Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Simbavit D3 15 ml damla

Məhsul Kodu : 111-20336
İstehsalçı ölkə: Türkiye
3,61 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SİMBAVİT D3, daxilə qəbul üçün damcı

Simbavit D3 tərkibi 

Təsiredici maddə:15 ml məhlulun tərkibində 1,25 mq (50 000 BV-yə ekvivalent) D3 vitamini vardır. Köməkçi maddələr: butilhidroksianizol, günəbaxan yağı.

İstifadəsinə göstərişlər:

  D vitamini çatışmazlığının müalicəsi

  Malabsorbsiya olan xəstələrdə D vitamini çatışmazlığının profilaktikası və müalicəsi.

  Uşaqlarda raxitin müalicəsi.

  D vitamini çatışmazlığı ilə bağlı osteomalyasiyanm müalicəsi.

  Kalsium və osteoporoz əleyhinə təyin olunan vasitələrlə birlikdə osteoporozun dəstəkləyici müalicəsi.

  Osteoporozla bağlı sınıq riski yüksək olan xəstələrdə (yaşlı və qlükokortikoid müalicəsi alan xəstələr) D vitamini çatışmazlığının profilaktikası.

Əks göstərişlər:

  D vitamininə, eləcə də, preparatın tərkibindəki hər hansı inqrediyentə qarşı yüksək həssaslıq (allergiya).

  Ağir hipertoniya zamanı yüksək dozalarda uzunmüddətli müalicə,

  Ciddi ateroskleroz,

  Aktiv formada ağciyər vərəmi.

  D hipervitaminozu, hiperkalsiemiya, hiperkalsiuriya, böyrəklərdə kalsium tərkibli daşlar zamanı, kalsiuma qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik (C kateqoriyası) Hamiləlik dövründə kolekalsiferolun istifadəsinə dair klinik məlumat mövcud deyil. Hamilə qadınlar üçün potensial risk məlum deyil. Ehtiyac olmadıqda hamiləlik dövründə istifadə edilməməlidir. Laktasiya D vitamininin metabolitlərinin az miqdarı ana südündə aşkar olunur. Ancaq ana südü ilə qidalandıran və günəş altında az vaxt keçirən uşaqlarda D vitaminin əlavə qəbulu lazım ola bilər.

Simbavit D3 istifadə qaydası, dozası

 Simbavit D3 daxilə qəbul olunur. Ana südü ilə qidalandırılan uşaqlarda və ya inyeksiya şəklində istifadə mümkün olmadığı halda peroral formasına üstünlük verillir. Ana südü ilə qidalandırılan uşaqlara Simbavit D3 məhlulu qida ilə qarışdırılaraq verilə bilər. Simbavit D3 məhlulunun 1 ml-i 25 damcı/3335 BV təşkil edir. 1 damcı 133, 4 BV təşkil edir. Tövsiyə edilən doza göstərişlərə əsasən aşağıdakı cədvələ uyğundur: Göstərişlər Damcı sayı / gün D3 vitamininin B.V ilə miqdarı/gün Malabsorbsiya olan xəstələrdə D vitamini çatışmazlığının profilaktikası 5-15 damcı 667-2000 B.V Malabsorbsiya olan xəstələrdə D vitamini çatışmazlığının müalicəsi 5-75 damcı 667-10000 B.V Körpələrdə və uşaqlarda raxitin müalicəsi Körpələr 15 damcı Uşaqlar 23-45 damcı Dəstəkləyisi doza: körpələr 3 damcı, uşaqlar 4-5 damcı Körpələr: 2000 BV gündəlik Uşaqlar: 3000-6000 BV gündəlik Dəstəkləyici doza: körpələr 400 BV, uşaqlar 600 BV D vitamini çatışmazlığı ilə bağlı osteomalyasiyanın müalicəsi 15-75 damcı; 2000-10000 BV; Kalsium və təyin olunan osteoporoz əleyhinə vasitələrlə birlikdə osteoporozun dəstəkləyici müalicəsi 5 damcı 667 B.V Osteoporozla bağlı sınıq riski yüksək olan xəstələrdə (yaşlı və qlükokortikoid müalicəsi alan xəstələr) kalsiumla birlikdə D 5 damcı 667 B.V Hamiləlik və laktasiya dövründə gündəlik doza 400-800 BV olmaqla yanaşı, ehtiyac olduqda nəzarət altında gündə 4000 BV qədər artıra bilər. Hamiləlik dövründə profilaktik istifadə üçün gündəlik maksimal doza 1000 B.V-dən çox olmamalıdır. D vitamini çatışmazlığının müalicəsi Yaş qrupu Qarşısının alınması üçün müalicə / Uzun müddətli müalicə Tövsiyə olunan doza Vitamin D çatışmazlığının müalicə dozası Risk qruplarında uzunmüddətli müalicə və profilaktik müalicə üçün maksimum yol verilən doza Gündəlik müalicə ** Həftəlik qəbul Yeni doğulmuş körpələr 400 B.V/gün (10 µg/gün) 1000 B.V/gün (25 µg/gün) Yoxdur 1000 B.V/gün (25 µg/gün) 1 ay -1 il 400 B.V/gün (10 µg/gün) 2000-3000 B.V/gün (25 µg/gün) Yoxdur 1500 B.V/gün (37,5 µg/gün) 1-10 yaş 400-800* B.V/gün (10-20 µg/gün) 3000-5000 B.V/gün (75-125 µg/gün) Yoxdur 2000 B.V/gün (50 µg/gün) 11-18 yaş 400-800* B.V/gün (10-20 µg/gün) 3000-5000 B.V/gün (75-125 µg/gün) Yoxdur 4000 B.V/gün (100 µg/gün) 18 yaşdan yuxarı böyüklər 600-1500 B.V/gün (15-37,5 µg/gün) 7000-10.000 B.V/gün (175-250 µg/gün) 50.000 B.V/həftə (1250 µg/həftə)*** 4000 B.V/gün (100 µg/gün) * 1000 B.V qədər artırıla bilər. ** 6-8 həftəyə qədər istifadə edilə bilər *** Gündəlik dozadan həftəlik dozaya keçidə üstünlük verilirsə, bir dəfəyə 50.000 B.V dozada 6-8 həftəyə qədər istifadə edilə bilər. Xüsusi qruplara aid əlavə məlumat Uşaqlarda istifadə: "İstifadə qaydası və dozası" bölməsinə əsasən təyin olunur. Yaşlılarda istifadə: Məlumat yoxdur. Qaraciyər/böyrək çatışmazlığı: Dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Uzunmüddətli müalicəyə ehtiyac olduqda böyrək funksiyası nəzarət altında olmalıdır. Ağir dərəcədə böyrək çatışmazlığı olan xəstələrdə kalsiumla birlikdə istifadə olunmamalıdır.

Prepared by  T-Soft E-Commerce.