Təsiredici maddə: 1 flakonda 0,45 mq deksametazon natrium fosfat (0,342 mq deksametazona ekvivalentdir) vardır.
Mövsümi və allergik konyunktivitlər, blefarit və blefarokonyunktivit. Allergik keratokonyunktivit, sklerit, episklerit, uveit.
• D ərman vasit əsinin t əsiredici madd əsinə və ya köm əkçi madd ələrdən h ər hansı birin ə qarşı yüks ək həssaslıq. • Gözdaxili hipertenziya. • Herpes simpleks. • Kəskin xora fazasında olan buynuz qişanın virus infeksiyaları.
• Xoralı keratit ilə birlikdə konyunktivit, erkən faza daxil olmaqla (müsbət fluoressein testi). • Vərəm və gözün göbələk infeksiyaları. • Kəskin, irinli oftalmiya. • İrinli konyunktivit.
• İrinli və herpetik blefarit. • İtdirsəyi. • Buynuz qişanın zədələnmələri və ya sıyrıqları. • 3 yaşa qədər uşaqlar.
• Hamiləlik və laktasiya dövrü.
Hamiləlik dövründə yalnız mütləq zərurət olduqda v ə həkim nəzarəti altında tətbiq edilə bilər. Laktasiya dövründə əks göstərişdir.
Nəqliyyat vasit ələrini v ə potensial t əhlükəli mexanizml əri idar əetmə qabiliyyətinə təsiri v ə ya ehtimalı yoxdur. Lakin dig ər göz damcıları kimi damızdırdıqdan sonra görm ə aydınlığını müvəqqəti azalda bil ər və bu səbəbdən damızdırdıqdan sonra aydın görmənin bərpasını bir neçə saniyə gözləmək lazımdır.
Konyunktiva boşluğuna gündə 3-4 dəfə 1 damcı damızdırılır və ya həkim təyinatı ilə tətbiq edilir. İstifadə qaydası 1) Birdəfəlik dozalı flakonun zədələnməmiş olduğundan əmin olun. 2) Birdəfəlik dozalı flakonun birini ayırın. 3) Qapağı dartmadan buraraq açın.
Məhsul Filtrləri | ||
|---|---|---|
| Təchizatçı Məhsul Kodu | : | 111-23412 |