Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 1,11 mq olopatadin hidroxlorid (1,0 mq olopatadinə ekvivalent) vardır. Köməkçi maddələr: benzalkonium xlorid, natrium xlorid, dinatrium fosfat dodekahidrat, hidroxlorid turşusu və/və ya natrium hidroksid, təmizlənmiş su.
İstifadəsinə göstərişlər:
Allergik konyunktivitin simptom və əlamətlərinin müalicəsi.
Əks göstərişlər:
Preparatın komponentlərindən hər hansı birinə qarşı hiperhəssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Olopatadinin hamilə qadınlarda istifadəsinə dair məlumatlar məhdud dərəcədədir. Siçovullar və dovşanlar üzərində peroral olapatadinin yeridilməsi ilə aparılan tədqiqatlarda, insanlar üçün tövsiyə olunan maksimal okulyar dozadan 2480-dəfə çox dozalarda embrio-fetal toksiklik qeyd edilməmişdir. Həmçinin, insanlar üçün tövsiyə olunan maksimal okulyar dozadan 25 dəfə çox dozanın istifadəsi ilə siçovullarda dölün çəkisinin azalması müşahidə edilməmişdir (bədən səthinə əsasən). Olopatadinin yerli okulyar istifadəsi nəticəsində sistem ekspozisiyanın cüzi olduğunu nəzərə alaraq, hamiləlik zamanı hər hansı bir təsirin olması ehtimal edilmir. Lakin, döl üçün zərərin olma ehtimalı istisna edilmir. Yerli okulyar istifadədən sonra olopatadinin insanlarda ana südünə keçməsi məlum deyil. Olopatadinin südəmər körpəyə və ya süd ifrazına təsiri barədə məlumat yoxdur. Yerli istifadədən sonra olopatadinin insanlarda plazmada aşağı səviyyəsinə əlsaslanaraq, ana südündə mövcud olopatadin konsentrasiyasının cüzi olması ehtimal edilir. Lakin olopatadin/metabolitlərinin ana südündə konsentrasiyasına dair məlumat olmadığı üçün, südəmər körpələrdə risk istisna edilmir. Südverən siçovullarda peroral yeridilən olopatadin ana südünə keçmiş və döllərdə toksikliklə əlaqələndirilmişdir. Xəstələr, antihistaminlərin ana südünün ifrazına təsiri barədə xəbərdar olmalıdırlar. Olopatadini südverən analara təyin edərkən risk/fayda nisbəti nəzərə alınmalıdır. Reproduktiv potensiala malik qadınlar və kişilər Olopatidinin insanlarda fertilliyə təsirini öyrənəcək tədqiqatlar aparılmamışdır. Olopatadinin yerli okulyar istifadəsi nəticəsində sistem ekspozisiyanın cüzi olduğunu nəzərə alaraq, preparatın insan fertilliyinə təsiri ehtimal edilmir. Reproduktiv potensialı olan qadınlar olapatadin istifadə edə bilərlər.
Patanol istifadə qaydası, dozası
Böyüklər Gündə iki dəfə (hər 6-8 saatdan bir) zədələnmiş gözün konyunktiva kisəciyinə bir damcı damızdırılır. Zərurət olduğu halda müalicə 4 aya qədər davam etdirilə bilər. Ayrı-ayrı qrup xəstələrdə Patanol göz damcısı, məhlul qaraciyər və ya böyrək funksiyasının pozulması olan xəstələrdə öyrənilməmişdir. Qaraciyər və ya böyrək funksiyasının pozulması olan xəstələrdə preparatın dozasına düzəlişlərin edilməsi tələb edilmir. Uşaqlar (18 yaşdan aşağı) Preparatın təhlükəsizliyi və effektivliyi 3 yaşından böyük uşaqlarda müəyyən edilmişdir. Yaşlı xəstələr (65 yaş və yuxarı) 65 yaş və bu yaşdan yuxarı xəstələrdə dozaya düzəlişlərin edilməsi tələb olunmur. İstifadə qaydası Yalnız yerli istifadə üçün nəzərdə tutulub. İnyeksiya etmək və ya daxilə qəbul etmək olmaz! Flakonun qapağını açdıqdan sonra, flakonun kənarındakı halqa boşalarsa, dərman vasitəsinin istifadəsindən əvvəl halqanı çıxarmaq lazımdır. Damcıtökənin ucunun və məhlulun çirklənməməsi üçün ucluğu göz qapaqlarına, ətraf nahiyələrə və ya digər səthlərə toxundurmaq olmaz. Burun-göz yaşı kanalını tutduqda və ya göz qapaqlarını 2 dəqiqə bağladıqda, preparatın sistem absorbsiyası azala bilər. Bu isə sistem əlavə təsirləri azaldaraq, dərman vasitəsinin yerli təsirinin artmasına səbəb olur. İstifadə etmədikdə flakonun qapağını kip bağlamaq lazımdır. Digər yerli oftalmoloji dərman vasitələri ilə yanaşı müalicə təyin olduqda, dərman vasitələrini 5 dəqiqə fasilə ilə istifadə etmək lazımdır. Bu halda məlhəm ən sonda istifadə edilməlidir. Gözlərdə qızartı olduqda xəstələrə kontakt linzalardan istifadə etməmək tövsiyə olunur. Patanol, kontakt linzalarla əlaqədar olaraq yaranan qıcıqlanmanın müalicəsi üçün istifadə edilməməlidir.