Sevimlilərə əlavə edin
Paylaşın

Nikotinovaya Kislota 50MG N50 Tb

Məhsul Kodu : 111-05499
İstehsalçı ölkə : Ukrayna
0 Şərh Şərh
0,98 AZN
Kateqoriya: Bioloji əlavələr
KolleksiyaQiymət Xəbərdarlığı

NİKOTİN TURŞUSU, tabletlər

NİKOTİN TURŞUSU tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq nikotin turşusu vardır.

İstifadəsinə göstərişlər

- Pellaqranın (avitaminoz PP) profilaktikası və müalicəsi; - ateroskleroz; - hipasid qastrit; - damarların spazmı (baş beyin, böyrəklərin və ətrafların damarları); - üz sinirinin nevriti; - uzun müddət sağalmayan yaralar və müxtəlif lokalizasiyalı və mənşəli xoralar.

Əks göstərişlər

Nikotin turşusuna və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq. Arterial hipertenziya (ağır formaları), mədənin və 12-barmaq bağırsağın xorası (kəskinləşmə mərhələsində), qaraciyər funksiyalarının ifadə olunmuş pozulmaları, aktiv hepatit, dekompensasiya olunmuş şəkərli diabet, sidikdaşı xəstəliyi, hiperurikemiya, podaqra.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın reaksiya sürətinə təsiri tədqiq edilməmişdir, lakin, nəzərə almaq lazımdır ki, nikotin turşusunun istifadəsi zamanı başgicəllənmə və yuxuyameyilliliyin baş verməsi mümkündür.

NİKOTİN TURŞUSU istifadə qaydası və dozası

Yeməkdən sonra daxilə qəbul edilir. Pellaqra zamanı böyüklərə 15-20 gün müddətində gündə 2-4 dəfə 100 mq təyin edilir; 12 yaşdan yuxarı uşaqlara – gündə 2-3 dəfə 50 mq. Digər xəstəliklərdə böyüklərə gündə 2 dəfə 50 mq (100 mq-a qədər), 12 yaşdan yuxarı uşaqlara – gündə 2 dəfə 25 mq (tabletlərin üzərində bölmə xətti vardır) təyin edilir. Böyüklər üçün yüksək dozaları: birdəfəlik – 100 mq, gündəlik – 500 mq.

Uşaqlar üçün yüksək dozaları: birdəfəlik – 50 mq, gündəlik – 200 mq. Ateroskleroz zamanı (əlavə təsirlər olmadıqda) birdəfəlik dozanı tədricən 500 mq-1 q-a qədər, gündəlik dozanı isə - 2-3 q-a qədər yüksəltmək olar.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-05499

Oxşar Məhsullar

Acm Novofan N60 Cap
63,00 AZN -%0
63,00AZN
Additiva Roiibos-Mix, Vitamin C N10 Paket
19,00 AZN -%0
19,00AZN
Additiva Vit C Activline Xurma 240 Mq N20 Efv
15,20 AZN -%0
15,20AZN
Aevit Forte 350 Mq N30 Kapsul
3,40 AZN -%0
3,40AZN
Aevit N30 Cap
3,60 AZN -%0
3,60AZN
Agemo Omg 3 N50 Kapsul
40,60 AZN -%0
40,60AZN
Akvadetrim D3 10 ml Damla
4,48 AZN -%0
4,48AZN
Alpeforeks 15 ml Damla
17,30 AZN -%0
17,30AZN
Aminobol 5% 250 ml Məhlul
16,32 AZN -%0
16,32AZN
Aminokapronovaya Kislota 100 ml Sistem (Ukr)
2,18 AZN -%0
2,18AZN
Aminokard N30 Tablet
38,20 AZN -%0
38,20AZN
Aminoven 10% 500 ml Infuziya
31,04 AZN -%0
31,04AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce