kisələrinə)  gündə 3-4 dəfəyə qədər yeritmək və ya preparatı yatmazdan əvvəl damcılara əlavə olaraq istifadə etmək lazımdır. İstifadə qaydası Oftalmologiyada yerli istifadə üçündür. Udmaq və inyeksiya şəklində istifadə etmək olmaz. Tubun ucluğunu hər-hansı səthlə təmas etməsindən qorumaq lazımdır, belə ki, bu preparatın çirklənməsinə gətirib çıxara bilir. Xüsusi qrup pasiyentlər Böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlər  Bu qrup pasiyentlərdə preparatın (məlhəm və damcı) istifadəsi öyrənilməyib. Lakin yerli istifadəsi zamanı aktiv komponentlərin aşağı sistem absorbsiyası nəticəsində dozanın korreksiyası tələb olunmur. 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-04855

Oxşar Məhsullar

Aldrop 10 Mq 20 ml Damcı
6,88 AZN -%0
6,88AZN
Alfam 2 Mq 5 ml Damla
10,27 AZN -%0
10,27AZN
Alltovis Damla, 10 ml
32,60 AZN -%0
32,60AZN
Apfekto 0, 3 % 5 ml Damla
30,00 AZN -%0
30,00AZN
Augenstock Combipres 2/5MG 10 ml Damla
12,44 AZN -%0
12,44AZN
Augenstock Edema 5 % 10 ml Damla
24,20 AZN -%0
24,20AZN
Augenstock Nazin 10 ml Damla
25,80 AZN -%0
25,80AZN
Augenstock Polideks 1/3, 5 Mq 10 ml Damla
8,52 AZN -%0
8,52AZN
Augenştok Lotepred Plyus 10 ml Göz Damcısı
13,62 AZN -%0
13,62AZN
Augenstok Lubrikant 0, 2% 10 ml Damla
30,80 AZN -%0
30,80AZN
Augenstok Lubrikant 3 10 Qr Gel
30,50 AZN -%0
30,50AZN
Augenştok Nevan 0, 3% 10 ml Göz Damcısı
18,00 AZN -%0
18,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce