Sevimlilərə əlavə edin
Paylaşın

Olajon 10 ml Damla

Məhsul Kodu : 111-26783
İstehsalçı ölkə : Bolqaristan
0 Şərh Şərh
11,60 AZN
Kateqoriya: Göz və qulaq
KolleksiyaQiymət Xəbərdarlığı

OLAJON, 1 mq/ml göz damcısı

OLAJON tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 1 mq olopatadin (olopatadin hidroxlorid şəkilində) vardır. 1 damcı məhlulda (təxminən 30 µl) 0,03 mq olopatadin (olopatadin hidroxlorid şəkilində) vardır.

İstifadəsinə göstərişlər

Olopatadin 1 mq/ml göz damcısı, məhlul mövsümi allergik konyunktivitin əlamət və simptomlarının müalicəsində istifadə olunur.

Əks göstərişlər

Preparatın təsiredici maddəsinə və ya hər hansı köməkçi maddələrinə qarşı yüksək həssaslıq hallarında

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlarda oftalmik olopatadinin istifadəsi ilə bağlı məlumat yoxdur və ya məhduddur. Heyvanlar üzərində aparılan tədqiqatlar sistemli tətbiqdən sonra reproduktiv toksiklik göstərmişdir. Olopatadin hamiləlik dövründə və kontrasepsiyadan istifadə etməyən reproduktiv yaşda olan qadınlara tövsiyə edilmir. Laktasiya Heyvanlar üzrə mövcud məlumatlar oral tətbiqdən sonra olopatadinin südl ə xaric edildiyini göstərmişdir.

Yenidoğulmuşlar/körpələr üçün riski istisna etmək olmaz. Olopatadin laktasiya dövründə istifadə edilməməlidir. Fertillik Olopatadinin topikal okulyar tətbiqinin insan fertilliyinə təsirini qiymətləndirmək üçün tədqiqatlar aparılmamışdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Olopatadinin nəqliyyat vasitələrini və mexanizmləri idarə etmə qabiliyyətinə heç bir təsiri yoxdur və ya əhəmiyyətsizdir. Hər hansı bir göz damcısı kimi, müvəqqəti bulanıq görmə və ya digər görmə pozğunluqları avtomobil idarə etmək və ya mexanizmlərdən istifadə etmək qabiliyyətinə təsir göstərə bilər. Əgər bulanıq görmə instillyasiya zamanı baş ver ərsə, pasiyent n əqliyyat vasitələrini və ya mexanizmləri istifadə etməzdən əvvəl görmənin tam aydınlaşmasına qədər gözləməlidir.

OLAJON istifadə qaydası və dozası

Pozologiyası Doza gündə iki dəfə (8 saatda) xəstə gözün (gözlərin) konyunktiva kisəsinə bir damcı Olopatadindir. Ehtiyac yarandıqda, müalicə dörd aya qədər davam etdirilə bilər. Yaşlılarda istifadəsi Yaşlı xəstələrdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Pediatriyada Olopatadin üç yaşdan yuxarı pediatrik xəstələrdə böyüklər ilə eyni dozada istifadə edilə bilər.

Olopatadinin 3 yaşa qədər uşaqlarda təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Məlumat yoxdur. Qaraciyər və böyrək çatışmazlığında istifadəsi Böyrək və ya qaraciyər xəstəlikləri olan xəstələrdə göz damcıları şəklində Olopatadin in təsiri öyrənilməmişdir. Bununla belə, qaraciyər və ya böyrək çatışmazlığında dozanın tənzimlənməsi nə ehtiyac yoxdur.

İstifadə qaydası Yalnız gözə istifadə üçündür. Damızdırıcının ucluğunun və məhlulun çirklənməsinin qarşısını almaq üçün şüşənin damızdırıcısının ucu ilə göz qapaqlarına, ətraf nahiyələrə və ya digər səthlərə toxunmamağa diqqət edilməlidir. İstifadə edilmədikdə şüşəni sıx bağlı saxlayın. Digər yerli göz dərmanları ilə eyni vaxtda müalicə edildikdə, dərmanlar arasında 5-10 dəqiqəlik fasilə verilməlidir.

Göz məlhəmləri ən son tətbiq edilməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-26783

Oxşar Məhsullar

Aldrop 10 Mq 20 ml Damcı
6,88 AZN -%0
6,88AZN
Alfam 2 Mq 5 ml Damla
10,27 AZN -%0
10,27AZN
Alltovis Damla, 10 ml
32,60 AZN -%0
32,60AZN
Apfekto 0, 3 % 5 ml Damla
30,00 AZN -%0
30,00AZN
Augenstock Combipres 2/5MG 10 ml Damla
12,44 AZN -%0
12,44AZN
Augenstock Edema 5 % 10 ml Damla
24,20 AZN -%0
24,20AZN
Augenstock Nazin 10 ml Damla
25,80 AZN -%0
25,80AZN
Augenstock Polideks 1/3, 5 Mq 10 ml Damla
8,52 AZN -%0
8,52AZN
Augenştok Lotepred Plyus 10 ml Göz Damcısı
13,62 AZN -%0
13,62AZN
Augenstok Lubrikant 0, 2% 10 ml Damla
30,80 AZN -%0
30,80AZN
Augenstok Lubrikant 3 10 Qr Gel
30,50 AZN -%0
30,50AZN
Augenştok Nevan 0, 3% 10 ml Göz Damcısı
18,00 AZN -%0
18,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce