Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Protizol göz damcısı 5ML

Məhsul Kodu : 111-22944
İstehsalçı ölkə: Portuqaliya
12,65 AZN
Daha çox Göz və qulaq
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

PROTİZOL, göz damcısı

Protizol tərkibi 

Təsiredici maddə:1 ml məhlulun tərkibində 20 mq dorzolamidə ekvivalent miqdarda dorzolamid hidroxlorid, 5 mq timolola ekvivalent miqdarda timolol maleat vardır. Köməkçi maddələr:mannitol, natrium sitrat dihidrat, hidroksietilsellüloza, benzalkonium xlorid (konservant ), inyeksiya üçün su, natrium hidroksid.

Təsviri:

 Demək olar ki, rəngsiz, azacıq özlülüyü olan, yüngül opalessensiyaedici steril məhluldur.

İstifadəsinə göstərişlər:

 Protizol preparatı, qlaukomanın (gözdaxili təzyiqin yüksəlməsi) müalicəsi üçün təyin edilir. βadrenoblokatorla terapiya zamanı gözdaxili təzyiqi azaltmaq mümkün olmadıqda, preparatdan istifadə edilir.

Əks göstərişlər:

 - Preparatın istənilən komponetinə və digər beta-blokatorlara qarşı yüksək həssaslıq;

 - hazırda və ya əvvəl keçirilən ağır ağciyər xəstəlikləri, bronxial astma və ya ağır xroniki obstruktiv bronxit (ağciyərlərin ağır xəstəlikləri qıcıqlanmaya səbəb ola bilər) kimi tənəffüs sisteminin pozulmaları; tənəffüsün çətinləşməsi və/və ya uzunmüddətli öskürək);

 - sinus bradikardiyası, ürək çatışmazlığı və ya ürək ritminin pozulması (qeyri-müntəzəm ürək ritmi, sinoatrial blokada, peysmeykerlə kontrol edilməyən II və III dərəcəli atrioventrikulyar blokada) və ya digər ürək pozulmaları;

 - kəskin böyrək çatışmazlığı, kreatinin klirensi 30 ml/dəqiqədən az olarsa və ya hiperxloremik asidoz. Preparatın qəbulu ilə bağlı hər hansı sual meydana çıxarsa, həkimə müraciət etmək lazımdır.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri:
 Preparatı istifadə etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Aşağıdakı hallarda preparatı ehtiyatla istifadə etmək lazımdır:

 - ürəyin işemik xəstəliyi (döş qəfəsində ağrı və ya sıxılma, təngnəfəslik və ya boğulma), ürək çatışmazlığı, qan təzyiqinin enməsi;

 - badikardiya kimi ürək ritminin pozulması, tənəffüs pozulmaları, yüngül və ya orta ağırlıqlı ağciyərlərin xroniki obstruktiv xəstəliyi;

 - qan dövranı xəstəliyi (məsələn, Reyno xəstəliyi və ya Reyno sindromu);

 - diabet, belə ki, timolol qanda şəkərin səviyyəsinin azalması simptomlarını gizlədə bilər;

 - qalxanabənzər vəzinin həssaslığı, belə ki, timolol simptomları gizlədə bilər;

 - əzələ zəifliyi və ya miasteniya. Əməliyyatdan və anesteziyadan əvvəl (hətta stomatoloqda) həkimə və ya stomatoloqa Protizol prepartından istifadə edilməsi barədə məlumat verilməlidir, belə ki, dərman vasitəsi anesteziya zamanı istifadə edilən bəzi dərman vasitələrinin işinə təsir edə və ya anesteziya ilə əlaqədar arterial təzyiqi qəflətən azalda bilər. Protizol preparatı ilə müalicə zamanı pasiyentə “koronar xəstəlik” diaqnozu qoyulduqda, preparatın dozasını tədricən azaltmaqla dayandırmaq lazımdır. Gözdə travma, yara inkişaf etdikdə və ya cərrahiyyə aparıldıqda həkimə müraciət etmək lazımdır. Aşağıda sadalanan hallar baş verdikdə preparatın istifadəsini dərhal dayandırmaq və həkimə müraciət etmək lazımdır:

 - göz infeksiyası, gözdə qıcıqlanma və ya gözdə qızartı, göz qapaqlarının ödemi və ya simptomların pisləşməsi kimi gözdə istənilən pozulma;

