Добавить в любимое
Делиться

Oftan Kataksrom 10 ml Damla

Код продукта : 111-00654
İstehsalçı ölkə : Finlandiya
1 Комментарий Комментарий
7,40 AZN
КоллекцияЦена сигнализации

OFTAN KATAXROM, göz damcısı

OFTAN KATAXROM tərkibi

Təsiredici maddə: 1 ml preparatın tərkibində 2 mq adenozin, 20 mq nikotinamid, 0,675 mq sitoxrom C vardır.

İstifadəsinə göstərişlər

Katarakta.

Əks göstərişlər

Təsiredici maddəyə və ya preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Kifayət qədər klinik məlumatın olmamasını nəzərə alaraq, preparatı hamiləlik və ya laktasiya dövründə istifadə etmək tövsiyə olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir. Hər hansı digər oftalmoloji preparatlarının istifadəsi zamanı olduğu kimi, görmə sahəsinin dumanlanması qeyd olunduğu halda, pasiyent görmə qabiliyyətinin bərpa olunmasını gözləməli və yalnız bundan sonra, nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarə etməlidir.

OFTAN KATAXROM istifadə qaydası və dozası

Preparat yerli istifadə üçün nəzərdə tutulmuşdur. Gündə 3 dəfə zədələnmiş gözün konyunktiva kisəsinə 1-2 damcı damcılatmaq lazımdır. Göz damcılarının instillyasiyasından (damcı ilə istifadəsindən) əvvəl:

- əlləri təmiz yumaq lazımdır;

- uyğun vəziyyət qəbul etmək (oturmaq, arxası üstə uzanmaq, güzgünün qarşısında dayanmaq) lazımdır. Göz damcılarının istifadəsi 1. Flakonu açmaq lazımdır. Flakonun möhtəviyyatının çirklənməsinin qarşısını almaq məqsədi ilə, flakonun ucluğu ilə göz qapaqlarına, kirpiklərə toxunmaq və ona əl vurmaq olmaz. Flakonu ilk dəfə istifadə etdikdə, flakonun qapağını burmaqla eyni zamanda onu aşağı sıxmaq və daha sonra açmaq lazımdır.

2. Başı bir qədər arxaya ataraq, flakonu gözün üzərində tutmaq lazımdır.

3. Alt göz qapağını aşağı çəkmək, yuxarı baxmaq və flakonu yüngül sıxaraq, göz damcılarını gözlərə damcılatmaq lazımdır.

4. Gözü qapamaq, onun daxili bucağını 1 dəqiqə müddətində barmaqla yüngül sıxaraq saxlamaq lazımdır. Bu, göz damcılarının burun-göz yaşı kanalına daxil olmasının qarşısını almaq imkanı verir. Flakonu kip bağlamaq lazımdır.

Фильтры продуктов
Код продукта поставщика:111-00654
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce