Sevimlilərə əlavə edin
Paylaşın

Okulus 5 ml Damla

Məhsul Kodu : 111-26312
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
11,02 AZN
Kateqoriya: Göz və qulaq
KolleksiyaQiymət Xəbərdarlığı

Okulus, göz damcısı

Okulus tərkibi

Təsiredici maddə:  1 ml məhlulun tərkibində 22,26 mq dorzolamid hidroxlorid (20 mq dorzolamidə 
ekvivalentdi; 2 % məhlul) və 6,83 timolol maleat (5 mq timolola ekvivalentdi; 0,5 %  
məhlul) vardır. 

Əksgöstərişləri 

• Preparatın  hər hansı bir komponentinə  qarşı  yüksək  həssaslıq; 
• Reaktiv bronxospazm, obstruksiya ilə müşayiət olunan tənəffüs yollarının xəstəlikləri,  bronxial astma və ya anamnezdə bronxial astma, ağciyərlərin ağır xronik obstruktiv xəstəliyi olan xəstələr; 
• Sinus bradikardiyası, sinus düyününün zəifliyi sindromu, sinoatrial blokada, ikinci və ya üçüncü dərəcəli atrioventrikulyar blokada, ağır ürək çatışmazlığı, kardiogen şok,  
• Ağır böyrək çatışmazlığı (kreatinin klirensi  < 30 ml/dəq) və ya hiperxloremik asidoz.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamilə qadınlarda dorzolamid/timololun təhlükəsizliyinə dair məlumat olmadığından hamiləlikdə bu vasitə yalnız ana üçün gözlənilən müalicəvi effektin döl üçün potensial riskdən yüksək olduğunda istifadə olunmalıdır. Okulus hamiləlik dövründə istifadə olunmur.  
Dorzolamid 
Hamiləlik dövründə dorzolamidin təsiri ilə bağlı kifayət qədər klinik məlumat yoxdur. Dovşanlarda dorzolamid ana üçün toksik dozalarda teratogen təsir göstərmişdir.  
Timolol 
Sistem beta-blokatorlarla aparılan yaxşı nəzarətli epidemioloji tədqiqatlarda teratogen təsirlə bağlı heç bir simptom aşkar edilməmişdir, ancaq döldə və ya yenidoğulmuşlarda bradikardiya kimi bəzi farmakoloji təsirlər müşahidə edilmişdir. Əgər Okulus göz damcıları doğuşa qədər istifadə olunarsa, yenidoğulmuşlar həyatının ilk bir neçə gün ərzində kontrol altında saxlanılmalıdır.  
Laktasiya dövrü 
Dorzolamidin ana südünə keçməsi haqqında dəqiq məlumat yoxdur. Timolol ana südünə nüfuz edir. Laktasiya dövründə dərman vasitəsinin istifadəsi zamanı körpədə ciddi əlavə təsirlərin yaranma ehtimalını nəzərə alaraq, Okulus ilə müalicə zamanı ana südü ilə qidalandırma dayandırılmalıdır.  
Reproduktiv fəaliyyətə təsiri 
Timolol maleat və dorzolamid hidroxlorid ilə siçovullarda aparılan reproduktiv və fertillik ilə əlaqəli tədqiqatlarda insan üçün tövsiyə olunan maksimum oftalmoloji dozadan təqribən 100 dəfə artıq dozanın sistem istifadəsi erkək və dişi fertilliyinə heç bir arzuolunmaz təsir göstərməmişdir. 

Pediatriyada istifadəsi 

Dorzolamid/timolol kombinasiyasının 2 yaşdan kiçik uşaqlarda effektivliyi təsdiq olunmamışdır. Dərman vasitəsinin istifadəsi 2 yaşdan böyük uşaqlarda   mümkündür. Dozalanma rejimi böyüklər ilə eynidir.

İstifadə qaydası və dozası 

Yerli istifadə üçün nəzərdə tutulmuş oftalmoloji vasitədir.  
Okulus göz damcıları xəstə gözün konyunktiva kisəsinə 1 damcıdan gündə 2 dəfə istifadə edilir. Əgər bir neçə göz damcısından istifadə edirsinizsə, bu zaman hər damcıdan istifadə arası fasilə 10 dəq. olmalıdır. 
Okulus qlaukoma əleyhinə digər  oftalmoloji  dərman vasitəsinin əvəzinə təyin edilirsə, bu zaman dərman vasitəsinin təyinatı Okulusun istifadəsindən 1 gün əvvəl dayandırılmalıdır.    

İstifadə qaydası 
Göz damcısını istifadə etməzdən əvvəl əllərinizi yuyun və qurulayın.  
Flakonun qapağını açın.  
Qapağın altında yerləşən halqanı çıxarın .Yenidən qapağı burub bərkidin  Beləliklə, damcıtökənin membranı açılır və damcı tökülür.  
Flakon böyük və orta barmaqların arasında üzüaşağı tutulur.  
Okulus flakonuna yüngül təzyiq etdikdə asanlıqla bir damcı axır.
Başınızı bir az arxaya çəkin. Göz və göz qapağı arasında kisə yaratmaq üçün göz qapağını dartın. Yaranan kisəyə damcı tökülməlidir. 
Damcıtökənin ucunu gözünüzə yaxınlaşdırın, lazım olarsa, güzgüdən istifadə edin.  
Məhlulu çirklənmədən qorumaq üçün damcıtökənin ucunun göz, gözətrafı toxumalar və əllər ilə təmasından qaçınılmalıdır (gözətrafı nahiyə, göz qapağı).  Bu təmas zamanı damcıtökən mikroblar ilə çirklənə bilər.  
Damcını tökəndən sonra aşağı göz qapağını buraxın, gözlərinizi bağlayın, göz və burun arası nahiyəyə  yüngül təzyiq edin. Bu tədbir damcının digər nahiyələrə yayılmasının qarşısını alır.  
Əgər damcı hər iki göz üçün istifadə edilərsə, yuxarıda qeyd olunan tədbirləri təkrarlayın. Əgər damcı tökülmədisə, bu zaman təkrar damızdırın. 
İstifadədən sonra flakon qapaqla kip bağlanmalıdır. Əgər bir neçə göz damcılarından istifadə edirsinizsə, bu zaman hər damcıdan istifadə arası fasilə 5-10 dəq. təşkil etməlidir.   

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-26312

Oxşar Məhsullar

Aldrop 10 Mq 20 ml Damcı
6,88 AZN -%0
6,88AZN
Alfam 2 Mq 5 ml Damla
10,27 AZN -%0
10,27AZN
Alltovis Damla, 10 ml
32,60 AZN -%0
32,60AZN
Apfekto 0, 3 % 5 ml Damla
30,00 AZN -%0
30,00AZN
Augenstock Combipres 2/5MG 10 ml Damla
12,44 AZN -%0
12,44AZN
Augenstock Edema 5 % 10 ml Damla
24,20 AZN -%0
24,20AZN
Augenstock Nazin 10 ml Damla
25,80 AZN -%0
25,80AZN
Augenstock Polideks 1/3, 5 Mq 10 ml Damla
8,52 AZN -%0
8,52AZN
Augenştok Lotepred Plyus 10 ml Göz Damcısı
13,62 AZN -%0
13,62AZN
Augenstok Lubrikant 0, 2% 10 ml Damla
30,80 AZN -%0
30,80AZN
Augenstok Lubrikant 3 10 Qr Gel
30,50 AZN -%0
30,50AZN
Augenştok Nevan 0, 3% 10 ml Göz Damcısı
18,00 AZN -%0
18,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce