Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

ERGOKALSIFEROL 1,25MG 10ML MEHLUL (TEXNOLOG)

Məhsul Kodu : 111-00076
İstehsalçı ölkə: Ukrayna
1,66 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ERQOKALSİFEROL, oral istifadə üçün yağlı məhlul

ERQOKALSİFEROL tərkibi

Təsiredici maddə: 1 ml preparatın tərkibində 50000 BV-ə müvafiq gələn 1,25 mq erqokalsiferol vardır.

İstifadəsinə göstərişlər

D hipovitaminozunun, raxitin profilaktikası və müalicəsi üçün, həmçinin kalsium mübadiləsinin pozulması ilə bağlı olan sümük iliyi xəstəlikləri zamanı (osteoporozun müxtəlif formaları, osteomalyasiya), qalxanabənzərətraf vəzilərin funksiyasının pozulması (tetaniya), dəri və sümük vərəmi, psoriaz, dəri və selikli qişaların sistem qırmızı qurdeşənəyi (SQQ) zamanı.

Əks göstərişlər

preparatın komponentlərinə qarşı həssaslığın artması; D hipervitaminozu; ağciyər vərəminin aktiv forması; mədə və onikibarmaq bağırsağın xora xəstəliyi; qaraciyər və böyrəklərin kəskin və xroniki xəstəliyi; ürək və damarların dekompensasiya mərhələsində olan üzvi xəstəlikləri; qanda və sidikdə kalsium və fosforun səviyyəsinin artması; sarkoidoz; sidikdaşı xəstəliyi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Erqokalsiferolu hamiləliyin 30-32-ci həftəsindən başlayaraq qəbul etmək olar. Yaşı 35-dən çox olan hamilə qadınlara erqokalsiferolu təyin edən zaman ehtiyatlı olmaq lazımdır. Anada olan hiperkalsiemiya (hamiləlik dövründə D2 vitamininin uzun müddət qəbul edilməsi ilə bağlı olan) döldə D vitamininə qarşı həssaslığın artmasına, qalxanabənzərətraf vəzinin funksiyasının çətinləşməsinə, spesifik elfəbənzər görkəm sindromunun meydana çıxmasına, zehni inkişafın ləngiməsinə, aortal stenoza səbəb ola bilər. Hamilə qadınlar preparatı qəbul etdikdə D2 vitamininin doza həddinin aşılması zamanı hiperkalsiemiya inkişaf edə bilər ki, bu da döldə qalxanabənzərətraf vəzinin funksiyalarının zəifləməsinə gətirib çıxara bilər. Hamiləlik dövründə preparatın doza həddi aşıldıqda teratogen təsirinin meydana çıxma ehtimalı ilə əlaqədar olaraq, D2 vitaminini böyük dozalarda (2000 BV/gün-dən çox) qəbul etmək olmaz. Döşlə uşaq əmizdirmə dövründə D2 vitaminini ehtiyatla təyin etmək lazımdır, çünki ananın yüksək dozalarda qəbul etdiyi preparat uşaqda doza həddinin aşılmasının simptomlarının meydana çıxmasına səbəb ola bilər.

Pediatriyada istifadəsi Uşağın D vitamininə gündəlik tələbatını və onun qəbul edilmə üsulunu fərdi həkim müəyyən edir və hər dəfə, xüsusilə də həyatın ilk aylarında, dövrü müayinələr zamanı düzəlişlər edir. Yenidoğulmuşların D2 vitamininə həssaslığı müxtəlif ola bilər, onların bəziləri hətta çox kiçik dozalara qarşı həssas ola bilər. Vaxtından əvvəl doğulan uşaqlara D2 vitaminini təyin edən zaman eyni vaxtda fosfatların yeridilməsi məqsədəuyğun hesab olunur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Avtonəqliyyat vasitələrini idarəetmə və ya digər mexanizmlərlə iş zamanı sinir sistemində arzuolunmaz reaksiyaların inkişaf etmə ehtimalı ilə əlaqədar olaraq xüsusi ehtiyatlılığın gözlənilməsi tələb olunur.

