Sevimlilərə əlavə edin
Paylaşın

Qlimepirid Denk 3 Mq N30 Tablet

Məhsul Kodu : 111-25557
0 Şərh Şərh
7,56 AZN
Kateqoriya: Endokrin
KolleksiyaQiymət Xəbərdarlığı

Qlimepirid Denk 3, tabletlər

Qlimepirid denk 3 tərkibi

Təsiredici maddə:   1  tabletin tərkibində 3 mq qlimepirid vardır.

Əks göstərişlər

 Qlimepiridə və ya preparatın hər hansı köməkçi maddəsinə, sulfonil-sidik cövhərinin digər 
törəmələrinə və ya sulfanilamid preparatlarına qarşı hiperhəssaslıq;                                          insulindən asılı diabet (I tip şəkərli diabet);                                                                                         çox yüksək qan şəkərinin səbəb olduğu bayılma və ya huşunu itirmə hallarında (diabetik 
prekoma və koma);                                                                                                                         
diabetik metabolik dekompensasiya (məsələn, ketoasidoz və ya onun anamnezdə olması);               ağır böyrək və ya qaraciyər çatışmazlığı. 
Qlimepirid Denk 3 preparatının ağır böyrək çatışmazlığı olan pasiyentlərdə (dializ xəstələri) və 
ya ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə istifadə təcrübəsi kifayət qədər deyil. Bu 
səbəbdən, bu cür pasiyentlərə insulin ilə müalicə təyin olunur.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik 
Hər hansı bir dərman qəbul etməzdən əvvəl həkiminiz və ya əczacıyla məsləhətləşin. 
Qlimepirid Denk 3 preparatının hamiləlik dövründə istifadəsi əks göstərişdir.  
Planlaşdırılan hamiləlik zamanı və ya hamiləlik baş verdikdə dərhal həkiminizə məlumat verin. 
Laktasiya 
Qlimepiridin ana südünə nüfuz etməsi məlum deyil, bu səbəbdən laktasiya dövründə preparatın 
istifadəsi əks göstərişdir. 

İstifadə qaydası və dozası 

Preparatı həmişə həkiminizin tövsiyə etdiyi kimi istifadə edin. Əmin olmadığınız halda 
həkiminizə və ya əczaçınıza müraciət edin. 
Dozalanma rejimi 
Qlimepiridin dozası qanda və sidikdə qlükozanın miqdarının analizinə əsasən müəyyən edilir. 
Preparatın dozasında dəyişiklik, çəkinin azalması, həyat tərzinin dəyişməsi, stres və ya xəstəliyin 
yaxşılaşması kimi halların dəyişməsi səbəbindən lazım ola bilər. 
Böyüklər üçün adi başlanğıc doza gündə 1 mq Qlimepiriddir. Müalicə qənaətbəxş olarsa, bu 
doza dəstəkləyici terapiyası üçün istifadə edilə bilər. 
Lazım gəldikdə gündəlik doza qanda qlükozanın miqdarına müntəzəm şəkildə nəzarət etməklə 
və aşağıdakı ardıcıllıqla tədricən artırıla bilər (1-2 həftə fasilə ilə): gündə 1 mq, 2 mq, 3 mq, 4 
mq. 
Gündə 4 mq-dan çox Qlimepiridin dozası yalnız az sayda xəstədə daha effektiv hesab olunur. 
Maksimum gündəlik doza 6 mq qlimepiriddir. 
Metforminin maksimal gündəlik dozada tətbiqi ilə şəkərli diabetin nəzarəti qənaətbəxş 
olunmadıqda, müalicə Qlimepirid Denk 3  preparatı ilə kombinasiyada başlana bilər. 
Qlimepirid Denk 3 preparatının maksimal gündəlik dozada tətbiqi ilə şəkərli diabetin nəzarəti 
qənaətbəxş olunmadıqda, müalicə insulin ilə kombinasiyada başlana bilər. 
Bu hallarda həkiminiz Qlimepirid Denk 3, metformin və ya insulinin fərdi olaraq nə qədər tələb 
etdiyinə qərar verəcəkdir. 
Preparatının qəbulu  
Tabletlər kifayət qədər maye (təxminən 0,5 stəkan) ilə udulmalıdır.  
Həyat tərzinizi (pəhriz vərdişləri) nəzərə alaraq qəbul vaxtı və dozalara bölünməsi barədə 
həkiminiz qərar verəcəkdir. 
Preparatın tətbiqi tamdəyərli səhər yeməyindən əvvəl və ya səhər yeməyi zamanı, yaxud gün 
ərzində ilk qida qəbulundan əvvəl və ya qida qəbulu zamanı tövsiyə olunur.  
Qlimepirid Denk 3  prepataını həkiminizin təklif etdiyi vaxt qrafikinə uyğun qəbul etmək 
vacibdir. Preparatın tətbiqindən sonra yeməyin qəbulu buraxmamaq çox vacibdir. 
Qlimepirid Denk 3 təsirinin çox güclü və ya çox zəif olduğunu hiss edirsinizsə, həkiminizə bu 
barədə məlumat verin. 
Qlimepirid Denk 3 preparatının istifadəsi unudularsa  
Bir doza qəbul etməyi unutduqda, növbəti doza öz vaxtında qəbul edilməlidir. Unudulmuş 
dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir. 
Qlimepirid Denk 3 ilə müalicə dayandırılarsa 
Müalicə kəsilərsə və ya vaxtından əvvəl dayandırılarsa, preparatın arzu olunan qan şəkərinin 
azaldıcı effekti əldə olunmaya bilər və ya xəstəlik yenidən pisləşə bilər.  
Bu dərman preparatının istifadəsi ilə bağlı suallarınız yarandıqda, həkiminizlə və ya əczaçı ilə 
məsləhətləşin.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-25557

Oxşar Məhsullar

Aktrapid 100 İu 10 ml Flakon
21,56 AZN -%0
21,56AZN
Alfalip 600MG/50 ml Sistem
8,00 AZN -%0
8,00AZN
Alfasart 600 Mq N30 Tablet
28,72 AZN -%0
28,72AZN
Alfateks 25MG 24 ml N5 Amp
34,61 AZN -%0
34,61AZN
Amaril 2 Mq N30 Tablet
4,67 AZN -%0
4,67AZN
Amaril 3 Mq N30 Tablet
8,21 AZN -%0
8,21AZN
Amaril 4 Mq N30 Tablet
7,85 AZN -%0
7,85AZN
Amaril M 2 Mq/500 Mq N30 Tablet
10,94 AZN -%0
10,94AZN
Asformin 1000mg N100 Tablet
9,31 AZN -%0
9,31AZN
Asformin 850MG N100 Tb
6,29 AZN -%0
6,29AZN
Asigliy Met 50/1000 N28 Tab
28,80 AZN -%0
28,80AZN
Asiklovir 200MG N20 Vietnam
1,00 AZN -%0
1,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce