Меню
Мой счет
Я забыл свой пароль
регистр
моя тележка

NOVO PASSIT 200/157,5MG N10 TB

Код продукта : 111-00809
Reseptlə satılır
İstehsalçı ölkə: Danimarka
нравиться

Распроданный

Дайте мне знать, когда он прибудет
Добавить в список Рекомендовать Комментарий Оповещение о цене

NOVO-PASSİT, örtüklü tabletlər

NOVO-PASSİT tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 157,5 mq Novo-Passitin quru ekstraktı (pişikotunun kökü və kökümsovundan (5 hissə), melissanın otundan (2 hissə), dəlikli dazıotundan (5 hissə), yemişanın yarpaqlarından və çiçəklərindən (5 hissə), passifloranın otundan (1 hissə), mayaotunun meyvəsindən (5 hissə), qara kəndəlaşın çiçəklərindən (2 hissə) alınan (1:6,5), 200 mq qvayfenezin vardır.

İstifadəsinə göstərişlər

● Qıcıqlanma, həyəcan, qorxu, yorğunluq, huşsuzluq ilə müşayiət olunan nevrasteniya və nevrotik reaksiyalar. ● “Menecer sindromu” (müntəzəm psixi gərginlik vəziyyəti). ● Yuxusuzluq (yüngül forması). ● Sinir gərginliyi səbəbindən yaranan başağrı.

● Miqren. ● Mədə-bağırsaq sisteminin funksional xəstəliklıri (dispeptik sindrom, “qıcıqlanmış bağırsaq” sindromu). ● Neyrosirkulyator distoniya və klimakterik sindrom zamanı simptomatik vasitə qismində. ● Psixi gərginliklə əlaqədar qaşınan dermatoz (atopik və seboreyalı ekzema, övrə).

Əks göstərişlər

● Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq. ● Miasteniya. ● 12 yaşa qədər uşaqlar. ● Laktozaya qarşı dözümsüzlük, laktaza defisiti, qlükoza-qalaktoza malabsorbsiyası.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamiləlik dövründə preparat, yalnız ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olarsa, aşkar göstəriş olduqda təyin edilir. Laktasiya Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olduqda ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın istifadəsi dövründə yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır (o cümlədən, nəqliyyat vasitələrini idarə etməkdən, hərəkətli mexanizmlərlə işləməkdən).

NOVO-PASSİT istifadə qaydası və dozası

Dozalanma rejimi Böyüklər Digər həkim təyinatı olmadıqda preparat gündə 3 dəfə 1 tablet yeməkdən əvvəl qəbul edilir. Həkimlə məsləhətləşdikdən sonra dozanı gündə 3 dəfə 2 tabletə qədər artırmaq mümkündür. Güclü yorğunluq və ya süstlük yarandıqda səhər və gündüz dozasını ½ tabletə qədər azaltmaq vacibdir, axşam 1 tablet qəbul edilir. Qəbul arasındakı interval 4-6 saat təşkil edir.

Uşaqlar 12 yaşdan yuxarı uşaqlar Dozalanma rejimi böyüklərdə olduğu kimidir. İstifadə qaydası Daxilə qəbul edilir. Ürəkbulanma yarandıqda preparatı yemək vaxtı qəbul etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.