Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

OFTASSIALE 10ML DAMLA

Məhsul Kodu : 111-25630
27,50 AZN
Daha çox Göz və qulaq
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Oftassiale

Oftassiale tərkibi

Hialuron turşusunun natrium duzu, a-qliserilfosforilxolin, B12 vitamini (sianokobalamin), B6 vitamini (piridoksin), D-pantenol, izotonik buferləşdirilmiş (pH 7,2) məhlul. Bioloji xüsusiyyətlər. Buynuz qişa gözün ön səthini örtən şəffaf təbəqədir. Buynuz qişa epiteli onun səthinin tamlığını və normal funksiyasını təmin edən sinir ucları ilə zəngindir.

Müxtəlif travmalar (mexaniki, kimyəvi, fiziki) buynuz qışa səthinin tamlığını poza bilər. Kimyəvi maddələr, kontakt linzalar, yad cisimlər, ultrabənövşəyi şüalar buynuz qişanın zədələnməsinə səbəb ola bilərlər. Bu zədələnmələrin nəticəsində ağrı, görmənin pozulması, fotofobiya (işıqdan qorxma), göz yaşı ifrazının artması kimi simptomlar müşahidə oluna bilər. Oftassiale steril göz damcıları gözün buynuz qişasının qorunmasında və onun zədələnmələrinin aradan qaldırılmasında istifadə olunan tibbi təyinatlı vasitədir; oftalmik məhlulun xüsusiyyətləri tərkibindəki komponentlərin kompleks təsirlərinin nəticəsidir.

Oftassiale tərkibinə daxil olan hialuron turşusu, qliserilfosforilxolin və D-pantenolun sayəsində buynuz qişanın neyronal bərpasını yaxşılaşdıran, göz yaşı təbəqəsinin həcmini artıran və təbəqənin sabitliyini təmin edən kombinə edilmiş oftalmik məhluldur. Məhlulun tərkibindəki B qrup vitamin kompleksi göz səthinin müdafiə qabiliyyətini artırır, onu xarici amillərin mənfi təsirindən və cərrahi müdaxilələr zamanı yaranana biləcək zədələnmələrdən qoruyur. Qliserilfosforilxolin gözün torlu qişasındakı fotoreseptorların əsas fosfolipidlərindən biridir, burada həm membran strukturlarına daxildir, həm də neyrotransmitter mübadiləsində iştirak edir. Preklinik və klinik tədqiqatlarda göstərilmişdir ki, qliserilfosforilxolinin təsiri nəticəsində fotoreseptorlarda neyrotransmissiya yaxşılaşır, həmçinin qlaukomatoz optik neyropatiyanın gedişi ləngiyir və okulyar işemik sindrom zamanı görmə və işıqduyma qabiliyyəti artır.

İstifadəsinə göstərişlər

Oftassiale aşağıdakı hallarda istifadə olunur: ▪ gözün üzərində qoruyucu təbəqə yaradaraq yad cisimlərin və ya xarici amillərin təsiri, cərrahi müdaxilələrin və ya zədələnmələrin nəticəsində gözdə yaranan narahatlıq və ağrının aradan qaldırılması və qarşısının alınması; ■ buynuz qişanın re-epitelizasiya proseslərinin və neyronal bərpasının dəstəklənməsi.

Əks göstərişlər

Oftassiale göz damcılarının tərkibindəki hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

Oftassiale istifadə qaydası və dozası

Həkim tərəfindən xüsusi göstəriş olmadıqda Oftassiale göz damcıları adətən hər xəstə gözə 1-2 damcı gündə 2-3 dəfə tətbiq edilir. Göz damcıları kontakt linzalar çıxarılmadan istifadə edilə bilər.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Oftassiale göz damcılarının tətbiqinə aid aşağıdakı şərtlər xəstə və ya həkim tərəfindən nəzərə alınmalıdır: ■ Flakonun içindəki məhlul yalnız qapağı ilk dəfə açılanadək sterildir; ■ İstifadədən sonra flakon qapaqla kip bağlanmalıdır; Flakonun tamlığının pozulmasına şübhə olduqda tibbi vasitə istifadə edilməməlidir; ▪ Qablama ilk dəfə açıldıqdan sonra göz damcıları 60 gün ərzində istifadə oluna bilər; ☐ Göz damcılarının tətbiqi zamanı hər hansı bir əlavə təsir baş verdikdə tibbi vasitənin istifadəsi dərhal dayandırılmalı və həkimə müraciət edilməlidir; Flakonun damcısalan ucunun göz, gözətrafı toxumalar və əllər ilə təmasından qaçınılmalıdır; Oftalmik məhlulun ətraf mühitə dağılmasına yol verilməməlidir; ▪ Oftalmik məhlul daxilə qəbul edilməməlidir.

Prepared by  T-Soft E-Commerce.