Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Seretid Akkuhaler/diskus 50/100 mkq 60 doz

Məhsul Kodu : 111-06523
İstehsalçı ölkə: Fransa
31,32 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SERETİD AKUHALER/DİSKUS, inhalyasiya üçün toz

SERETİD AKUHALER/DİSKUS tərkibi

Təsiredici maddələr: 1 blisterin tərkibində vardır: 50 mkq salmeterol (salmeterol ksinafoat şəklində), 100 mkq flutikazon propionat; 50 mkq salmeterol (salmeterol ksinafoat şəklində), 250 mkq flutikazon propionat; 50 mkq salmeterol (salmeterol ksinafoat şəklində), 500 mkq flutikazon propionat.

İstifadəsinə göstərişlər

Farmakoloji forması: inhalyasiya üçün toz Astma (Tənəffüs yollarının geridönən obstruktiv xəstəliyi) SERETİD astmanın (Tənəffüs yollarının geridönən obstruktiv xəstəliyi) müntəzəm müalicəsi üçün təyin olunur. Bura daxildir: uzunmüddətli təsirə malik β-aqonistlər və inhalyasion kortikosteroidlərin effektiv dozasını qəbul edən xəstələr. Hazırda inhalyasyon kortikosteroidlərlə müalicə fonunda simptomları qalmaqda olan xəstələr. Müntəzəm bronxgenişləndirici preparatların qəbulu fonunda inhalyasion kortikosteroidlərə tələbatı olan xəstələr. Ağciyərin xroniki obstruktiv xəstəliyi (AXOX) SERETİD xroniki bronxit və emfizema da daxil olmaqla, ağciyərin xroniki obstruktiv xəstəliyinin (AXOX) müntəzəm müalicəsində təyin olunur və onun istifadəsi nəticəsində bütün səbəblərdən yaranan ölüm hallarının sayının aşağı düşməsi qeydə alınmışdır.

Əks göstərişlər

Anamnezdə SERETİD preparatının hər hansı maddəsinə qarşı yüksək həssaslığın olması. Süd zülalına ağır allergiyası olan xəstələrə, SERETİD əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

İnsan fertilliyinə aid məlumat yoxdur. Heyvanlar üzərində aparılmış tədqiqatlar flutikazon propionatın və ya salmeterol ksinafoatın kişi və ya qadın fertilliyinə təsir etmədiyini təsdiq etmişdir. Hamilə qadınlar üzrə məluamtlar məhduddur. Hamiləlik dövründə dərmanlar yalnız anaya verdiyi faydanın uşağa potensial riski üstələdiyi halda təyin oluna bilər. Retrospektiv epidemioloji tədqiqatlar əsasən digər inhalyasion kortikosteroidlərlə müqayisədə hamiləliyin ilk trimestrində flutikazon propionatın təsiri nəticəsində əhəmiyyətli anadangəlmə qüsurların yaranma riski artmamışdır (Farmakodinamika bölməsinə bax). Heyvanlar üzərində reproduktiv toksiklik üzrə aparılmış tədqiqatlarda həm monoterapiya, həm də kombinə olunmuş terapiya zamanı güclü β2-adrenoreseptor aqonistlərinin və qlükokortikosteroidlərin güclü sistemli təsiri nəticəsində dölə təsir göstərdiyi aşkar olunmuşdur. Bu siniflərə məxsus dərmanlar ilə aparılan geniş klinik təcrübə təsirlərin terapevtik doza ilə əlaqəli olub-olmadığını aşkar etməyib. Müalicəvi dozanın inhalyasiyasından sonra plazmada salmeterol və flutikazon propionatın konsentrasiyası çox aşağı idi, ona görə də, döş südündə olan konsentrasiya da müvafiq olaraq aşağı olması ehtimal olunur. Bu, laktasiyalı heyvanlarla aparılan tədqiqatlarla təsdiq olunub, belə ki,

süddə preparatın aşağı konsentrasiyası aşkarlanıb. İnsan döş südü ilə bağlı isə heç bir məlumat yoxdur. Laktasiya dövrlərində dərmanlar yalnız ana üçün fayda döl üçün riski üstələdiyi halda təyin oluna bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

SERETİD-in yuxarıda qeyd edilən fəaliyyətlərə olan təsiri ilə bağlı heç bir tədqiqat aparılmayıb, lakin hər iki dərmanın farmakoloji xüsusiyyətləri onların potensial təhlükəli fəaliyyət növləri ilə iş qabiliyyətinə təsir etməsini güman etməyə əsas vermir.

SERETİD AKUHALER/DİSKUS istifadə qaydası və dozası

SERETİD Akuhaler/Diskus yalnız inhalyasiya üçündür. Xəstələr bilməlidirlər ki, SERETİD Akuhaler/Diskus hətta simptomlar olmadığı halda belə optimal fayda əldə etmək məqsədi ilə müntəzəm olaraq istifadə edilməlidir. Xəstələr müntəzəm olaraq həkim tərəfindən yenidən müayinə olunmalıdır ki, aldıqları SERETİD-in dozası optimal olaraq qalsın və yalnız həkim məsləhəti ilə dəyişdirilsin. Astma (Tənəffüs yollarının geridönən obstruktiv xəstəliyi) Doza simptomlara effektiv nəzarətin saxlandığı ən aşağı dozaya qədər titrlənməlidir. Simptomlara nəzarətin SERETİD-nin gündə iki dəfə təyin olunması ilə saxlanıldığı halda ən aşağı effektiv doza ilə bağlı titrləmədə SERETİD gündə yalnız bir dəfə təyin oluna bilər. Xəstələrə tərkibində onların xəstəliklərinin ağırlığına uyğun miqdarda flutikazon propionatın olduğu SERETİD dozasi verilməlidir. Əgər xəstəyə yalnız inhalyasiya olunan kortikosteroid müalicəsi ilə natamam olaraq nəzarət olunarsa, SERETİDE-nin tərkibində olan kortikosteroidin miqdarına ekvivalent doza ilə kortikosteroidin əvəz olunması astmaya nəzarətin yaxşılaşması ilə nəticələnə bilər. Əgər yalnız inhalyasiya olunan kortikosteroid müalicəsi qəbul edən xəstələrdə astmaya olan nəzarət normal şəkildədirsə, onda SERETİD ilə əvəz olunma kortikosteroid dozasında azalmaya imkan verər. Əlavə məlumat üçün “Farmakodinamika” bölməsinə baxın. Tövsiyə olunan dozalar Böyüklərvə 12 yaşdan yuxarı yeniyetmələr Gündə iki dəfə bir inhalyasiya (50 mikroqram salmeterol və 100 mikroqram flutikazon propionat) və ya Gündə iki dəfə bir inhalyasiya (50 mikroqram salmeterol və 250 mikroqram flutikazon propionat) və ya Gündə iki dəfə bir inhalyasiya (50 mikroqram salmeterol və 500 mikroqram flutikazon propionat) 4 yaşdan yuxarı uşaqlar Gündə iki dəfə bir inhalyasiya (50 mikroqram salmeterol və 100 mikroqram flutikazon propionat) 4 yaşdan aşağı uşaqların SERETİD vasitəsindən istifadəsinə dair heç bir məlumat yoxdur. Ağciyərin xroniki obstruktiv xəstəliyi (AXOX) Böyüklər üçün tövsiyə olunan doza gündə iki dəfə olmaqla 50/250 mikroqramdan 50/500 mikroqrama qədər salmeterol/flutikazon propionatın olduğu bir inhalyasiyadır. Gündə iki dəfə 50/500 mikroqram dozada SERETİD vasitəsinin qəbulu bütün səbəblərdən yaranan ölüm sayının aşağı düşdüyünü göstərib (Klinik tədqiqatlara baxın). Xüsusi pasiyent qrupları Yaşlılarda və böyrək və ya qaraciyər xəstəlikləri olan xəstələrdə dozanı nizamlamağa ehtiyac yoxdur. İstifadəsi və idarə edilməsi Akuhaler/Diskus rütubətdən qorunmaq məqsədilə folqa kağızına bükülür. Siz yalnız Akuhaler/diskusu istifadə etməyə hazır olanda onu açmalısınız. Folqa kağızı açıldıqdan sonra atılmalıdır. Akuhaler/Diskus ağciyərlərə inhalyasiya olunan toz şəklində buraxır. Qulpu sürüşdürməklə qutu açılır. Ağızın içinə tərəf yerləşdirilir və dodaqlar onu əhatə edir. Doza inhalyasiya edildikdən sonra qutu bağlanır. Akuhaler/Diskus üzərindəki göstərici qalan doza sayını göstərir.

SERETİD Akuhaler/Diskusun istifadəsi ilə bağlı göstərişlər BAĞLI Akuhaler/Diskusu qutudan çıxardıqdan sonra ona bükülən folqa kağızını çıxarın, Akuhaler/Diskus bağlı şəkildə olacaq.

AÇIQ Yeni Akuhaler/Diskus tərkibində toz formasında ya 60 mühafizə olunan dozalar var. Doza göstəricisi nə qədər dozanın qaldığını göstərir.

Hər bir doza dəqiqliklə ölçülür və gigiyenik olaraq mühafizə olunur. O heç bir saxlama və heç bir yenidən doldurma tələb etmir. Akuhaler/Diskusun üzərindəki doza göstəricisi nə qədər dozanın qaldığını göstərir. Miqdar 5-dən 0- a qədər olduqda, onlar qırmızı rəngdə görünərək sizə dozanın azalması barədə xəbərdarlıq edəcəklər. Akuhaler/Diskusu istifadə etmək asandır. Sizə doza lazım olduqda verilən 5 sadə göstərişə əməl edin: 1. Açın. 2. Sürüşdürün. 3. İnhalyasiya edin. 4. Bağlayın. 5. Yaxalayın. Sizin Akuhaler/Diskus necə işləyir Akuhaler/Diskusun dəstəyini sürüşdürərək balaca dəlik açılır, inhalyasiya etmək üçün dozahazır vəziyyətə gətirilir. Siz Akuhaler/Diskusu bağlayanda qulp avtomatik şəkildə öz əvvəlki yerinə qayıdır və sizə lazım olduqda növbəti doza üçün hazırdır. Xarici qutu sizin Akuhaler/Diskusu istifadə edilmədiyi zaman mühafizə edir. 1. Açılması - Akuhaler/Diskusu necə istifadə etməli. Akuhaler/Diskusu açmaq üçün, bir əlinizlə xarici qutunu saxlayın, digər əlinizin baş barmağını qulpun üzərinə qoyun. Baş barmağınızı özünüzdən əks istiqamətə mümkün qədər uzaq istiqamətə basın.

2. Sürüşdürün. Akuhaler/Diskusu ağzınıza doğru tutun. Dəstəyi özünüzdən əks istiqamətə mümkün qədər, çıqqıltı səsi yarananadək, sürüşdürün. Sizin Akuhaler/Diskus istifadəyə hazırdır. Hər dəfə qulpu itələdikdə inhalyasiya üçün doza hazır olur. Bu, doza göstəricisi tərəfindən göstərilir. Dəstəklə oynamayın, çünki bu dozaların boş-boşuna sərfi ilə nəticələnə bilər.

3. İnhalyasiya

- Dozanı inhalyasiya etməzdən əvvəl bu bölməni diqqətlə oxuyun. Akuhaler/Diskusu ağzınızdan uzaq saxlayın. Rahat bir şəkildə mükün qədər dərin nəfəsinizi verin. Yadda saxlayın – heç vaxt Akuhaler/Diskusun içərisinə nəfəsinizi verməyin.

- Onun ağız hissəsini dodaqlarınıza yaxınlaşdırın. Burnunuz vasitəsi ilə deyil, Akuhaler/Diskus vasitəsilə dərindən və möhkəm nəfəs alın. Akuhaler/Diskusu ağzınızdan çıxarın. 10 saniyəlik və ya rahat olana qədər nəfəsinizi saxlayın. Yavaş-yavaş nəfəs verin. Hətta Accuhaler/Diskus-u düzgün istifadə etsəniz də, dad və ya dilinizdəki tozu hiss edə bilməyəcəksiniz.

4. Bağlanma Akuhaler/Diskusu bağlamaq üçün baş barmağınızı dəstəyin üzərinə qoyun, dəstəyi özünüzə doğru, mümkün qədər sürüşdürün. Accuhiler/Diskus-u bağladıqda müvafiq səs yaranır. Siz Akuhaler/Diskusu bağladıqda dəstək avtomatik olaraq əvvəlki yerinə qayıdır. Sizin Akuhaler/Diskus yenidən istifadəyə hazır olur.

5. Yaxalama Prosedurun sonunda ağzınızı su ilə yaxalayın və tüpürün. Əgər sizə iki inhalyasiya təyin olunubsa, Akuhaler/Diskusu bağlayın və 1-dən 4-ə kimi mərhələləri təkrar edin. UNUTMAYIN Akuhaler/Diskusu quru saxlayın. İstifadə etmədikdə onu bağlı saxlayın. Heç vaxt Akuhaler/Diskusun içərisinə nəfəsinizi verməyin. Yalnız dozanı qəbul etməyə hazır olanda dəstəyi sürüşdürün. Qeyd olunan doza həddini aşmayın. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Prepared by  T-Soft E-Commerce.