 - allergik reaksiyanın simptomları. Allergik reaksiyaların simptomları özundə səpgi, qaşınma, tənəffüsün çətinləşməsi və ya sifətin, dodaqların, dilin, ağızın və/ya boğazın ödemi kimi əlamətləri birləşdirir (“Əlavə təsirləri” bölməsinə bax). Preparatın tərkibində benzalkonium xlorid vardır. Konservant qismində iştirak edən benzalkonium xlorid, gözlərdə qıcıqlanmaya səbəb ola bilər. Protizol preparatından istifadə zamanı yumşaq kontakt linzalardan istifadə etməkdən çəkinmək lazımdır. Preparatı istifadə etməzdən əvvəl kontakt linzalar çıxardılmalı və instilyasiyadan 15 dəqiqə sonra yenidən taxılmalıdır. Belə ki, benzalkonium xlorid yumşaq kontakt linzaların rəngini dəyişəbilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi:
 Hamiləlik, laktasiya dövrü, hamiləliyin ehtimal olunması və ya hamiləliyin planlaşdırılması dövründə preparatın qəbulu haqqında həkimə və ya əczaçıya məlumat vermək lazımdır. Hamiləlik dövründə preparatın istifadəsinə ehtiyac olmadıqda istifadə etmək olmaz. Preparatı laktasiya dövründə istifadə etmək olmaz. Belə ki, timolol ana südünə nüfuz edə bilər. Laktasiya dövründə hər hansı preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri: Preparatdan istifadə zamanı görmənin dumanlanması kimi əlavə təsirlər baş verdiyindən, bu əlamətlər tam aradan qalxana qədər nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək olmaz.

Protizol istifadə qaydası, dozası

 Preparatı ciddi həkim təyinatı ilə qəbul etmək lazımdır. Preparatın qəbulu ilə bağlı hər hansı sual meydana çıxarsa, həkimə müraciət etmək lazımdır. Doza və müalicə müddəti həkim tərəfindən müəyyən edilir. Məsləhət görülən doza Zədələnmiş gözə və ya gözlərə gündə 2 dəfə hər 12 saatdan bir (səhər və axşam) 1 damcı təyin edilir. Protizol preparatının qəbulu zamanı digər göz damcılarından istifadə edildikdə, hər instilyasiya arasında 10 dəqiqə fasilə etmək lazımdır. Həkim məsləhəti olmadan preparatın dozasını dəyişdirmək olmaz. Pasiyent preparatın istifadəsini dayandırdıqda həkimə məlumat verməlidir. İstifadə qaydası 1. Preparatı ilk dəfə istifadə etməzdən tamperin bərkliyindən əmin olmaq lazımdır. Əlləri yumaq və rahat vəziyyət almaq lazımdır. 2. Flakonu açmaq üçün qapağı burmaq lazımdır. 3. Başı arxaya doğru əyib, yüngülcə alt göz qapağını eəl dartmq lazımdır ki, cib formsı yaransın. 4. Damcısalanın ucunu gözə yaxınlaşdırmaq lazımdır, lakin toxundurmaq olmaz. 5. Flakonu, damcı düşənə qədər yanlardan yüngülcə sıxmaq və gözün alt qapağını buraxmaq lazımdır. 6. Barmaqla gözün burun hissəsindəki küncünə 2 dəqiqə müddətində basmaq lazımdır. Bu, timololun sorularaq orqanizmin digər hissələrinə düşməsinin qarşısını alır. 7. Ehtiyac olduqda yuxarıda qeyd edilən addımları digər gözdə də təkrar etmək lazımdır. 8. Flakonun qapağını həddindən artıq bərk sıxmadan bağlamaq lazımdır. Preparatın təsirinin həddindən artıq güclü və ya zəif olduğunu hiss etdikdə, pasiyent həkimə və ya əczaçıya məlumat verməlidir. Preparatın istifadəsi ötürüldükdə Preparatın qəbulu unudulduqda, dərhal ötürülən dozanı qəbul etmək lazımdır. Növbəti dozanın vaxtı yaxınlaşdıqda, ötürülən dozanı qəbul etmək olmaz. Bundan sonra preparatı adi qaydada istifadə etmək lazımdır. Ötürülən dozanı kompensasiya etmək məqsədilə ikiqat doza qəbul etmək olmaz.

Prepared by  T-Soft E-Commerce.