ERQOKALSİFEROL istifadə qaydası və dozası

Erqolkalsiferolu yemək vaxtı daxilə qəbul etmək lazımdır. Preparatın 1 ml-nin tərkibində 50000 BV olur. Preparatı damcı şəklində qəbul etmək lazımdır, göz pipetindən damızdırılan bir damcının tərkibində təxminən 1400 BV olur. Raxitin müalicəsi üçün xəstəliyin ağırlıq dərəcəsi və kliniki gedişinin xarakteri nəzərə alınmaqla Erqokalsiferolu (D2 vitaminini) 30-45 gün ərzində gündə 1400-5600 BV dozada təyin etmək

lazımdır. Göstərilən müddətdə müalicəvi effektə nail olduqdan sonra D vitamininin uşaq 3 yaşına çatana qədər gündə 500 BV* dozada profilaktik təyininə keçilir. Yay aylarında preparatın qəbulunda fasilələr edilir. Raxitin profilaktikası üçün (yenidoğulmuşlarda və südəmər uşaqlarda) Erqokalsiferolu hamilə və döşlə uşaq əmizdirən analara təyin etmək lazımdır. Hamiləlik zamanı 30-32-ci həftələrdən başlayaraq preparatı 6-8 həftə ərzində gündə 1400 BV dozada qəbul etmək lazımdır. Döşlə uşaq əmizdirən analar Erqokalsiferolu əmizdirmənin ilk günündən başlayaraq və Erqokalsiferolun uşağa təyin edilməsinə qədər 500-1000 BV* gündəlik dozada qəbul etməlidirlər. Profilaktika məqsədilə vaxtından əvvəl doğulan uşaqlara preparatı həyatın 3-cü günündən başlayaraq vermək lazımdır. Vaxtından əvvəl doğulmuş uşaqlara və süni qidalandırılan uşaqlara, əkizlərə, əlverişsiz ekoloji (o cümlədən məişət) şəraitlərində olan uşaqlara preparatı həyatın 2-ci həftəsindən başlayaraq təyin etmək lazımdır. Raxitin profilaktikası üçün Erqokalsiferolu müxtəlif metodlarla təyin etmək olar:

• fizioloji metod – vaxtından əvvəl doğulan uşaqlara 3 il ərzində hər gün, 3 yaşlı uşaqlar istisna olmaqla, Erqokalsiferol gündə 500 BV* dozada təyin edilir (ildə kurs doza- 180000 BV);

• kurs metodu – uşağa hər gün həyatın 2-6-10-cu aylarında 30 gün ərzində 1400 BV dozada, sonralar isə 3 yaşa qədər, aralarındakı fasilə 3 ay olmaqla ildə 2-3 kurs Erqokalsiferol təyin edilir (ildə kurs doza- 180000 BV). Vaxtından əvvəl doğulan uşaqlarda D vitamininin gündəlik profilaktik dozası 1000 BV*-ə qədər artırıla bilər: bu doza ilk yarımildə hər gün təyin edilir. Sonralar- ildə 2-3 dəfə, kurslar arasındakı fasilə 3-4 ay olmaqla 1 ay ərzində gündə 1400-2800 BV təyin edilir. Qış mövsümünün uzun müddət davam etdiyi regionlarda profilaktika uşağın 3-5 yaşına qədər davam etdirilir. Preparatla müalicəni sidikdə Ca++ ionlarının səviyyəsinə nəzarət etməklə həyata keçirmək lazımdır. Orqanizmdə kalsium mübadiləsinin pozulması ilə bağlı olan raxitəbənzər xəstəliklər, sümük toxumasının patoloji prosesləri, vərəmin bəzi formaları, psoriaz zamanı preparat bu xəstəliklərin kompleks müalicə sxemlərinə müvafiq olaraq təyin edilir. Böyüklərdə vərəm qurdeşənəyinin müalicəsi üçün gündəlik doza 100000 BV-dir. 16 yaşa qədər uşaqlara bu xəstəlik zamanı yaşdan asılı olaraq Erqokalsiferol yeməkdən sonra 25000-75000 BV gündəlik dozalarda təyin edilir (gündəlik doza 2 dəfəyə qəbul edilir). Müalicə kursu 5-6 aydır. *- bu cür doza mümkün olduqda.

Prepared by  T-Soft E-Commerce.