Sevimlilərə əlavə edin
Paylaşın

Nevralon 2 ml N5 Amp

Məhsul Kodu : 111-16419
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
8,56 AZN
Kateqoriya: Bioloji əlavələr
KolleksiyaQiymət Xəbərdarlığı

NEVRALON VM, inyeksiya üçün məhlul

NEVRALON VM tərkibi

Təsiredici maddələr: 1 ampulda 100 mq tiamin hidroxlorid (B 1 vitamini), 100 mq piridoksin hidroxlorid (B6 vitamini), 1 mq sianokobalamin (B12 vitamini), 20 mq lidokain hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Sinir sisteminin müxtəlif mənşəli xəstəliklərinin və sindromlarının kompleks terapiyasının tərkibində patogenetik və simptomatik vasitə kimi: - polineyropatiya (o cümlədən, diabetik, alkoqol və s.); - nevrit və polinevrit, o cümlədən, retrobulbar nevrit; - periferik parezlər, o cümlədən, üz sinirinin; - nevralgiya, o cümlədən, üçlü və qabırğalararası sinirlərin nevralgiyası; - ağrı sindromu (kökçük, mialgiya, kəmərvarı herpes); - B1 və B6, eləcə də, B12 vitaminlərinin sübut olunmuş çatışmazlığı ilə əlaqədar sistem nevroloji xəstəliklər.

Əks göstərişlər

- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; - dekompensəolunmuş ürək çatışmazlığı; - bədxassəli şişlər; - hamiləlik və laktasiya dövrü; - 12 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Heyvanlar üzərində aparılan tədqiqatlar, B 12 vitamininin reproduktiv toksikliyini (teratogen, embrional və ya digər tip) göstərmişdir. Hamiləlik dövründə piridoksinin yüksək dozalarının (sutkada 100-200 mq-dan artıq) yeridilməsi, dölün inkişafı zamanı neyronların proprioseptiv funksiyasına mənfi təsir göstərə bilər. Bununla əlaqədar olaraq, hamiləlik dövründə Nevralon VM preparatının istifadəsi əks göstərişdir. Laktasiya B 1, B6 və B12 vitaminləri ana südünə nüfuz edir.

Laktasiya dövründə onların körpəyə təsiri istisna edilmir. Ana südü ilə qidalandıran analara piridoksinin təyin edilməsi, laktasiyanı zəiflədə bilər. Laktasiya dövründə Nevralon VM preparatının istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nevralon VM preparatı nəqliyyat vasitələrini və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərmir. Lakin preparatın istifadəsi zamanı mümkün yuxululuğu nəzərə almaq vacibdir.

NEVRALON VM istifadə qaydası və dozası

Preparat əzələ daxilinə, dərinə yeridilir. Ağır hallarda və kəskin ağrılar zamanı gündə 1 dəfə 2 ml; kəskinləşmə aradan qaldırıldıqdan sonra, eləcə də xəstəliyin yüngül formalarında həftədə 2-3 dəfə 2 ml təyin edilir. Müalicənin müddəti xəstəliyin ağırlığından asılı olaraq müəyyən edilir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-16419

Oxşar Məhsullar

Acm Novofan N60 Cap
63,00 AZN -%0
63,00AZN
Additiva Roiibos-Mix, Vitamin C N10 Paket
19,00 AZN -%0
19,00AZN
Additiva Vit C Activline Xurma 240 Mq N20 Efv
15,20 AZN -%0
15,20AZN
Aevit Forte 350 Mq N30 Kapsul
3,40 AZN -%0
3,40AZN
Aevit N30 Cap
3,60 AZN -%0
3,60AZN
Agemo Omg 3 N50 Kapsul
40,60 AZN -%0
40,60AZN
Akvadetrim D3 10 ml Damla
4,48 AZN -%0
4,48AZN
Alpeforeks 15 ml Damla
17,30 AZN -%0
17,30AZN
Aminobol 5% 250 ml Məhlul
16,32 AZN -%0
16,32AZN
Aminokapronovaya Kislota 100 ml Sistem (Ukr)
2,18 AZN -%0
2,18AZN
Aminokard N30 Tablet
38,20 AZN -%0
38,20AZN
Aminoven 10% 500 ml Infuziya
31,04 AZN -%0
31,04AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce