Sevimlilərə əlavə edin
Paylaşın

Piridoksin Hidroxlorid 50 Mq 1 ml N10 Ampul

Məhsul Kodu : 111-21140
İstehsalçı ölkə : Çin
0 Şərh Şərh
1,02 AZN
Kateqoriya: Bioloji əlavələr
KolleksiyaQiymət Xəbərdarlığı

PİRİDOKSİN, inyeksiya üçün məhlul.

Piridoksin tərkibi 

Təsiredici maddə:1 ml məhlulun tərkibində 50 mq piridoksin hidroxlorid vardır. Köməçi maddələr: inyeksiya üçün su.

İstifadəsinə göstərişlər:
 Vitamin В6 hipo- və avitaminozu (müalicə və profilaktika) – zəif qidalanma, uzunmüddətli infeksiya, diareya, enterit, spru, uzunmüddətli stress halları; malabsorbsiya sindromu, mədənin və bağırsaqların böyük hissəsinin götürülməsindən sonrakı hallar, hemodializ. Kompleks müalicənin tərkibində: hipoxrom, mikrositar və sideroblast anemiya, parkinsonizm, radikulit, Littl xəstəliyi, Menyer sindromu və xəstəliyi, nevritlər (o cümlədən şəkərli diabet fonunda), nevralgiya, yenidoğulmuşlarda anadangəlmə piridoksin-asılı qıcolma sindromu, izoniazid və vərəm əleyhinə digər preparatların istifadəsində xəstələrdə qıcolmaların profılaktikası, hestoz, alkoqolizm, etanol və vərəm əleyhinə dərman vasitələrinin qəbulu fonunda qaraciyərin zədələnməsi, kəskin və xroniki hepatitlər. Dermatitlər (o cümlədən atopik və seboreyalı), herpetik infeksiyalar (Varicella zoster, Herpes simplex), psoriaz, ekssudativ diatez, neyrodermit, leykopeniya müxtəlif etiologiyali, ateroskleroz, hamilələrin toksikozu, involyusion depressiya, hava və dəniz xəstəliyi.

Əks göstərişlər:

 Qaraciyərin ağır zədələnmələri, preparata qarşı yüksək həssaslıq, ürəyin işemik xəstəliyi.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik dövründə preparat hamilələrdə toksikoz və qusma zamanı təyin edilir. Laktasiya dövründə preparatın istifadəsi zamam laktasiyanın azalması mümkündür.

Piridoksin istifadə qaydası, dozası

 Bağırsaqlarda sorulmannın pozulması nəticəsində preparatın qaxilə qəbulu mümkün olmadıqda əsasən əzələdaxili, venadaxili ya dərialtı yeridilir. Böyüklər üçün B6 hipovitaminozunda gündə 5%-li məhlul 50-100 mq təyin edilir. Müalicə kursu - l ay. Parkinsonizm: əzələdaxili gündə 5%-li məhlulundan 2 ml (kurs – 20-25 gün, 2-3 aydan sonra təkrar kurs). Bu xəstəliyin müalicəsinin digər sxemi üzrə 5%-li məhlulundan 50-100 mq (l-2 ml) başlanğıc dozada əzələdaxili yeridilir, sonra isə gündəlik doza 50mq (l ml) artırılır və gündə (birdəfəlik) 300- 400 mq-a (6-8 ml) qədər çatdırılır. Müalicə kursu belə hallarda 12-15 gün təşkil edir. İnvolyusion yaşda depressiyaların müalicəsi üçün piridoksin hidroxlorid məhlulu gündə 200 mq (4 ml) dozada əzələdaxili yeridilir. Sideroblast anemiyanın müalicəsində preparat həftədə 2 dəfə l00 mq (2 ml) dozada əzələdaxili yeridilir (eyni zamanda fol turşusunun, riboflavinin, B12 vitamininin istifadəsi tövsiyə edilir). Piridoksin-asılı anemiyada (plazmada dəmirin səviyyəsinin yüksəlməsi ilə mikrositar hipoxrom anemiya) preparat gündə 50-200 mq dozada əzələdaxili yeridilir. Nevritlərin və ftivazid və hidrazid izonikotin turşusunun digər törəmələri ilə müalicədə digər ağırlaşmaların qarşısını almaq üçün piridoksin hidroxlorid məhlulu 5-10 mq/sut təyin edilir. Piridoksin-asılı qıcolma sindromun böyüklərdə müalicəsi üçün – venadaxili ya əzələdaxili 30- 600 mq yeridilir. Uşaqlara hipoxrom mikrositar anemiyada gündəlik 10-100 mq təyin edilir, febril qıcolmaların müalicəsi üçün – 20 mq həftədə 2 dəfə, yenidoğulmuşlarda tetanus zamanı – gündə l00 mq, piridoksin-asılı qıcolmalarda – venadaxili l00 mq. Ağır piridoksin çatışmazlığı hallarında 5%-li məhlulundan 0,5-1 ml (25-50 mq) əzələdaxili yeridilir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-21140

Oxşar Məhsullar

Acm Novofan N60 Cap
63,00 AZN -%0
63,00AZN
Additiva Roiibos-Mix, Vitamin C N10 Paket
19,00 AZN -%0
19,00AZN
Additiva Vit C Activline Xurma 240 Mq N20 Efv
15,20 AZN -%0
15,20AZN
Aevit Forte 350 Mq N30 Kapsul
3,40 AZN -%0
3,40AZN
Aevit N30 Cap
3,60 AZN -%0
3,60AZN
Agemo Omg 3 N50 Kapsul
40,60 AZN -%0
40,60AZN
Akvadetrim D3 10 ml Damla
4,48 AZN -%0
4,48AZN
Alpeforeks 15 ml Damla
17,30 AZN -%0
17,30AZN
Aminobol 5% 250 ml Məhlul
16,32 AZN -%0
16,32AZN
Aminokapronovaya Kislota 100 ml Sistem (Ukr)
2,18 AZN -%0
2,18AZN
Aminokard N30 Tablet
38,20 AZN -%0
38,20AZN
Aminoven 10% 500 ml Infuziya
31,04 AZN -%0
31,04AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce