Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:1 ml preparatın tərkibində 15 mkq tafluprost vardır. Köməkçi maddələr: benzalkonium xlorid, qliserol, natrium dihidrofosfat dihidrat, dinatrium edetat, polisorbat 80, natrium hidroksid və/və ya hidrogenxlorid turşusu, inyeksiya üçün su
İstifadəsinə göstərişlər:
Preparat açıq-bucaqlı qlaukomadan və oftalmohipertenziyadan əziyyət çəkən pasiyentlərdə gözdaxili təzyiqin aşağı salınması üçün istifadə olunur. Aşağıda göstərilən hallarda preparat monoterapiya şəklində istifadə olunur: - birinci xətt preparatlarına qarşı kifayət qədər cavab qeyd olunmadıqda; - birinci xətt preparatlarına qarşı dözümsüzlük qeyd olunduqda və ya həmin preparatların istifadəsinə əks göstərişlər olduğu halda. Beta-blokatorların istifadəsinə əlavə müalicə şəklində. Taflotan preparatı 18 yaşdan yuxarı pasiyentlərin istifadəsi üçün nəzərdə tutulmuşdur
Əks göstərişlər:
Təsiredici maddə olan tafluprosta və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Reproduktiv potensiala malik qadınlar/kontrasepsiya Müvafiq kontrasepsiya üsullarından istifadə etməyən reproduktiv yaş dövründə olan və reproduktiv potensiala malik olan qadınlar Taflotan preparatından istifadə etməməlidirlər. Hamiləlik dövrü Hamilə qadınlarda tafluprostun istifadəsi barədə heç bir müvafiq məlumat yoxdur. Tafluprost hamiləliyin gedişinə və/və ya dölə və/və ya yenidoğulmuş uşağa zərərli farmokoloji təsir göstərə bilər. Heyvanlar üzərində aparılan tədqiqatlarda preparatın reproduktiv sistemə toksik təsiri nümayiş etdirilmişdir. Bununla əlaqəli, mütləq zəruri hallar (digər müalicə variantları olmayan vəziyyətlər) istisna olmaqla, Taflotan preparatını hamiləlik dövründə istifadə etmək olmaz. Laktasiya dövrü Tafluprostun insanlarda ana südünə ekskresiya olunub-olunmaması məlum deyil. Siçovullar üzərində aparılan tədqiqatda preparatın yerli istifadəsindən sonra, tafluprostun ana südünə ekskresiyası müəyyən olunmuşdur. Bu səbəbdən, tafluprostu laktasiya dövründə istifadə etmək olmaz.
Taflotan preparatı göz damcılarının tövsiyə olunan dozası – gündə 1 dəfə hər axşam, zədələnmiş gözün (gözlərin) konyuktiva kisəsinə 1 damcı təşkil edir. Dozanın, ciddi qaydada sutkada 1 dəfə yeridilməsi mütləqdir – nəzərə almaq lazımdır ki, preparatın daha tez-tez yeridilməsi, gözdaxili təzyiqin aşağı salınması effektinin aşağı düşməsinə səbəb ola bilər. Yaşlı pasiyentlərdə istifadəsi Yaşlı pasiyentlərin müalicəsi aparıldıqda, dozanın dəyişdirilməsi tələb olunmur. Böyrək və ya qaraciyər funksiyalarının pozulması Tafluprostun qaraciyər və/və ya böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərə təsirinin öyrənilməsi istiqamətində heç bir tədqiqatın aparılmamasını nəzərə alaraq, həmin kateqoriyadan olan pasiyentlərin müalicəsi zamanı ehtiyat tədbirlərinə riayət etmək lazımdır. İstifadə qaydası Məhlulun mümkün çirklənməsinin qarşısını almaq məqsədi ilə, pasiyentlər flakonun applikotorunun ucluğu ilə göz qapaqlarına və gözləri əhatə edən toxumalara və ya hər hansı digər səthlərə toxunmamalıdırlar. Göz qapaqlarının tündləşməsinin qarşısını almaq məqsədi ilə, preparatın istifadəsindən sonra, pasiyentlər dəri üzərindən məhlulun qalıqlarını təmizləməlidirlər. Digər göz damcılarının istifadəsi zamanı olduğu kimi, burun-göz yaşı kanalının okklyuziyası (gözün daxili bucağı nahiyəsinin şəhadət barmağı ilə sıxılması) və ya preparatı damcılatdıqdan sonra, göz qapaqlarının ehtiyatla qapanması tövsiyə olunur. Bu, gözlərə yeridilən tibbi preparatların sistem absorbsiyasının aşağı salınmasına səbəb ola bilər. Bir neçə oftalmoloji preparat eyni zamanda təyin olunduqda, onların istifadəsi arasında zaman intervalı 5 dəqiqədən az olmamalıdır. Preparatın istifadəsi üzrə təlimat Təzə flakonun istifadəsinin başlanması Flakonun qapağının və ya boğazının ətrafında plastik örtük olmadıqda və ya örtüyün tamlığı pozulduğu halda, flakonu istifadə etmək olmaz. Plastik örtüyü çıxarmaq lazımdır. Flakonu açdıqdan sonra, üzərində tarix üçün nəzərdə tutulmuş hissədə, açılma tarixini qeyd etmək lazımdır. Taflotan preparatını hər dəfə istifadə etdikdə: 1. Əlləri təmiz yumaq lazımdır. 2. Flakonu açmaq lazımdır. Xüsusi diqqət yetirmək lazımdır ki, damcısalan-flakonun ucluğu pasiyentin gözlərinə, göz ətrafı dərisinə və ya əllərinə toxunmasın. 3. Başı bir qədər arxaya ataraq, flakonu gözün üzərində ağzı aşağı tutmaq lazımdır. 4. Alt göz qapağını aşağı çəkmək, yuxarı baxmaq və flakonu ehtiyatla sıxaraq, preparatın 1 damcısını alt göz qapağı ilə gözün arasında olan boşluğa damcılatmaq lazımdır. 5. Gözü qapamaq, onun daxili bucaq nahiyəsini 1 dəqiqə müddətində şəhadət barmağı ilə yüngül sıxaraq saxlamaq lazımdır. Bu, göz damcılarının burun-göz yaşı kanalına daxil olmasının qarşısını almağa imkan verir. 6. Dəri üzərindən məhlulun qalıqlarını təmizləmək lazımdır. 7. Flakonun qapağını taxmaq və onu kip bağlamaq lazımdır. Damcı gözün daxilinə düşmədiyi halda, təkrar cəhd etmək lazımdır. Həkim preparatın istifadəsini hər iki gözə təyin etdiyi halda, ikinci göz üçün hərəkətləri addım 3- dən 7-ə qədər təkrar etmək lazımdır.