Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 1 mq və ya 2 mq olopatadin (olopatadin hidroxlorid şəklində) vardır.
Mövsümi allergik konyunktivitin oftalmoloji təzahürünün və simptomlarının müalicəsi.
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Xüsusi göstərişlər və ehtiyyat tədbirləri Olopatadin allergiya əleyhinə/antihistamin maddə olub, yerli istifadəsi zamanı sistem absorbsiyaya məruz qalır. Ağır əlavə təsirlərin əlamətləri yarandığı zaman və ya hiperhəssaslıq reaksiyaları inkişaf etdikdə, Palladanın istifadəsini dayandırmaq lazımdır. Palladanın tərkibində konservant benzalkonium xlorid vardır ki, bu da gözlərin qıcıqlanmasına səbəb ola bilər (1 ml preparatın tərkibində 0,10 mq benzalkonium xlorid vardır).
Benzalkonium xlorid nöqtəvi keratopatiya və/və ya toksiki xoralı keratopatiyanın inkişaf etməsinə səbəb ola bilər. Bununla əlaqədar tez-tez və ya uzun zaman ərzində Pallada istifadə edən, “quru göz” sindromu və buynuz qişanın zədələnməsi olan pasiyentlərə qarşı diqqətli müşahidə aparılması məsləhət görülür. Kontakt linzalar Benzalkonium xlorid yumşaq kontakt linzaların rəngini dəyişə bilər. Preparatın yumşaq kontakt linzalarla kontaktından çəkinmək lazımdır.
Pasiyentlərə Palladanı istifadə etməzdən əvvəl kontakt linzaları çıxarılması və onları instilyasiyadan ən azı 15 dəqiqədən sonra taxılması barədə məlumat verilməlidir. Köməkçi maddələr Palladanın hər 1 ml-nin tərkibində 3,35 mq fosfatlar vardır. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Olopatadinin digər dərman preparatları ilə qarşılıqlı təsir tədqiqatları aparılmamışdır. İn vitro tədqiqatlarda müəyyən edilmişdir ki, olopatadin sitoxrom P-450-1A2, 2C8, 2C9, 2C19, 2D6, 2E1 və 3A4 izofermentlərin iştirakı ilə gedən metabolik reaksiyaları inhibə etmir.
Əldə olunan məlumatlar olopatadinin digər yanaşı təyin olunan dərman maddələrinin metabolizminə təsirinin az ehtimal olunduğunu göstərir.
Hamiləlik Olopatadinin hamilə qadınlarda oftalmoloji istifadəsinə dair məlumatlar məhduddur və ya yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlarda aşkar olunmuşdur ki, olopatadin sistem yeridilmə zamanı reproduktiv funksiyaya toksik təsir göstərir. Hamiləlik dövründə və etibarlı kontrasepsiya üsulundan istifadə etməyən həddi-buluq yaşında olan qadınlarda Palladadan istifadə etmək məsləhət görülmür. Laktasiya Heyvanlar üzərində aparılan tədqiqatlarda aşkar edilmişdir ki, peroral istifadəsindən sonra olopatadin ana üdünə nüfuz edir.
Yenidoğulmuşlarda və südəmər körpələrdə əlavə təsirlərin yaranması riskini istisna etmək olmaz. Palladanı laktasiya dövründə istifadə etmək olmaz. Fertillik Göz damcısı şəklində yerli istifadəsi zamanı olopatadinin insan fertilliyinə təsirinin qiymətləndirilməsi üzrə tədqiqatlar aparılmamışdır.
Preparat nəqliyyat vasitəsi və ya mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir və ya əhəmiyyətsiz dərəcədə təsir göstərir. İstənilən göz damcısında olduğu kimi preparat görmə aydınlığının azalmasına və ya görmənin digər pozuntularına səbəb ola və avtonəqliyyat vasitələrini və ya mexanizmləri idarə etmək qabiliyyətinə təsir edə bilər. Palladanın istifadəsindən sonra pasiyentdə görmə aydınlığı müvəqqəti pozulduqda, görmə tam bərpa olana qədər avtonəqliyyat və mexanizmləri idarə etmək məsləhət görülmür. İstifadə qaydası və dozaı Dozalanması Pallada 0,1% Zədələnmiş gözün konyunktiva kisəsinə (hər iki gözün) sutkada 2 dəfə 1 damcı məhlul 8 saat intervalla damızdırılır.
Ehtiyac olduqda, müalicə 4 aya qədər davam edə bilər. Pallada 0,2% Zədələnmiş gözün konyunktiva kisəsinə (hər iki gözün) sutkada 1 dəfə 1 damcı məhlul damızdırılır. Yaşlı pasiyentlərdə istifadəsi Yaşlı pasiyentlərdə dozanın korreksiya edilməsi tələb edilmir. Uşaqlarda istifadəsi Pallada 3 yaş və daha yuxarı uşaqlarda böyüklərdə istifadə edilən dozalarda istifadə oluna bilər.
3 yaşa qədər uşaqlarda dərman maddəsinin istifadəsinin effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir, müvafiq məlumat yoxdur. Böyrəklərin və qaraciyər funksiyasının pozulması olan pasiyentlərdə istifadəsi Böyrəklərin və ya qaraciyər xəstəlikləri olan pasiyentlərdə göz damcısı şəklində preparatın istifadəsi öyrənilməyib. Buna baxmayaraq, qaraciyər və ya böyrəklərin funksiyası pozulmuş pasiyentlərdə dozanın korrekisyasına ehtiyac yoxdur. İstifadə qaydası Pallada preparatı oftalmologiyada, yalnız yerli istifadə üçün nəzərdə tutulmuşdur.
Flakonun qapağını açın; preparatı istifadə etməzdən əvvəl qoruyucu halqanı kənarlaşdırın. Flakon-damcıladıcı ucluğunun və məhlulun çirklənməsinin qarşısını almaq üçün ucluğun göz qapaqlarına, yanaşı toxumalara və ya digər səthlərə toxunmasına yol verməyin. Flakonu kip bağlı şəkildə saxlayın. Digər dərman vasitələrilə qarşılıqlı təsirini öyrənən tədqiqatlar aparılmadığı üçün olopatadini digər preparatlarla qarışdırmaq olmaz.
Digər oftalmoloji preparatlarla eyni vaxtda istifad əsinə zərurət olduqda, instil lyasiya arasındakı interval 5 dəqiqədən az olmamalıdır. Göz məlhəmlərini ən sonda istifadə etmək lazımdır.