Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q məlhəmin tərkibində 5 mq prednizolon asetat vardır.
Predniosil gözün allergik və iltihabi xəstəliklərinin, uveitlərin, skleritlərin və gözlərdə əməliyyatdan sonra iltihabı azaltmaq məqsədilə yerli müalicədə istifadə edilir. Bu səbəbə görə o, kortikoterapiyaya cavab verən bütün allergik və/və ya iltihabi xəstəliklərdə göstərişdir.
- Preparatın istənilən komponentinə qarşı allergiya (hiperhəssaslıq). Aşağıdakı hallarda preparatdan istifadə etmək olmaz (ifrat xüsusi hallar istisna olmaqla): - gözlərin göbələk xəstəliyi; - kəskin və səthi herpetik keratit; - anamnezdə gözlərin ailəvi vərəmi və ya hazırda olan xəstəliklər (aktiv forma); - kəskin virus infeksiyası; Aşağıdakı hallarda fayda/risk nisbətini nəzərə almaq lazımdır: - katarakta (predniosilin istifadəsi zamanı xəstəlik dərinləşə bilər); - şəkərli diabet (gözdaxili təzyiqin yüksəlməsi və kataraktanın inkişafı mümkündür); - buynuz qişanın və skleranın daralmasına səbəb olan xəstəliklər (perforasiyaya səbəb ola bilər); - xroniki açıqbucaqlı qlaukoma və ya bu xəstəliyin ailəvi anamnezi (klinik vəziyyəti sürətləndirə və ya pisləşdirə bilər; - buynuz qişanın və ya konyunktivanın infeksiyası (ikincili infeksiyanın pisləşməsi və ya inkişafı).
Hamiləlik, laktasiya dövrü, hamiləliyin ehtimal olunması və ya hamiləliyin planlaşdırılması dövründə preparatın qəbulu haqqında həkimə və ya əczaçıya məlumat vermək lazımdır. Hamiləlik İnsanlar üzərində tədqiqatlar keçirilmədiyinə baxmayaraq, ədəbiyyatda qeyd edilən anadangəlmə çatışmazlıq ilə əlaqədar deyil. Buna baxmayaraq, heyvanlar üzərində aparılan tədqiqatlarda hamilə siçovullarda istifadəsi zamanı prednizolon anadangəlmə çatışmazlığa səbəb olmuşdur. Beləliklə, preparatı hamilə qadınarda, yalnız o zaman istifadə etmək olar ki, ana üçün gözlənilən fayda dölə və embriona olan potensial riskdən üstün olsun.
Laktasiya Laktasiya dövründə prednizolonun istifadəsi zamanı qeydiyyatdan keçmiş problem barədə məlumat yoxdur. Lakin prednizolonun ana südünə keçməsini nəzərə alaraq, həkimin gözlənilən faydanın riskdən üstün olacağını hesab etdiyi hallar müstəsna olmaqla, bu dövrdə Predniosil göz məlhəminin istifadəsindən çəkinmək lazımdır.
Predniosilin istifadəsi dumanlı görməyə (görmədə dəyişiklik) səbəb olur, bu səbəbə görə nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək məsləhət görülmür.
Preparatı ciddi həkim və ya əczaçının verdiyi təlimata uyğun istifadə etmək lazımdır. Preparatın qəbulu ilə bağlı şübhə yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Predniosilin dozalanması pasiyentin vəziyyətindən asılı olaraq həkim tərəfindən fərdi təyin edilir. İlkin açılmadan sonra preparat 28 gün ərzində istifadə edilməlidir.
Göz məlhəmini ilk dəfə istifadə edərkən, preparatın ilk istifadə edilməli miqdarı atılmalıdır. Göz məlhəmindən ilk dəfə istifadə edərkən: Qapaq Baza Halqa - Flakonun baza hissəsindən əsas qapağı açmaq; - halqanı çıxarıb atmaq. Çirklənmənin qarşısını almaq məqsədilə qapağın daxili, baza və alüminium flakonun yuxarı hissəsinə barmaqla və ya hər hansı əşya ilə toxunmaq olmaz; - qapağı baza hissə ilə alüminium flakona yerləşdirib və onu axıra qədər kip bağlamaq lazımdır ki, mexanizm qoruyucu alüminium örtüyü qıra bilsin. Bu əməliyyatdan sonra baza hissəni yenidən geri fırlatmaq lazım deyil; - flakonun əsas hissəsini bir əllə düz tutub və digər əllə qapağı açmaq lazımdır; - preparatın ilk istifadə olunan hissəsini atmaq lazımdır; - preparatı həkim təyinatı üzrə istifadə edin.
Oftalmoloji prepatın flakonundan başqa məqsədlə istifadə etmək olmaz. Preparatın istifadəsi unudulduqda Ötürülən dozanı kompensasiya etmək məqsədilə ikiqat doza qəbul etmək olmaz. Preparatın bir və ya bir neçə dozası ötürüldükdə, aşağıdakı qaydaya əməl etmək lazımdır: - növbəti istifadənin vaxtına xeyli vaxt qaldıqda, dərhal ötürülən dozanı istifadə etmək lazımdır və ikiqat doza istifadə etmək olmaz. Sonra həkim məsləhət gördüyü dozalanma rejiminə qayıtmaq lazımdır.
- Növbəti istifadənin vaxtı yaxınlaşdıqda, dərhal ötürülən dozanı istifadə etmək lazımdır və kompensasiya məqsədilə ikiqat doza istifadə etmək olmaz. Sonra həkim məsləhət gördüyü dozalanma rejiminə qayıtmaq lazımdır. - Preparatın istifadəsinə dair hər hansı sual yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.