Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml preparatın tərkibində 6,84 mq timolol maleat (5 mq timolola ekvivalent) vardır.
− Açıq-bucaqlı qlaukoma;
− gözdaxili təzyiqin yüksəlməsi (oftalmohipertenziya);
− kataraktanın çıxarılması əməliyyatından sonra meydana çıxan qlaukoma;
− ikincili qlaukoma;
− qapalıbucaqlı qlaukoma zamanı gözdaxili təzyiqin aşağı salınması üçün (miotiklərlə kombinasiyada);
− anadangəlmə qlaukoma (digər preparatlar qeyri-effektiv olduğu halda).
− Təsiredici maddəyə və ya preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq;
− sinus bradikardiyası, sinus düyününün zəifliyi sindromu, ürəyin sinoaurikulyar blokadası;
− kardiostimulyator olmadan II-III dərəcəli atrioventrikulyar blokada, dekompensasiya olunmuş ürək çatışmazlığı, kardiogen şok;
− ağır dərəcəli bronxial astma daxil olmaqla, reaktiv ağciyər xəstəliyi və ya anamnezdə ağır dərəcəli bronxial astmanın qeyd olunması;
− ağciyərlərin xroniki obstruktiv xəstəliyinin ağır forması.
Hamiləlik dövrü
Timololun hamilə qadınlarda istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Mütləq zəruri hallar istisna olmaqla, hamiləlik dövründə timololu istifadə etmək olmaz. Preparatın sistem absorbsiyasını “İstifadə qaydası və dozası” bölməsində göstərildiyi qaydada aşağı salmaq mümkündür. Epidemioloji tədqiqatlarda dölün inkişafında sistem pozğunluqlar aşkar edilməmişdir, lakin, β- adrenoblokatorlardan daxilə istifadə etdikdə, bətndaxili inkişafın ləngiməsi riski qeydə alınmışdır. Bundan əlavə, doğuşa qədər ana β-adrenoblokatorlardan istifadə etdiyi halda, yenidoğulmuşlarda β-adrenoreseptorların blokada etməsinin klinik təzahürləri və simptomları (məsələn, bradikardiya, hipotoniya, tənəffüs pozğunluqları və hipoqlikemiya) müşahidə olunmuşdur. Doğuş baş verənə qədər Oftan® Timolol preparatından istifadə edildiyi halda, həyatlarının ilk günlərində yenidoğulmuşların vəziyyətlərini diqqətlə müşahidə etmək lazımdır. Laktasiya dövrü Məlumdur ki, β-adrenoblokatorlar ana südünə ekskresiya olunurlar. Lakin, timololu göz damcılarının tərkibində tövsiyə olunan terapevtik dozalarda istifadə etdikdə, preparatın kifayət qədər miqdarının ana südünə keçməsi və südəmər körpədə β-adrenoreseptorların sistem blokada etməsinin klinik simptomlarının meydana çıxmasına səbəb olması ehtimalı azdır. Preparatın sistem absorbsiyasını “İstifadə qaydası və dozası” bölməsində göstərildiyi qaydada aşağı salmaq mümkündür. Oftan® Timolol preparatının insan fertilliyinə (dünyaya uşaq gətirməsi qabiliyyətinə) təsiri barədə heç bir məlumat yoxdur.
Düzgün dozalandıqda, Oftan® Timolol preparatı bayğınlığın meydana çıxmasına və ya görmə qabiliyyətinin pozulmasına səbəb olmur və bu səbəbdən, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərmir. Lakin, bəzi pasiyentlərdə preparat qan təzyiqini aşağı sala bilər, yorğunluğun və başgicəllənmənin meydana çıxmasına səbəb ola bilər. Müalicənin əvvəlində, bu halların baş vermə ehtimalı barədə pasiyenti məlumatlandırmaq lazımdır.
