Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Seretid EVOHALER 25/125 mkq 120 doza

Məhsul Kodu : 111-02271
İstehsalçı ölkə: Fransa
40,63 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SERETİD EVOHALER, inhalyasiya üçün dozalanmış aerozol

SERETİD EVOHALER tərkibi

Təsiredici maddə: 1 dozada 25 mikroqram salmeterol (salmeterol ksinafoat şəklində) və 125 mikroqram flutikazon propionate; 25 mikroqram salmeterol (salmeterol ksinafoat şəklində) və 250 mikroqram flutikazon propionate vardır.

İstifadəsinə göstərişlər

Dərman forması: inhalyasiya üçün dozalanmış aerozol Astma (Tənəffüs yollarının geriyədönən obstruktiv xəstəliyi) SERETİD astmanın müntəzəm müalicəsi üçün göstərişdir (Tənəffüs yollarının geriyədönən obstruktiv xəstəliyi). Buraya aşağıdakılar aiddir: uzunmüddətli təsirə malik β-aqonistləri və inhalyasion kortikosteroidləri effektiv dəstəkləyici dozada alan xəstələr. Hal-hazırda inhalyasion kortikosteroidlərlə müalicə fonunda simptomları olan xəstələr. Müntəzəm olaraq bronxodilatatorlar qəbul edən inhalyasion kortikosteroidlərə ehtiyacı olan xəstələr. Ağciyərlərin Xroniki Obstruktiv Xəstəliyi (AXOX) SERETİD xroniki bronxit və emfizema daxil olmaqla, ağciyərlərin xroniki obstruktiv xəstəliyinin (AXOX) müntəzəm müalicəsi üçün göstərişdir və bütün səbəblərdən ölüm gösəricisini azaltdığını nümayiş etdirmişdir.

Əks göstərişlər

SERETİD anamnezində preparatın tərkibindəki hər hansı maddəyə qarşı hiperhəssaslığı olan hər bir xəstədə əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

İnsanlarda fertilliklə bağlı məlumatlar yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlar flutikazon propionat və salmeterol ksinafoatın kişi və qadın fertilliyinə təsirinin olmadığını göstərmişdir. Hamilə qadınlara dair məlumatlar məhdud saydadır. Hamiləlik zamanı dərman vasitəsi yalnız ana üçün gözlənilən fayda döl və ya uşaq üçün ehtimal olunan riskdən üstün olduqda təyin oluna bilər. Retrospektiv epidemioloji tədqiqatdan alınan nəticələr hamiləliyin ilk trimestri ərzində flutikazon propionatın təsirindən sonra inhalyasion kortikosteroidlərlə müqayisədə əsas anadangəlmə qüsurların (ƏAQ) yaranma riskində artımın olduğunu göstərməmişdir (bax “Farmakodinamikası” bölməsinə). İstər tək, istərsə də kombinasiya şəklində dərman vasitəsinin təyini ilə heyvanlar üzərində aparılan reproduktivlik toksiklik üzrə tədqiqatlar β2-adrenoreseptorların güclü aqonisti və qlükokortikosteroidlərin həddindən artıq yüksək sistem təsirə malik səviyyədə dölə gözlənilən

təsirlərini aşkar etmişdir. Bu sinifdən olan dərman vasitələri ilə geniş Klinik təcrübə zamanı təsirlərin terapevtik dozalar üzə çıxmasına dair dəlilləri müəyyən etməmişdir. Terapevtik dozaların inhalyasiyadan sonra salmeterol və flutikazon propionatın plazmada konsentrasiyası çox azdır, buna görə də müvafiq olaraq insanlarda ana südündə də konsentrasiyasının az olması ehtimal olunur. Bu, laktasiya dövründə olan heyvanlar üzərində aparılan təqiqatlarda təsdiq olunmuşdur, belə ki, süddə dərman vasitəsinin konsentrasiyası aşağı idi. İnsanlarda ana südündə konsentrasiyasına dair məlumatlar mövcud deyil. Laktasiya dövründə təyini yalnız ana üçün gözlənilən faydanın uşaq üçün ehtimal olunan hər hansı bir riskdən üstün olduğu halda mümkündür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirini öyrənən spesifik tədqiqatlar aparılmamışdır, lakin hər iki dərman vasitəsinin farmakologiyası hər hansı bir təsirin olduğunu göstərmir.

SERETİD EVOHALER istifadə qaydası və dozası

SERETİD Evohaler yalnız inhalyasiya üçün nəzərdə tutulub. Pasiyentlər məlumatlandırılmalıdırlar ki, optimal fayda üçün xəstəliyin simptomları olmadıqda belə, SERETİD Evohaler müntəzəm qəbul edilməlidir. Xəstələr qəbul etdikləri SERETİD-in optimal dozada qalmasına əmin olmaq üçün müntəzəm olaraq həkim tərəfindən təkrar müayinə olunmalıdır, doza yalnız həkim məsləhəti ilə dəyişilə bilər. Astma (Tənəffüs Yollarının Geriyə Dönən Obstruksiyası) Doza simptomlara effektiv nəzarəti təmin edən ən kiçik dozaya qədər titrlənməlidir. Gündə iki dəfə SERETİD-in qəbulu zamanı simptomlara nəzarət əldə olunursa, ən kiçik dozaya qədər titrləmə üçün SERETİD gündə bir dəfə təyin oluna bilər. Pasiyentlərə tərkibində xəstəliyin ağırlıq dərəcəsinə müvafiq dozada flutikazon propionat olan SERETİD dozası təyin olunmalıdır. Əgər inhlayasion kortikosteroidlə müalicə zamanı xəstədə adekvat nəzarət əldə olunmursa, kortikosteroidin terapevtik dozasına ekvivalent dozada SERETİD ilə əvəz olunması astmaya nəzarətin yaxşılaşmasına səbəb ola bilər. Astmaya nəzarət yalnız inhalyasion kortikosteroidlərlə mümkün olan xəstələrdə SERETİD ilə əvəz olunma nəzarəti saxlamaqla, kortikosteroidin dozasının azaldılmasına imkan verə bilər. Əlavə məlumat üçün “Farmakodinamikası” bölməsinə baxın. Tövsiyə olunan doza: Böyüklər və 12 yaş və daha böyük yeniyetmələr: Gündə iki dəfə 25 mkq salmeteroldan və 125 mkq flutikazon propionatdan ibarət iki inhalyasiya. və ya Gündə iki dəfə 25 mkq salmeteroldan və 250 mkq flutikazon propionatdan ibarət iki inhalyasiya. Ağciyərlərin Xroniki Obstruktiv Xəstəliyi (AXOX) Böyüklər üçün tövsiyə olunan doza gündə iki dəfə 25/125 mkq-dan 25/250 mkq salmeterol/flutikazon propionat iki inhalyasiyasından ibarətdir. Gündə iki dəfə 50/500 mkq dozada SERETİD Akuhaler/Diskus bütün səbəblərdən ölüm göstəricisini azaltdığını nümayiş etdirmişdir (bax “Klinik tədqiqatlar” bölməsinə). Xüsusi pasiyent qrupları: Yaşlı xəstələrdə və ya böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. İstifadəsi və idarə edilməsi İnhalyatorunuzun yoxlanması Birinci dəfə istifadə etməzdən əvvəl və ya bir həftə və ya daha uzun müddət istifadəsiz qaldıqdan sonra (bir həftə və ya daha çox) inhalyatorun işlədiyinə əmin olmaq üçün, onun qıraqlarından astaca basmaqla müştüyün qapağını çıxarın, inhalyatoru yaxşı silkələyin və iki dəfə havaya püskürdün. İnhalyatorun istifadəsi: 1. Qapağın qıraqlarından astaca basmaqla müştüyün qapağını çıxarın. 2. Bərkidilməmiş hissələrin olub-olmamasını aşkar etmək üçün inhalyatoru, müştük də daxil olmaqla, üstdən və içəridən yoxlayın.

3. İstənilən bərkidilməmiş hissələrin kənar edilməsinə və inhalyatorun içindəki möhtəviyyatın bərabər qarışmasına əmin olmaq üçün inhalyatoru yaxşı silkələyin. 4. İnhalyatoru şaquli vəziyyətdə müştükdə aşağıda, baş barmaq əsasında olmaqla, baş barmaq və digər barmaqlar arasında saxlayın. 5. Mümkün qədər dərindən nəfəs verin və müştüyü dişlərinizin arasında ağızda yerləşdirin, dodaqlarınızı ətrafında kip sıxın, lakin dişləməyin. 6. Ağızla dərindən nəfəs almağa başladığınız anda salmeterol və flutikazon propionatı azad etmək üçün inhalyatorun yuxarı hissəsindən bərk basin, bu zaman tədricən və dərindən nəfəs almaga davam edin. 7. Nəfəsinizi saxlayaraq, inhalyatoru ağızdan çıxarın və barmağınızı inhalyatorun yuxarı hissəsindən götürün. Nəfəsinizi mümkün qədər saxlamağa davam edin. 8. İkinci dəfə püskürmə üçün inhalyatoru şaquli vəziyyətdə saxlayın, yarım dəqiqə gözləyin və 3-cü mərhələdən 7-ci mərhələyə qədər təkrar edin. 9. Sonda ağzınızı su ilə yaxalayın və suyu tüpürün. 10. Müştüyün qapağını bərk sıxın və lazımı vəziyyətdə basmaqla bağlayın. VACİB MƏLUMAT 5, 6 və 7-ci mərhələni icra edərkən tələsməyin. İnhalyatoru bilavasitə işlətməmişdən əvvəl mümkün qədər asta nəfəs almaq zəruridir. İlk vaxtlar güzgünün qarşısında məşq edin. İnhalyatorunuzun yuxarı hissəsindən və ya ağız bucaqlarından “duman” çıxarsa, yenidən 2-ci mərhələdən başlayaraq təkrar edin. Əgər həkiminiz inhalyatorun istifadəsi ilə bağlı fərqli təlimatlar verərsə, bu təlimatlara diqqətlə əməl edin. Hər hansı çətinliyiniz olarsa, həkiminizə müraciət edin. Uşaqlar Balaca uşaqların köməyə ehtiyacı ola bilər və böyüklər inhalyatorun istifadəsində onlara kömək edə bilər. Uşaqdan nəfəs verməyi xahiş edin və bilavasitə nəfəs almağa başladığı anda inhalyatoru püskürdün. Uşaqla birlikdə məşq edin. Böyük yaşlı uşaqlar və əlləri zəif olan xəstələr inhalyatoru iki əllə tutmalıdır. Hər iki əlin şəhadət barmağını inhalyatorun yuxarı hissəsində, baş barmaqları isə müştüyün altında əsasında yerləşdirin. İnhalyatorun təmizlənməsi İnhalyatorunuzu ən azı həftədə bir dəfə təmizləmək lazımdır. 1. Müştüyün qapağını çıxarın. 2. Balonu plastik korpusdan çıxarmayın. 3. Müştüyü daxildən və xaricdən quru əski və ya pambıqla silin. 4. Müştüyün qapağını bağlayın. METAL BALONU SUYUN İÇİNƏ QOYMAYIN.

Prepared by  T-Soft E-Commerce.