Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 5 ml şərbətin tərkibində 15 mq ambroksol hidroxlorid vardır. Köməkçi maddələr: 70 %-li sorbitol, metilparaben, propilparaben, sodium sitrat, limon turşusu monohidrat, moruq aromatizatoru, təmizlənmiş su.
İstifadəsinə göstərişlər:
Tənəffüs yollarının qatı bəlğəm ifrazı ilə müşayiət olunan kəskin və xroniki xəstəlikləri. Qatı seliklə müşahidə olunan kəskin və xroniki respirator xəstəliklər zamanı: kəskin, xroniki bronxit (astma formalı), silikoz, bronxial astma, bronxoektaziya, laringit, sinusit.
Əks göstərişlər:
Bromheksinə və onun metaboliti olan ambroksola və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
Hamiləlik, laktasiya dövründə istifadəsi:
Ambroksolun hamilə qadınlarda istifadəsi ilə bağlı kifayət qədər məlumatlar yoxdur. Sekrazol® pediatrik şərbəti yalnız, ətraflı fayda/risk dəyərləndirməsindən sonra hamilələrdə istifadə edilə bilər, xüsusilə də hamiləliyin ilk üç trimestrdə. Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı ambroksolun ana südünə keçdiyi müşahidə edilmişdir. İnsanlar üzərində müvafiq tədqiqatlar aparılmadığından Sekrazol® pediatrik şərbəti yalnız, ətraflı fayda/risk dəyərləndirməsindən sonra laktasiya dövründə istifadə edilə bilər. Lakin istifadəsi tövsiyə edilmir. Nəsilartırma qabiliyyətinə təsiri Heyvanlar üzərində aparılmış tədqiqatlar zamanı ambroksol teratogen effekt göstərməmişdir.
Daxilə qəbul üçündür. Su və ya meyvə şirəsi ilə qarışdırıla bilər. Uşaqlara: 0-2 yaşadək uşaqlara gündə 2 dəfə 5 ml-lik ölçü qaşığı ilə 1/2 ölçü qaşığı (2,5 ml). 2-5 yaşlı uşaqlara gündə 3 dəfə 5 ml-lik ölcü qaşığı ilə 1/2 ölçü qaşığı (2,5 ml). 6-12 yaşlı uşaqlara isə gündə 2-3 dəfə 5 ml-lik ölçü qaşığı ilə 1 ölçü qaşığı (5 ml) verilir. Həkimlə məsləhətləşmədən preparatı 4-5 gündən artıq istifadə etmək olmaz. Xüsusi əhali qrupu Böyrək/qaraciyər çatışmazlığı Qaraciyər və böyrək çatışmazlığı olan xəstələrə ambroksol təyin edərkən ehtiyatlı olmaq lazımdır. Yaşlılar Yaşlılara təyin edərkən doza uyğunlaşdırması tələb olunmur.