Preparat gündə 1-2 dəfə 1 damcı istifadə edilir. Oftan® Timolol preparatını digər növ qlaukomaəleyhinə preparatlarla (məsələn, prostaqlandin analoqları, miotiklər, adrenomimetiklərlə və ya karboanhidraza fermentinin inhibitorları ilə) kombinasiya şəklində istifadə etməklə, təzyiqin aşağı salınması effektini gücləndirmək olar. Qlaukomaəleyhinə digər preparatların istifadəsindən Oftan® Timolol preparatının istifadəsinə keçdikdə, əvvəlki müalicəni dərhal dayandırmaq olar. Müalicənin müvəqqəti dayandırılması və ya preparatın dozalanmasının dəyişdirilməsi yalnız həkim təyinatına müvafiq həyata keçirilə bilər. Nazolakrimal (burun-göz yaşı) okklyuziya ilə və ya gözləri 2 dəqiqə müddətində qapamaqla, dərman preparatının sistem absorbsiyasının aşağı düşməsi qeyd olunur. Göstərilən tədbirin aparılması, preparatın sistem əlavə effektləri riskini aşağı salmaq və preparatın yerli təsirini gücləndirmək imkanı verir. Uşaqlarda dozalanması Timololun uşaqlarda istifadəsi barədə qərar qəbul etdikdə, klinisistlər müalicənin risklərini və üstünlüklərini hərtərəfli qiymətləndirməlidirlər. Sistem dəyişikliklərin mövcudluğunu müəyyən etmək məqsədi ilə, timololu təyin etməzdən əvvəl, ətraflı pediatrik anamnez toplamaq və pasiyenti müayinə etmək lazımdır. Preparatın uşaqlarda istifadəsi barədə yalnız məhdud klinik məlumatların mövcudluğunu nəzərə alaraq, dozalanmaya dair konkret tövsiyə vermək olmaz (həmçinin, “Farmakodinamikası” bölməsinə bax). Lakin, fayda riskdən üstün olduğu halda, gündə 1 dəfə təsiredici maddənin ən aşağı mümkün konsentrasiyasını istifadə etmək tövsiyə olunur. Gözdaxili təzyiqə müvafiq nəzarət etmək mümkün olmadıqda, zədələnmiş gözə preparatın dozalanmasını maksimal olaraq, gündə 2 damcıya qədər ehtiyatla artırmaq imkanını nəzərdən keçirmək lazımdır. Preparatı gündə 3 dəfə istifadə etdikdə, 12 saatlıq zaman intervalına üstünlük verilir. Bundan əlavə, ilk dozanın istifadəsindən sonra, pasiyentləri, xüsusilə, yenidoğulmuşları 1-2 saat müddətində həkim
kabinetində diqqətlə müşahidə etmək və əməliyyatdan əvvəl gözlərlə əlaqəli və sistem əlavə effektlərin aşkar edilməsi məqsədi ilə onlara hərtərəfli nəzarət etmək lazımdır. Pediatriya təcrübəsində təsiredici maddənin 0,1%-li konsentrasiyasının istifadəsi yetərli ola bilər. Göz damcılarını damcılatmaqdan (instillyasiyadan) əvvəl:
- əlləri təmiz yumaq lazımdır;
- uyğun vəziyyət qəbul etmək (oturmaq, arxası üstə uzanmaq, güzgünün qarşısında dayanmaq) lazımdır. Göz damcılarının istifadəsi 1. Flakonu açmaq lazımdır. Flakonun möhtəviyyatının çirklənməsinin qarşısını almaq məqsədi ilə, flakonun ucluğu ilə göz qapaqlarına, kirpiklərə toxunmaq və ona əl vurmaq olmaz. 2. Başı bir qədər arxaya ataraq, flakonu gözün üzərində tutmaq lazımdır (şəkil 1).
3. Alt göz qapağını aşağı çəkmək, yuxarı baxmaq və flakonu yüngül sıxaraq, göz damcılarını gözlərə damcılatmaq lazımdır (şəkil 2).
4. Gözü qapamaq, onun daxili bucağını 2 dəqiqə müddətində barmaqla yüngül sıxaraq saxlamaq lazımdır. Bu, göz damcılarının burun-göz yaşı kanalına daxil olmasının qarşısını almağa, preparatın effektivliyini yüksəltməyə və mənfi sistem effektlərin meydana çıxma riskini aşağı salmağa imkan verir (şəkil 3). Flakonu kip bağlamaq lazımdır.