Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

PIRIDOKSIN HIDROXLORID 50MG 1ML N10 AMP (B6)(BORISOV)

Məhsul Kodu : 111-00132
İstehsalçı ölkə: Belarus
2,02 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Piridoksin hidroxlorid, 50 mq/ml inyeksiya üçün məhlul

Piridoksin hidroxlorid tərkibi

Piridoksin hidroxlorid tərkibi, 1 ampulda 50 mq piridoksin hidroxlorid vardır. Köməkçi maddələr:inyeksiya üçün su.

Piridoksin hidroxlorid, istifadəsinə göstərişlər

B6 vitamininin hipo- və avitaminozu (müalicəsi və profilaktikası) - natamam qidalanma, uzun müddət davam edən infeksiya, diareya, enterit, spru, uzun müddət davam edən stress vəziyyəti, malabsorbsiya sindromu, mədənin və bağırsağın böyük hissəsinin çıxarılmasından sonrakı vəziyyət, hemodializ. Kompleks terapiyanın tərkibində: hipoxrom və mikrositar anemiya, parkinsonizm, radikulit, Littl xəstəliyi, Menyer xəstəliyi və sindromu, nevritlər (o cümlədən, şəkərli diabet fonunda), nevralgiya, yenidoğulmuşlarda anadangəlmə piridoksindən asılı qıcolma sindromu, ftivazidin qəbul edən pasiyentlərdə qıcolmanın yaranmasının profilaktikası; hestoz, alkoqolizm, etanol və vərəməleyhinə dərman vasitələrinin qəbulu fonunda qaraciyərin zədələnməsi, kəskin və xroniki hepatitlər, diurezin artması və diuretiklərin təsirinin güclənməsi üçün. Dermatitlər (o cümlədən, atopik və seboreyalı), herpetik infeksiyalar (Varicella zoster, Herpes simplex), psoriaz, ekssudativ diatez.

Əks göstərişlər

Hiperhəssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dərman vasitəsinin hamilə qadınlarda istifadəsi üzrə nəzarət edilən tədqiqatların olmaması ilə əlaqədar hamiləlik dövründə piridoksin hidroxloridin istifadəsi, yalnız qadın üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olduğu halda məsləhət görülür. Piridoksin ana südü ilə ekskresiya olunur. Piridoksinin yüksək dozalarda laktasiyanı zəiflətdiyi barədə məlumat vardır. Laktasiya dövründə piridoksinin istifadəsinə ehtiyac olduqda, süd verən analar üçün məsləhət görülən sutkalıq tələbatı aşmayan dozanın istifadəsini təyin etmək tövsiyə edilir.

Piridoksin hidroxlorid, istifadə qaydası

Daxilə qəbulu mümkün olmadıqda (qusma zamanı) və bağırsaqda sorulmanın pozulması zamanı dərialtı (d/a), venadaxili (v/d), əzələdaxili (ə/d) yeridilir. Böyüklərə 50-100 mq/sutka 1-2 dəfə, uşaqlara 20 mq təyin edilir. Müalicə kursu böyüklər üçün 1 ay, uşaqlar üçün 2 həftədir. İzoniazidlə, ftivazidlə yanaşı terapiya zamanı 5-10 mq/sutka təyin edilir. Sideroblastik anemiyanın müalicə üçün daxilə gündəlik 100 mq və ya həftədə 2 dəfə 100 mq ə/d təyin edilir. Eyni vaxtda fol turşusu, sianokobalamin, riboflavin istifadə etmək məqsədəuyğundur. Parkinsonizm zamanı ə/d 100 mq/sutka təyin edilir; kurs müalicə 20-25 inyeksiyadır, kursu 2-3 aydan sonra təkrar edilir və ya 50-100 mq/sutka dozadan başlayaraq, doza hər gün 50 mq artırmaqla, 12-15 gün ərzində birdəfəlik inyeksiya şəklində 300-400 mq/sutka dozaya çatdırılır. İnvolyusion yaş depressiyası zamanı ə/d 200 mq/sutka təyin edilir. Piridoksindən asılı qıcolma sindromunun müalicəsi üçün böyüklərə v/d və ya ə/d gündəlik 30-600 mq; uşaqlara 10-100 mq yeridilir.

Prepared by  T-Soft E-Commerce.