Sevimlilərə əlavə edin
Paylaşın

Sulfasil 30%-Li Göz Damcısı, 10 ml

Məhsul Kodu : 111-00102
İstehsalçı ölkə : Belarus
1 Şərh Şərh
1,50 AZN
Kateqoriya: Göz və qulaq
KolleksiyaQiymət Xəbərdarlığı

Sulfasil, göz damcısı

Sulfasil tərkibi

Sulfasil tərkibi, 1 ml məhlulun tərkibində 100% quru maddə hesabı ilə 200 mq və ya 300 mq natrium sulfasil vardır. Köməkçi maddələr: natrium tiosulfat, pH 8,0-ə qədər olan 1 M xlorid turşusu məhlulu, inyeksiya üçün su.

Sulfasil, istifadəsinə göstərişlər

Gözün preparata həssas bakteriyalar tərəfindən törədilən infeksion-iltihabı xəstəlikləri: konyunktivitlər, blefaritlər, buynuz qişanın irinli yaraları.

Əks göstərişlər

Anamnezdə preparatın tərkibindəki komponentlərə və sulfanilamidlərə qarşı hiperhəssaslığın olması.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Heyvanlar üzərində sulfanilamid preparatların oftalmologiyada istifadəsinə dair tədqiqatlar aparılmamışdır. Hamilə qadının peroral sulfanilamidlər qəbul etməsi nəticəsində yenidoğulmuşlarda nüvə sarılığı meydana çıxa bilər. Hamilə qadınlarda göz sulfonilamid preparatlarının istifadəsinə aid hər hansı adekvat və yaxşı nəzarət olunan tədqiqatlar yoxdur, eləcə də hamiləlik dövründə sulfanilamid preparatlarının qəbulunun dölə zərər verib-verməməsi məlum deyildir. Bu preparat hamiləlik dövründə istifadə oluna bilər, bir şərtlə ki, onun potensial faydası döl üçün potensial riskdən yüksək olsun. Laktasiya dövrü Ana laktasiya dövründə sulfanilamid qəbul edən hallarda sulfanilamidlərin sistem yeridilməsi yenidoğulmuşda nüvə sarılığına gətirib çıxara bilər. Yenidoğulmuşlarda nüvə sarılığının inkişaf ehtimalı üzündən, südlə qidalandıran qadınlarda sulfanilamidlərin qadınlara göz damcısı şəklində təyin edilməsinin potensial fayda / risk nisbətləri nəzərə alınmaqla qərar verilməlidir.

Sulfasil, istifadə qaydası

Sulfasil böyüklərin zədələnmiş gözünə gündə 5-6 dəfə olmaqla (hər 4-5 saatdan bir) hər dəfə 2-3 damcı tökülür. 2 aylıqdan yuxarı uşaqların zədələnmiş gözünə 200 mq/ml məhluldan gündə 4-5 dəfə olmaqla hər dəfə 1-2 damcı tökülür. Müalicə kursu xəstəliyin ağırlıq dərəcəsindən və xarakterindən asılı olaraq həkim tərəfindən müəyyənləşdirilir. Orta hesabla müalicə kursu 7-10 gündür. Uşaqlar 2 aylıqdan aşağı yaşda olan yenidoğulmuşlarda sulfasilin 200 mq/ml və 300 mq/ml göz damcılarının effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00102

Oxşar Məhsullar

Aldrop 10 Mq 20 ml Damcı
6,88 AZN -%0
6,88AZN
Alfam 2 Mq 5 ml Damla
10,27 AZN -%0
10,27AZN
Alltovis Damla, 10 ml
32,60 AZN -%0
32,60AZN
Apfekto 0, 3 % 5 ml Damla
30,00 AZN -%0
30,00AZN
Augenstock Combipres 2/5MG 10 ml Damla
12,44 AZN -%0
12,44AZN
Augenstock Edema 5 % 10 ml Damla
24,20 AZN -%0
24,20AZN
Augenstock Nazin 10 ml Damla
25,80 AZN -%0
25,80AZN
Augenstock Polideks 1/3, 5 Mq 10 ml Damla
8,52 AZN -%0
8,52AZN
Augenştok Lotepred Plyus 10 ml Göz Damcısı
13,62 AZN -%0
13,62AZN
Augenstok Lubrikant 0, 2% 10 ml Damla
30,80 AZN -%0
30,80AZN
Augenstok Lubrikant 3 10 Qr Gel
30,50 AZN -%0
30,50AZN
Augenştok Nevan 0, 3% 10 ml Göz Damcısı
18,00 AZN -%0
18,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce