Sevimlilərə əlavə edin
Paylaşın

Simbrinza 1%/0, 2% Damla

Məhsul Kodu : 111-23399
0 Şərh Şərh
32,57 AZN
Kateqoriya: Göz və qulaq
KolleksiyaQiymət Xəbərdarlığı

SİMBRİNZA, steril göz damcısı, suspenziya

SİMBRİNZA tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 10 mq brinzolamid, 2 mq brimonidin tartrat (1,3 mq brimonidinə ekvivalent) vardır.

İstifadəsinə göstərişlər

SİMBRİNZA® göz damcısı, suspenziya, açıqbucaqlı qlaukoma və ya okulyar hipertoniyası olan böyüklərdə yüksəlmiş gözdaxili təzyiqi azaltmaq üçün təyin edilir.

Əks göstərişlər

• Təsiredici maddəyə, sulfonamidlərə və ya preparatın hər hansı bir digər komponentlərinə qarşı hiperhəssaslıq. • MAO inhibitorları ilə müalicə alan xəstələr. • Ağır dərəcəli böyrək çatışmazlığı. • Hiperxloremik asidoz.

• 2 yaşdan aşağı uşaqlar və körpələr.

Hamiləlik və laktasiya dövründə istifadəsi

SİMBRİNZA® göz damcısının hamilə qadınlarda istifadəsinə dair məlumatlar məhdud və ya yox dərəcədədir. Brinzolamid sistem istifadədən sonra siçovullarda və dovşanlarda teratogenik təsir göstərməmişdir. Peroral brimonidinlə heyvanlarda aparılan tədqiqatlarda reproduktiv toksikliyə birbaşa təsir qeyd edilməmişdir. Heyvanlarla aparılan tədqiqatlarda, brimonidin plasentadan keçərək, məhdud miqdarda dölün qan dövranına nüfuz etmişdir.

SİMBRİNZA® göz damcısının insanlarda ana südünə keçməsi məlum deyil. Heyvanlarda peroral yeridilmədən sonra brinzolamid süddə az miqdarda aşkar edilmişdir. Peroral yeridilən brimonidin ana südündə aşkar edilmişdir. Südəmər uşaqlar üçün risk istisna edilmir.

Brinzolamid və ya brimodinin heyvanlarda tədqiqi fer tilliyə təsirin olmam asını əks etdirmişdr. SİMBRİNZA®-nın insanlarda fertilliyə təsirini dəyərləndirəcək tədqiqatlar aparılmamışdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müvəqqəti bulanıq görmə və ya digər görmə pozulmaları nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetməyə təsir edə bilər. Preparatın istifadəsindən sonra görmədə bulanıqlıq yaranarsa, nəqliyyat vasitələrini və digər mexanizmləri idarə etməzdən əvvəl görmənin aydınlaşmasını gözləmək lazımdır. SİMBRİNZA® dərman vasitəsi bəzi xəstələrdə yorğunluq və yuxululuq yarada bilər. Diqqət tələb edən fəaliyyət növləri ilə məşğul olan xəstələrə əqli aktivliyin azalması ilə əlaqədar xəbərdarlıq edilməlidir.

SİMBRİNZA istifadə qaydası və dozası

Böyüklər Zədələnmiş göz(lər)ə, konyunktiva kisəciyinə gündə iki dəfə 1 damcı. Yaşlılar SİMBRİNZA® göz damcısının yaşlılarda istifadəsinə dair xüsusi ehtiyat tədbirləri tövsiyə edilmir. Uşaqlar SİMBRİNZA® göz damcısı 2 yaşından aşağı uşaqlara əks göstərişdir. SİMBRİNZA ® göz damcısının 2-17 yaşı arasında uşaqlarda və yeniyetmələrdə istifadəsi tövsiyə edilmir.

İstifadə qaydası Flakonun qapağını açdıqdan sonra, flakonun kənarındakı halqa boşalarsa, dərman vasitəsinin istifadəsindən əvvəl halqanı çıxarmaq lazımdır. Damcıtökənin və məhlulun çirklənməsinin qarşısını almaq üçün damcıtökənin ucluğunu göz qapaqlarına, ətraf nahiyələrə və ya digər səthlərə toxundurmaq olmaz. Preparatdan istifadə edilmədiyi müddətdə flakonun ağzını kip bağlamaq lazımdır. Preparatın istifadəsindən sonra burun -göz yaşı kanalının barmaqla asta basılması və ya göz qapaqlarının yavaş bağlanması tövsiyə edilir.

Doza buraxıldığı zaman, müalicə növbəti doza ilə təyinata uyğun olaraq davam etdirilməlidir. Doza gündə iki dəfə 1 damcıdan artıq olmamalıdır (gündə iki dəfə dozalama üçün). Qlaukoma əleyhinə digər dərman vasitəsini SİMBRİNZA ® ilə dəyişdikdə, digər preparatın qəbulu dayandırılmalı və SİMBRİNZA® ilə müalicə növbəti gün başlanmalıdır. SİMBRİNZA® göz damcıları gözdaxili təzyiqi aşağı salan digər yerli oftalmoloji preparatlarla yanaşı istifadə edilə bilər.

Birdən artıq oftalmoloji vasitələr təyin edildikdə, hər bir dərman vasitəsi azı 5 dəqiqə fasilə ilə istifadə edilməlidir. SİMBRİNZA® göz damcısının tərkibində gözlərdə qıcıqlanmaya səbəb olan və həmçinin yumşaq linzaları rəngsizləşdirə bilən benzalkonium xlorid maddəsi var. Yumşaq linzalarla təmasına yol verilməməlidir. Xəstələrə SİMBRİNZA ®-nın istifadəsindən əvvəl linz aları çıxarmaqları və yenidən taxmamışdan əvvəl ən azı 15 dəqiqə gözləmələri məsləhət görülür.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-23399

Oxşar Məhsullar

Aldrop 10 Mq 20 ml Damcı
6,88 AZN -%0
6,88AZN
Alfam 2 Mq 5 ml Damla
10,27 AZN -%0
10,27AZN
Alltovis Damla, 10 ml
32,60 AZN -%0
32,60AZN
Apfekto 0, 3 % 5 ml Damla
30,00 AZN -%0
30,00AZN
Augenstock Combipres 2/5MG 10 ml Damla
12,44 AZN -%0
12,44AZN
Augenstock Edema 5 % 10 ml Damla
24,20 AZN -%0
24,20AZN
Augenstock Nazin 10 ml Damla
25,80 AZN -%0
25,80AZN
Augenstock Polideks 1/3, 5 Mq 10 ml Damla
8,52 AZN -%0
8,52AZN
Augenştok Lotepred Plyus 10 ml Göz Damcısı
13,62 AZN -%0
13,62AZN
Augenstok Lubrikant 0, 2% 10 ml Damla
30,80 AZN -%0
30,80AZN
Augenstok Lubrikant 3 10 Qr Gel
30,50 AZN -%0
30,50AZN
Augenştok Nevan 0, 3% 10 ml Göz Damcısı
18,00 AZN -%0
18,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce