Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: Saltraget 25/125 mkq: 1 dozada 25 mkq salmeterola ekvivalent salmeterol ksinafoat və 125 mkq flutikazon propionat vardır. Saltraget 25/250 mkq: 1dozada 25 mkq salmeterola ekvivalent salmeterol ksinafoat və 250 mkq flutikazon propionat vardır.
Astma (Tənəffüs yollarının geridönən obstruktiv xəstəliyi) Saltraget (Salmeterol + Flutikazon propionat) astmanın (Tənəffüs yollarının geridönən obstruktiv xəstəliyi) müntəzəm müalicəsi zamanı təyin olunur. Bura daxildir: − Uzunmüddətli təsirə malik beta-aqonistlər və inhalyasiya olunan kortikosteroidlərin effektiv dozasını qəbul edən pasiyentlər. − Hazırda inhalyasiya olunan kortikosteroidlərlə müalicə fonunda simptomları davam olunan pasiyentlər. − Müntəzəm bronxodilator müalicəsi fonunda inhalyasion kortikosteroidlərə tələbatı olan pasiyentlər.
Salmeterol + Flutikazon propionat aşağıdakı hallarda əks göstərişdir: − Salmeterol və ya flutikazon propionata və ya preparatın hər hansı bir köməkçi maddəsinə qarşı hiperhəssaslığı olan pasiyentlərdə, − Astmatik vəziyyətin ilkin müalicəsində və ya intensiv tədbirlərin tələb olunduğu astmanın digər kəskin epizodlarının müalicəsində.
Hamiləlik Hamilə qadınlarda Salmeterol + Flutikazon propionat ilə adekvat və yaxşı nəzarət olunan tədqiqatlar aparılmayıb. Bu preparatın hamiləlik zaman təyinatı yalnız ana üçün ehtimalı dəyəri döl üçün potensial riskdən üstün olduğu halda məqsədə uyğundur. Preparatı qəbul edərkən hamilə olduqları təqdirdə qadınlara həkimə müraciət etmələri tövsiyə edilməlidir. Laktasiya Salmeterolun və flutikazon propionatın ana südü ilə xaric olunması məlum deyil.
Uşaq üçün risk istisna olunmur. Ana üçün müalicənin ehtimalı dəyəri və uşaq üçün laktasiyanın faydasını qiymətləndirib ya laktasiyanın, yaxud preparatdan müalicənin dayandırılması barədə qərar qəbul edilməlidir.
Xüsusi tədqiqatlar aparılmamışdır, lakin təsir göstərdiyi ehtimal edilmir.
Saltraget (Salmeterol + Flutikazon propionat), yalnız inhalyasiya üçündür. Pasiyentlərə simptomlar olmasa da, optimal effekt əldə etmək üçün Saltraget (Salmeterol + Flutikazon propionat) preparatını mütəmadi olaraq istifadə edilməsi barədə məlumat verilməlidir. Pasiyentlər mütəmadi olaraq həkim tərəfindən nəzərdən keçirilməlidirlər və onlarda Saltraget (Salmeterol + Flutikazon propionat) preparatının təsirinin optimal qalması təsdiqlənməli və yalnız həkim tövsiyəsi ilə dəyişə bilər. Astma (Tənəffüs yollarının geridönən obstruktiv xəstəliyi) Doza simptomlara effektiv nəzarətin saxlandığı ən aşağı dozaya qədər titrlənməlidir.
Simptomlara nəzarətin Saltraget preparatının gündə iki dəfə təyin olunması ilə saxlanıldığı halda ən aşağı effektiv doza ilə bağlı titrləmədə Saltraget gündə yalnız bir dəfə təyin oluna bilər. Pasiyentlərə tərkibində onların xəstəliklərinin ağırlığına uyğun miqdarda flutikazon propionatın olduğu Saltraget dozası verilməlidir. Əgər pasiyentə yalnız inhalyasiya olunan kortikosteroid müalicəsi ilə natamam olaraq nəzarət olunarsa, Saltraget preparatın tərkibində olan kortikosteroidin miqdarına ekvivalent doza ilə kortikosteroidin əvəz olunması astmaya nəzarətin yaxşılaşması ilə nəticələnə bilər. Əgər yalnız inhalyasiya olunan kortikosteroid müalicəsi qəbul edən pasiyentlərdə astmaya olan nəzarət normal şəkildədirsə, onda Saltraget ilə əvəz olunma kortikosteroid dozasında azalmaya imkan verər.
12 yaşdan yuxarı yeniyetmələr və böyüklər: - iki inhalyasiya 25 mkq salmeterol + 125 mkq Flutikazon propionat gündə iki dəfə və ya - iki inhalyasiya 25 mkq salmeterol + 250 mkq Flutikazon propionat gündə iki dəfə. Xüsusi populyasiya Yaşlılarda və ya böyrək və ya qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. İstifadə qaydası Pasiyentlərə düzgün inhalyasiya texnikası barədə təlimat verilməlidir. İnhalyasiya zamanı pasiyent ayaq üstə və ya oturan vəziyyətdə olmalıdır.
İnhalyatorun yoxlanılması İlk dəfə istifadə etməzdən əvvəl və ya inhalyator bir həftədən çox istifadə edilmədikdə, müştükün qapağını yavaş sıxaraq çıxarın, inhalyatoru yaxşı silkələyin və işl əndiyinə əmin olmaq üçün havaya bir dəfə püskürün. Təmizlənməsi İnhalyator həftədə ən azı bir dəfə təmizlənməlidir. − Müştüyün qapağını çıxarın. − Plastik qabdan dəmir flakonu çıxartmayın.
− Müştüyün içini və kənarını və plastik örtüyü quru bir parça, salfet və ya pambıq ilə silin. − Müştüyün qapağını yerləşdirin. − Metal flakonu suya qoymayın.