Меню
Мой счет
Я забыл свой пароль
регистр
моя тележка

TALERT 1MG 120ML SUSP

Код продукта : 111-20290
нравиться

Распроданный

Дайте мне знать, когда он прибудет
Добавить в список Рекомендовать Комментарий Оповещение о цене

TALERT, 1 mq/ml daxilə qəbul edilən şərbət

TALERT tərkibi

Təsiredici maddə: 1 ml şərbətin tərkibində 1 mq setirizin dihidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Talert şərbət in tərkibinə setirizin dihidroxlorid təsiredici maddə daxildir. Talert şərbət allergiyaəleyhinə dərman preparatıdır. Talert 2 yaşdan yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulub: - mövsümi və il boyu allergik rinit zamanı nazal (burun) və göz simptomlarını n yüngülləşdirilməsi üçün; - xroniki idiopatik övrənin yüngülləşdirilməsi üçün. Əgər Sizin vəziyyətiniz pisləşərsə və ya onun yaxşılaşması 3 gün ərzində müşahidə olunmursa, Sizə yardım üçün həkimə müraciət etmək lazımdır.

Əks göstərişlər

Aşağıdakı hallarda Talert şərbətini qəbul etməyin - əgər Sizdə setirizinə, hidroksizinə və ya dihidroxloridinə və ya digər piperazin törəmələrinə (digər dərman vasitələrinin oxşar aktiv maddələri) və ya bu dərman vasitəsinin (“Tərkibi” bölməsində sadalanan) hər hansı digər tərkib hissələrinə qarşı allergiya (yüksək həssaslıq) varsa; - əgər Sizdə kəskin böyrək xəstəliyi varsa (ağır böyrək çatışmazlığı və 10 ml/dəq-dən aşağı kreatinin klirensi). - tərkibində bəzi inqrediyentlər olduğu üçün 2 yaşa qədər uşaqlarda istifadəsi əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər Siz hamiləsinizsə və ya hamilə olduğunuzu düşünürsünüzsə və ya südəmər uşağınız varsa və ya hamiləliyi planlaşdırırsınızsa, bu dərman vasitəsini istifadə etməzdən əvvəl həkiminizə və ya əczaçınıza müraciət edin. Hamiləlik dövründə Talert şərbəti qəbul etmək məsləhət görülmür. Setirizin ana südünə nüfuz edir, ona görə də laktasiya dövründə Talert şərbətinin istifadəsi tövsiyə olunmur. Əgər istifadəsinə zərurət yaranarsa, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Klinik tədqiqatlarda Talert şərbətinin tövsiyə olunan dozada qəbulundan sonra diqqətin, gümrahlığın və nəqliyyat vasitələrini idarəetmə qabiliyyətinin pozulması aşkar edilməmişdir. Əgər Siz nəqliyyat vasitələrini idarə etmək, potensial təhlükəli fəaliyyətləri yerinə yetirmək və ya maşınlarla işləmək niyyətindəsinizsə, Sizə tövsiyə olunan dozanı aşmaq lazım deyil. Dərman vasitəsinin təsirini ehtiyatla qiymətləndirin. Əgər Siz həssas xəstələr qrupuna aidsinizsə, ehtimal var ki, alkoqolun və ya sinir sisteminə tormozlayıcı təsir edən digər vasitələrin birgə qəbulu diqqətin əlavə aşağı düşməsinə səbəb ola bilər və Sizin reaksiya göstərmə qabiliyyətinizə təsir edə bilər.

TALERT istifadə qaydası və dozası

Bu dərman vasitəsini həmişə həkiminizin, əczaçınızın və ya tibb bacınızın təyinatlarına və ya bu içlik-vərəqədəki qeydlərə dəqiq riayət edərək qəbul edin. Əgər Siz nəyəsə əmin deyilsinizsə, həkiminizdən və ya əczaçınızdan soruşun. Əgər həkiminiz Talert şərbətinin istifadəsi ilə bağlı başqa göstərişlər v erməyibsə, aşağıdakı qaydalara riayət edin. 2 yaşdan 6 yaşadək uşaqlar: gündə 2 dəfə 2,5 ml (2,5 mq).

6 yaşdan 12 yaşadək uşaqlar: gündə 2 dəfə 5 ml (5 mq). Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündə bir dəfə 10 ml (10 mq) Böyrəkləri orta və kəskin zədələnmiş xəsətlər Orta böyrək çatışmazlığı olan xəstələrə gündə bir dəfə 5 ml qəbul məsləhətdir. Əgər Siz Talert şərbətinin təsirini çox zəif və ya çox güclü kimi qiymətləndirirsinizsə, lütfən, həkiminizlə məsləhətləşin. Müalicə müddəti Müalicə müddəti şikayətlər ə təsirindən, növündən və müddətindən aslıdır və həkiminiz tərəfindən müəyyən olunur.

Talert şərbətinin qida və içkilərlə eyni zamanda qəbulu Qida setirizinin rezobsiyasına əhəmiyyətli təsir göstərmir. Əgər Siz Talert şərbətinin qəbulunu unutmusınızsa Buraxılan dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etməyin. Əgər dərman vasitəsinin qəbulu ilə əlaqədar hər hansı əlavə sualınız varsa, həkiminizə və ya əczaçınıza müraciət edin.

Prepared by  T-Soft E-Commerce.